Skip to content
07.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr… – AKTUAL
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr… – AKTUAL

admin 07.08.2026
1786075245_1

Ruben Vardanyanın Qarabağa göndərilməsi xüsusi missiya idi. Onun bioqrafiyası adi biznesmen, xeyriyyəçi və ya siyasi fəalın həyat yolu kimi nəzərdən keçirilə bilməzdi. Onun Azərbaycan torpaqlarında uzun illər hökm sürən işğala son qoyulması ərəfəsində qanunsuz separatçı idarəetməni qorumağa göndərilməsi mürəkkəb hərbi-siyasi əməliyyat kimi qiymətləndirilməlidir.

Bu sözləri Axar.az-a açılamasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina qərarı ilə onun Qarabağa gəlməsi və qısa müddət sonra qanunsuz rejimin “dövlət naziri” vəzifəsini tutması təsadüfi humanitar seçim adlandırıla bilməzdi:

“Vardanyan qapalı bölgəyə sahibkar və xeyriyyəçi kimi gəlməmişdi; Azərbaycanın suveren ərazisində qanunsuz siyasi idarəetmənin ömrünü uzatmağa çalışan xarici siyasi fiqur kimi regiona atılan desant idi.

Vardanyanın Qarabağa köçməsi Ermənistan cəmiyyətinə “milli fədakarlıq” və “humanitar xidmət” kimi təntənəli adlar və eyforik təhlillərlə təqdim edilirdi. Lakin hadisələrin ardıcıllığı başqa qənaətləri möhkəmləndirirdi. Rusiya–Ukrayna müharibəsindən sonra Rusiyanın iri biznes dairələri ağır sanksiya və siyasi təzyiqlərlə üzləşdiyi vaxt Vardanyanın Rusiya vətəndaşlığından çıxması, sərvət və nüfuzunun bir hissəsini “erməni milli missiyası”na yönəltməsi və beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan Qarabağda yerləşməsi şəxsi qərar ola bilməzdi. Müharibə partiyası yeni layihə hazırlamışdı. Cəmi bir neçə il sonra hazırkı erməni hakimiyyəti layihənin təkcə Azərbaycan əleyhinə deyil, həm də İrəvanda rejimin dəyişdirilməsi planının tərkib hissəsi olduğunu etiraf etmişdi”.

Deputat bildirib ki, Vardanyan separatçı qurumun idarəçiliyində iştirak etməklə Azərbaycan dövlətinin Konstitusiya quruluşuna qarşı fəaliyyət göstərən qanunsuz siyasi sistemin vəzifəli şəxsinə çevrildi:

“Vardanyanın beynəlxalq reputasiyasının ən problemli hissələrindən biri “Troyka Laundromat” araşdırmasıdır. OCCRP-nin əldə etdiyi sənədlərə əsasən, “Troyka Dialoq” əməkdaşları tərəfindən yaradılan 76 şirkətdən ibarət ofşor sistem 2006-cı ildən 2013-cü ilin əvvəlinədək təxminən 4,6 milyard dollar qəbul edib. Şəbəkə pulların mənbəyini və həqiqi sahiblərini gizlətməyə imkan verən saxta şirkət və müqavilələrdən istifadə edirdi.

Sənədlər Vardanyanın özü və ailəsi ilə əlaqəli 3,2 milyon dollardan artıq ödənişin həmin şəbəkə şirkətləri vasitəsilə həyata keçirildiyini göstərir. Vəsaitlər arasında kredit kartı ödənişləri, ailə üzvlərinin hesablarına köçürmələr və uşaqlarının Böyük Britaniyadakı təhsil xərcləri də olub. OCCRP həmçinin Vardanyanın sistemdəki şirkətlərdən biri ilə bağlı sənəddə imzasının olduğunu müəyyən edib. Araşdırma dərc edilən zaman Vardanyana və “Troyka Dialoq”a qarşı rəsmi cinayət ittihamı irəli sürülməmişdi. Vardanyan isə əməliyyatların o dövrün Rusiya biznes praktikasında adi olduğunu, “Troyka Dialoq”un qanunlara uyğun işlədiyini və bankın bütün əməliyyatlarından xəbərdar olmadığını deyib. Deməli, “Vardanyan milyardlarla dolları şəxsən yuyub” hökmü tamamilə əsaslıdır”.

