Skip to content
04.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
1785851898_screenshot-2026-08-04-175742

ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ, Redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. İnsanların saf niyyətindən, halal zəhmətlə qazandığı son qəpiyindən istifadə edib cibini dolduranların sırasına daha bir ad əlavə olunub: Röyal Masıyev!
​Daxil olan məlumatlar sadəcə bir narazılıq deyil, açıq-aşkar vətəndaşları soymaq, aldatmaq, talamaq və eyni zamanda dövləti aldatmaq mənzərəsidir.
Bu şəxs əslində adi bir prarab (iş icraçısı) olduğu halda, utanmadan, çəkinmədən özünü böyük tikinti şirkətinin rəhbəri kimi təqdim edir.
Yalan-palan vədlərlə insanların etibarını qazanır, təkcə mənzillərin deyil, iri obyektlərin də tikintisi və təmiri adı altında vətəndaşlardan astronomik, baha məbləğlərdə pul qopardır!
​Bəs nəticə nədir?
Nəticə rəzalətdir!
Röyal Masıyev baha qiymətə aldığı sifarişləri dəfələrlə ucuz, keyfiyyətsiz, heç bir normativə cavab verməyən bərbad materiallarla “yola verir”.
Ortaya çıxardıqları isə təmir deyil, sözün əsl mənasında gözdağıdır! Bəzi hallarda isə külli miqdarda pulu cibinə qoyub heç bir iş görmədən aradan çıxır. İnsanları həm müflis edir, həm də illərlə topladıqları əziyyəti bir anın içində puç edir.
​Qanun tanımayan “biznes”: Qara bazar üsulları və vergidən yayınma!
​Məsələ bununla da bitmir. İddialara görə, Röyal Masıyevin fəaliyyəti tamamilə qeyri-rəsmidir. Bu şəxsin hansı VÖEN-lə fəaliyyət göstərdiyi, ümumiyyətlə qanuni bir çərçivədə çalışıb-çalışmadığı məlum deyil!
Vətəndaşlardan nağd şəkildə böyük məbləğdə pullar alır, qarşılığında isə nə rəsmi qəbz verir, nə də müqavilə bağlayır. Dövlətə bir qəpik də vergi ödəməyən, “qara каssа” sistemi ilə cibini dolduran bu şəxs həm vətəndaşların haqqına girir, həm də açıq-aşkar dövlət büdcəsindən yayınır!
​Bu adəti hardan götürdüyü də bizə qaranlıq deyil. Bildirilir ki, bu şəxs əvvəllər “Evin az” şirkətində çalışıb və orada da analoji maliyyə fırıldaqlarına, insanları aldatdığına və pul mənimsədiyinə görə işdən rüsvayçılıqla qovulub.
Amma görünür, bir yerdən qovulmaq, rüsvay olmaq buna dərs olmayıb. Əksinə, özünə yeni “şikar”lar axtararaq insanları tələyə salmağı peşəyə çevirib.
​Artıq canı boğaza yığılan zərərçəkənlər Prokurorluq orqanlarına rəsmi şikayət ediblər. Media olaraq bəyan edirik: bu özbaşınalığa, vətəndaşın haqqının tapdalanmasına və dövlətin vergisindən yayınma hallarına sakit baxa bilmərik!
Məsələ ilə bağlı hüquq-mühafizə və aidiyyəti vergi orqanlarına rəsmi müraciətlər ünvanlanacaq.
Bu cür əməllərlə insanların həyatını qaraldanlar qanun qarşısında mütləq cavab verməlidir və verəcək də!
​Obyektivlik və jurnalist etikası prinsiplərinə uyğun olaraq, haqqında bəhs edilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.(Teref)
Sima Babayeva

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Next: 11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

OXŞAR MÖVZULAR

1785842321_screenshot-2026-08-04-151755
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq

admin 04.08.2026
seventimes_42bf3284a32764b362bfe8e93da45e01_kcvo4ty02ml5n1hu8bre-768x403
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

 ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ

admin 04.08.2026
1785820584_screenshot-2026-08-04-091411
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

admin 04.08.2026

XƏBƏR LENTİ

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO 1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib. Stilist bu barədə sosial şəbəkə hesabında...
DAVAMI Read more about Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO
11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib 1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır. “Qafqazinfo”nun...
DAVAMI Read more about 11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib
TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ 1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ, Redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. İnsanların saf niyyətindən, halal zəhmətlə qazandığı son...
DAVAMI Read more about TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib 1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
ABŞ İranla beş aylıq münaqişə ərzində uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini istifadə edib. Bu barədə...
DAVAMI Read more about ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR 1785851257_screenshot-2026-08-04-174543
  • CƏMİYYƏT

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

admin 04.08.2026
“Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları” təsdiqlənib. Bununla bağlı müvafiq qərar imzalanıb. Qaydalar Prezident İlham Əliyevin...
DAVAMI Read more about Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

Bütün yazılar

1785850758.anar
  • ARAŞDIRMA

Anar Ağakişiyevin çantasında powerbank partladı – Xəsarətlər alıb – VİDEO

admin 04.08.2026
1785847912_screenshot-2026-08-04-164953
  • İDMAN

11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

admin 04.08.2026
1785851898_screenshot-2026-08-04-175742
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

admin 04.08.2026
1785844217_screenshot-2026-08-04-154746
  • DÜNYA

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

admin 04.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.