Skip to content
04.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? – VİDEO
  • CƏMİYYƏT
  • VİDEO

Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? – VİDEO

admin 04.08.2026
1785825595_screenshot-2026-08-04-103926

Bakının Xətai rayonu son illər qanunsuz tikinti iddiaları ilə tez-tez gündəmə gəlir. İndi isə oxşar narahatlıq Nəsrəddin Tusi küçəsində yaradılmış yeni tikinti meydançası ilə bağlı yaranıb. Əldə olunan məlumata görə, burada dəmir konstruksiyadan ibarət kommersiya təyinatlı obyektin inşası sürətlə davam etdirilir..
Sakinlər haqlı olaraq soruşurlar: bu tikintinin sifarişçisi kimdir, layihəyə hansı dövlət qurumu icazə verib və tikinti qanunvericiliyin tələblərinə uyğundurmu?
İddialara görə, obyektin inşasında Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini vəzifəsində çalışan İntiqam Cümşüdovun adının hallandığı bildirilir. Xətai Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də İntiqam Cümşüdovun həmin vəzifədə çalışdığı göstərilir.
Lakin bu mərhələdə vurğulamaq vacibdir ki, İntiqam Cümşüdovun bu tikintinin sahibi və ya sifarişçisi olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Adının hallanması araşdırılması zəruri olan iddiadır və aidiyyəti şəxslərin bununla bağlı mövqeyinin də öyrənilməsi vacibdir.
Diqqət çəkən başqa məqam isə odur ki, Xətai rayonu ilə bağlı qanunsuz tikinti iddiaları son aylarda müxtəlif media resurslarında da dəfələrlə gündəmə gətirilib.
Əgər tikinti həqiqətən qanuni əsaslarla aparılırsa, onda aşağıdakı sualların cavabı ictimaiyyət üçün açıq olmalıdır:
Tikintiyə icazə hansı qurum tərəfindən verilib?
Layihənin memarlıq və şəhərsalma sənədləri mövcuddurmu?
Obyekt hansı təyinat üzrə inşa edilir?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron reyestrində bu layihə qeydiyyata alınıbmı?
Tikinti sahəsində qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi niyə görünmür?
Azərbaycanın şəhərsalma qanunvericiliyi tikinti işlərinə başlamazdan əvvəl tikinti meydançasının qanunla müəyyən edilmiş qaydada təşkil edilməsini və müvafiq tələblərə əməl olunmasını nəzərdə tutur.
Ümid edirik ki, aidiyyəti dövlət qurumları təqdim ediləcək video görüntüləri araşdıracaq, tikintinin hüquqi əsaslarını yoxlayacaq və ictimaiyyəti maraqlandıran suallara rəsmi cavab verəcəklər.
Qeyd: Bu yazıda yer alan İntiqam Cümşüdovla bağlı məlumatlar ictimaiyyət arasında səsləndirilən iddialara əsaslanır. Həmin şəxsin mövqeyini dərc etməyə və təqdim ediləcəyi təqdirdə onu eyni həcmdə dərc etməyə hazırıq. Bu, jurnalist etikasının və balans prinsipinin tələbidir.Qaynarxett.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ​”4 saat işlə, 4 saat məzuniyyətdə ol!” — Şəkidə təhsil sistemində biabırçılıq!
Next: Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

OXŞAR MÖVZULAR

1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
1785845676_screenshot-2026-08-04-161410
  • CƏMİYYƏT

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

admin 04.08.2026
1785834273_screenshot-2026-08-04-130306
  • CƏMİYYƏT

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı

admin 04.08.2026

XƏBƏR LENTİ

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO 1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib. Stilist bu barədə sosial şəbəkə hesabında...
DAVAMI Read more about Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO
11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib 1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır. “Qafqazinfo”nun...
DAVAMI Read more about 11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib
TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ 1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ, Redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. İnsanların saf niyyətindən, halal zəhmətlə qazandığı son...
DAVAMI Read more about TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib 1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
ABŞ İranla beş aylıq münaqişə ərzində uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini istifadə edib. Bu barədə...
DAVAMI Read more about ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR 1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
“Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları” təsdiqlənib. Bununla bağlı müvafiq qərar imzalanıb. Qaydalar Prezident İlham Əliyevin...
DAVAMI Read more about Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

Bütün yazılar

1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.