Zahid Orucun sözlərinə görə, yeni açıqlanan Epşteyn sənədlərində Ceffri Epşteynin “Deutsche Bank”da 40-a yaxın hesab vasitəsilə aktivlərini idarə etdiyi barədə məlumatlar yer alıb:

“Eyni zamanda, OCCRP-nin “Troyka Laundromat” araşdırmalarında “Deutsche Bank” kimi beynəlxalq maliyyə institutlarının bəzi əməliyyatlarda müxbir və ya qarşı tərəf bank kimi adları keçir. Hər iki faktın mövcudluğu Vardanyanla Epşteyn arasında birbaşa maliyyə əməkdaşlığını sübut edir. Hazırda etibarlı mənbələrdə Epşteynin “Deutsche Bank” hesablarının “Troyka Laundromat” pulları üçün istifadə edildiyini, Vardanyanın Epşteynlə birbaşa maliyyə və ya şəxsi əməkdaşlıq etdiyini, Vahe Stepanyanın yazışmalarının həmin əlaqəni sübut etdiyini təsdiqləyən sənədləşdirilmiş dəlillər var. Vardanyanın fəaliyyəti yalnız “Troyka Dialoq”la məhdudlaşmayıb. O, Rusiya siyasi-iqtisadi elitasının böyük layihələrində, o cümlədən Skolkovo təşəbbüsü ilə bağlı strukturlarda iştirak edib. Qlobal şəbəkənin kriminal əlaqələri onun həm Rusiya dövlət kapitalına, həm Qərbin biznes və akademik institutlarına, həm də erməni diaspor şəbəkələrinə çıxışını təmin edib. “İkili agent” statusu hüquqi və kəşfiyyat terminidir. USAİD-in hazırkı ABŞ Prezidenti Donald Tramp tərəfindən bir struktur kimi ləğv edilməsində müstəsna amil Samanta Pauerin çoxşaxəli siyasi layihələrə əl atması idi. Ruben Vardanyanın sərvətləri və missiyası ABŞ institutunun sərəncamında və diqqətində idi. Açıq tədbirlərdə iştirak, beynəlxalq fondlarla əməkdaşlıq, qrant və filantropiya şəbəkələri gizli kəşfiyyat əməkdaşlığının sübutudur. Vardanyanın Ukraynaya qarşı konkret hərbi və ya kəşfiyyat əməliyyatlarında iştirakı da vahid bir missiyanın davamıdır.

Xeyriyyə layihələri separatçı fəaliyyətə, ofşor maliyyə sistemlərinə və ya qanunsuz siyasi idarəetmədə iştiraka görə məsuliyyəti aradan qaldırmır. Əksinə, xeyriyyəçilik ictimai reputasiyanın qorunması və siyasi nüfuzun möhkəmləndirilməsi vasitəsi kimi istifadə edilirsə, onun maliyyə mənbələri və siyasi məqsədləri daha ciddi araşdırılmalıdır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bərdənin baş həkimi haqda şok iddialar – Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın! VİDEO
Next: Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar… – VİDEO

OXŞAR MÖVZULAR

1786069255_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA

admin 07.08.2026
1786024014_1
  • GÜNDƏM

David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? – DETALLAR, AÇIQ SUALLAR

admin 06.08.2026
093113a4dc_1000820086
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkimi Ceyhun Rəsulov və arvadı Arzu Əskərovanın icra etdiyi mioma əməliyyatından sonra qadının ölümü ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır

admin 06.08.2026

XƏBƏR LENTİ

Tailandda məktəbdə atışma oldu – 7 nəfər öldü 080726741613fd423d4c5b804d65c8c2d35c3f
  • DÜNYA

Tailandda məktəbdə atışma oldu – 7 nəfər öldü

admin 07.08.2026
Tailandda məktəblərin birində şagird silahla ətrafa atəş açıb. Hadisə nəticəsində 7 nəfər həyatını itirib, daha 15 nəfər...
DAVAMI Read more about Tailandda məktəbdə atışma oldu – 7 nəfər öldü
Paolo Maldininin oğlu yenidən komandasını dəyişir lesione-per-maldini-emergenza-atalanta-in-attacco (1)
  • İDMAN

Paolo Maldininin oğlu yenidən komandasını dəyişir

admin 07.08.2026
Paolo Maldininin oğlu Daniel Maldini karyerasını yenidən başqa komandada davam etdirməyə yaxındır. Daniel Maldini hazırkı klubu “Atalanta”dan...
DAVAMI Read more about Paolo Maldininin oğlu yenidən komandasını dəyişir
Azərbaycan neftinin qiyməti 93 dolları ötdü neft66
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 93 dolları ötdü

admin 07.08.2026
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. Teleqraf xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,33...
DAVAMI Read more about Azərbaycan neftinin qiyməti 93 dolları ötdü
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və kömür göndəriləcək tranzit_(2)
  • SİYASƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və kömür göndəriləcək

admin 07.08.2026
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək. Teleqraf xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və kömür göndəriləcək
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR 1786025229_1
  • CƏMİYYƏT

Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 07.08.2026
“Unibank” ASC 2025-ci ili 5,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 61,7% və...
DAVAMI Read more about Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR

Bütün yazılar

080726741613fd423d4c5b804d65c8c2d35c3f
  • DÜNYA

Tailandda məktəbdə atışma oldu – 7 nəfər öldü

admin 07.08.2026
lesione-per-maldini-emergenza-atalanta-in-attacco (1)
  • İDMAN

Paolo Maldininin oğlu yenidən komandasını dəyişir

admin 07.08.2026
neft66
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 93 dolları ötdü

admin 07.08.2026
tranzit_(2)
  • SİYASƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və kömür göndəriləcək

admin 07.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.