Skip to content
04.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ​”4 saat işlə, 4 saat məzuniyyətdə ol!” — Şəkidə təhsil sistemində biabırçılıq!
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

​”4 saat işlə, 4 saat məzuniyyətdə ol!” — Şəkidə təhsil sistemində biabırçılıq!

admin 04.08.2026
1785828037_screenshot-2026-08-04-111936

Şəki rayonu Kiçik Dəhnə kəndi 1 nömrəli tam orta məktəbində 20 aydır ocaqçı vəzifəsində çalışan Vəliyev Oğuz Ramazan oğlu məktəb rəhbərliyi və regional təhsil sektorunun özbaşınalığından şikayətçidir.

Tehsilmedia.com qeyd edir ki, özünün ixtisaslı qazanxana operatoru olduğunu, eyni zamanda santexnik və elektrik işlərini də gördüyünü bildirən Oğuz Vəliyev qış mövsümündə gecə-gündüz demədən işləməsinə baxmayaraq, daimi təzyiq və haqsızlıqla qarşılaşdığını deyir. Məşğulluq Agentliyinin göndərişi ilə işə qəbul olunan ocaqçının sözlərinə görə, məktəb direktoru Rüstəmov Tural Adil oğlunun və işinin öhdəsindən gələ bilməyən təhsil sektoru əməkdaşlarının əsas məqsədi onu bezdirərək öz ərizəsi ilə işdən çıxarmaqdır.

Məzuniyyət pulu mənimsənilib, öz hesabına məzuniyyət yazılıb

Oğuz Vəliyev bildirir ki, 2024-2025-ci tədris ilində 21 gün məzuniyyət hüququ olduğu halda vaxtında məzuniyyətə buraxılmayıb və təzminatını ala bilməyib:

“İşim yarımştat daimi və yarımştat mövsümi xarakter daşıyır. Qışda mövsümlə əlaqədar 10 günlük məzuniyyətə çıxmamalıyam, lakin bunun təzminatı ödənilməli idi. Mənə esa qış məzuniyyət pulum ödənilmədi. Məktəb direktoru Tural Rüstəmovun işbilməzliyi və qərəzi ucbatından 21 gün əvəzinə 27 gün məzuniyyət rəsmiləşdirilib və bunun 6 günü mənim xəbərim olmadan şəxsi hesabıma (öz hesabına) yazılıb. Nəticədə 10 günlük işimə cəmi 11 manat 12 qəpik maaş yazılıb.”

Təhsil sektorundan gülünc cavab: “Günün 4 saatı işlə, 4 saatı məzuniyyətdə ol”

Haqsızlıqla bağlı Şəki-Zaqatala Regional Təhsil Sektoruna müraciət edən ocaqçı orada da analoji münasibətlə rastlaşıb. Təhsil sektorunda məzuniyyətlə bağlı ona: “Qış vaxtı olduğu üçün günün 4 saatını işləməlisən, 4 saatı isə məzuniyyətdə hesab olunacaqsan” kimi absürd və gülünc cavab verilib.

Maaşlar gecikdirilir, narazılıq edən işdən qovulmaqla hədələnir

Şikayətçi həmçinin maaşların mütəmadi olaraq gecikdirildiyini də vurğulayıb. Məktəbin keçmiş mühasibi Arzu xanım tərəfindən 2024-cü ilin dekabr ayında maaş 5 gün gecikdirilib, 2025-ci ilin fevral ayının maaşı isə ümumiyyətlə verilməyərək yalnız mart ayında martın maaşı ilə birgə ödənilib.
Yayda 208 manat, qış rejimində isə 416 manat maaş aldığını deyən Oğuz Vəliyev hər ay zəhmət haqqını dava-dalaşla aldığını bildirir. Bütün bu haqsızlıqlara qarşı öz haqlı narazılığını bildirəndə isə məktəb direktoru Tural Rüstəmov tərəfindən birbaşa işdən qovulmaqla hədələnir.

İxtisaslı işçi aidiyyəti qurumlardan Şəki rayonu Kiçik Dəhnə kəndi 1 nömrəli tam orta məktəbindəki bu özbaşınalığın araşdırılmasını və pozulmuş əmək hüquqlarının bərpa olunmasını tələb edir.

Tehsilmedia.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
Next: Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? – VİDEO

OXŞAR MÖVZULAR

1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
1785845676_screenshot-2026-08-04-161410
  • CƏMİYYƏT

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

admin 04.08.2026

XƏBƏR LENTİ

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO 1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib. Stilist bu barədə sosial şəbəkə hesabında...
DAVAMI Read more about Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO
11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib 1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır. “Qafqazinfo”nun...
DAVAMI Read more about 11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib
TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ 1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ, Redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. İnsanların saf niyyətindən, halal zəhmətlə qazandığı son...
DAVAMI Read more about TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib 1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
ABŞ İranla beş aylıq münaqişə ərzində uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini istifadə edib. Bu barədə...
DAVAMI Read more about ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR 1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
“Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları” təsdiqlənib. Bununla bağlı müvafiq qərar imzalanıb. Qaydalar Prezident İlham Əliyevin...
DAVAMI Read more about Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

Bütün yazılar

1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.