Skip to content
04.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
  • CƏMİYYƏT

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı

admin 04.08.2026
1785834273_screenshot-2026-08-04-130306

Təhsil sistemində baş verən laqeydlik, mənəvi təzyiq və ayrı-seçkilik növbəti bir insan həyatının sonlanması ilə nəticələndi. Mingəçevir şəhərində yaşayan 1-ci qrup əlil, gənc və həvəsli pedagog Rəyifə İslam qızı Əliyeva məruz qaldığı ağır psixoloji gərginliyə və haqsızlıqlara dözməyərək 8 gün əvvəl dünyasını dəyişdi. Onun anası Xeyriqül Əliyeva qızının ölümünə bais olan şəxslərin cəzasız qalmaması üçün ictimaiyyətə və aidiyyəti qurumlara fəryad edir.

Rəyifə Əliyeva 1-ci qrup əlilliyi olmasına baxmayaraq, rəsmi işləmə icazəsi olan, yaşamaq və cəmiyyətə fayda vermək əzmi ilə çabalayan bir təhsil işçisi idi. O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Region İdarəsinin Mingəçevir STS-də metodist vəzifəsində çalışırdı. Ştatı ixtisara düşdükdən sonra ruh yüksəkliyini saxlamaq və xəstəliyini unutmaq məqsədilə Mingəçevirdə yerləşən Ağdam 52 nömrəli məktəbə təşkilatçı vəzifəsinə göndərildi və 2025-ci ilin yanvar ayından rəsmi olaraq bu vəzifəyə təyin olundu.

Lakin onun həyatını xilas edən, ona yaşamaq gücü verən bu iş, məktəb rəhbərliyinin və təhsil məmurlarının laqeydliyi ucbatından onun sonunu hazırladı.

2025-ci ilin avqust ayında məzuniyyətdən qaydan Rəyifə Əliyeva məktəb rəhbərliyi tərəfindən misli görünməmiş mənəvi təzyiqlə üz-üzə qaldı. Anasının bildirdiyinə görə, məktəbin rəhbəri Zülfiyyə Qəmboy qızı Əliyeva və onun yaxın əlaltısı Məhsəti xanım gənc qıza qarşı açık-aşkar дискриминация (ayrı-seçkilik) edərək:
“Sən 1-ci qrup əlilsən, işləyə bilməzsən!” — ifadələri ilə onu ağır stressə salmış, “Səni bu şəhərdən çıxardaram!” kimi hədə-qorxularla psixoloji terror tətbiq etmişdirlər.

Hüquqlarını müdafiə etməyə çalışan Rəyifə Əliyeva Qarabağ Regional Təhsil İdarəsinə müraciət etsə də, idarənin rəhbər şəxsi Sənan müəllim ona dəstək olmaq və haqq-ədaləti bərpa etmək əvəzinə:

“Sənə iş yoxdur, get səhhətinin qayğısına qal” — deyərək xəstə bir insanın əmək hüquqlarını tapdalamış və işinə xitam vermişdir.

Son gününə qədər işinə dönəcəyi günü gözlədi…
Qeyd edək ki, bu, Rəyifənin üzləşdiyi ilk haqsızlıq deyildi. Daha əvvəl Sevinc Həsənova tərəfindən də oxşar bəhanə ilə onun işinə xitam verilmiş, lakin məsələdən xəbərdar olan Elçin Kərimov dərhal müdaxilə edərək gənc qızın işini bərpa etmişdi. Lakin bu dəfəki mənəvi zərbə və sistemli təzyiq Rəyifənin zəifləmiş səhhətinə ağır zərbə vurdu.
Təhsil idarəsinin və məktəb rəhbərliyinin bu soyuqqanlı, qəddarcasına yanaşmasından sonra Rəyifə Əliyevanın xəstəliyi sürətlə aqressivləşdi. Son gününə, son nəfəsinə qədər haqqının bərpa olunacağını və işinə qayıdacağını gözləyən gənc müəllimə, bu ağır mənəvi yükə dözməyərək həyata gözlərini yumdu.

Bir ananın ahı: “Qızımın ruhu şad olsun, günahkarlar cəzalansın!”

8 gündür ki, övlad dağ çəkən ana Xeyriqül Əliyeva göz yaşları içində Elm və Təhsil Nazirliyinə, Hüquq-mühafizə organlarına və media nümayəndələrinə səslənir:
“Mənə pul yox, ovladımın ruh yüksəkliyi, xəstəliyini unutması lazım idi. Qızımın tək tutunduğu dal onun işi idi. Onu işindən, yaşamaq həvəsindən elədilər. Bir ana kimi sizə yalvarıram, bu məsələni işıqlandırın. Qızımın işini yoxlayın, ona bu mənəvi terroru yaşadan Zülfiyyə Əliyeva, Məhsəti və Sənan müəllim qanun qarşısında cavab versinlər. Qızımın ahı yerde qalmasın, ruhu şad olsun!”

Təhsilmedia.com olaraq məsələni diqqətdə saxlayacağımızı, aidiyyəti qurumların (Elm və Təhsil Nazirliyi, Qarabağ RTİ) bu dəhşətli iddialarla bağlı rəsmi mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Bir insanın yaşamaq hüququnu və ümidini əlindən alan laqeydlik cəzasız qala bilməz!

Tehsilmedia.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
Next: TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq

OXŞAR MÖVZULAR

1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
1785845676_screenshot-2026-08-04-161410
  • CƏMİYYƏT

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

admin 04.08.2026
1785839799_screenshot-2026-08-04-143602
  • CƏMİYYƏT

Eşqi Bağırova daha yüksək vəzifə – nazir postu verilə bilər

admin 04.08.2026

XƏBƏR LENTİ

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO 1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib. Stilist bu barədə sosial şəbəkə hesabında...
DAVAMI Read more about Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO
11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib 1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır. “Qafqazinfo”nun...
DAVAMI Read more about 11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib
TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ 1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ, Redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. İnsanların saf niyyətindən, halal zəhmətlə qazandığı son...
DAVAMI Read more about TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib 1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
ABŞ İranla beş aylıq münaqişə ərzində uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini istifadə edib. Bu barədə...
DAVAMI Read more about ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR 1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
“Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları” təsdiqlənib. Bununla bağlı müvafiq qərar imzalanıb. Qaydalar Prezident İlham Əliyevin...
DAVAMI Read more about Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

Bütün yazılar

1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.