Skip to content
31.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Böyrək alveri şəbəkəsinin Azərbaycan izi – ŞOK Volfman dosyesi
  • ARAŞDIRMA

Böyrək alveri şəbəkəsinin Azərbaycan izi – ŞOK Volfman dosyesi

admin 31.07.2026
1785483895_1

Xəbər verdiyimiz kimi, Moskvada İsrail vətəndaşı Boris Volfmanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Bu iş illər əvvəl Avropanı silkələyən qanunsuz orqan transplantasiyası qalmaqalını yenidən gündəmə gətirib. Rusiya İstintaq Komitəsi Boris Volfmanı Kosovoda fəaliyyət göstərmiş “Medicus” klinikası ətrafında formalaşan beynəlxalq “qara transplantasiya” şəbəkəsinin iştirakçısı olmaqda ittiham edir.

Medicus Clinic - Medical Tourism

Musavat.com xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumatlara görə, Moskvanın Basmannı Rayon Məhkəməsində araşdırılan cinayət işi Boris Volfmanın 2006-2008-ci illərdə Kosovoda həyata keçirilmiş qanunsuz böyrək transplantasiyaları ilə bağlı mümkün roluna həsr olunub. İstintaqın versiyasına əsasən, o, donorların tapılması və onların klinikaya yönləndirilməsi prosesində iştirak edib.

İttiham tərəfi hesab edir ki, şəbəkə maddi çətinlik yaşayan insanları hədəf seçib. Onlara böyrəklərini vermələri müqabilində pul vəd edilib, lakin sonradan vədlərin tam yerinə yetirilmədiyi, donorların isə sağlamlıqları üçün ciddi risklərlə üzləşdiyi iddia olunur. İstintaqın qənaətinə görə Boris Volfman 3 Rusiya vətəndaşı da daxil olmaqla keçmiş Sovetlət Birliyi ölkələrindən olan onlarla şəxsi qanunsuz transplantasiyaya cəlb etməklə onların həryat və sağlamlıqlarına zərbə vuran əməliyyatlara yol açıb.

Boris Volfmanın adı əsasən Kosovoda yerləşən “Medicus” klinikası ilə bağlı beynəlxalq qalmaqalda hallanır. Klinika 2008-ci ildə keçirilən polis əməliyyatından sonra dünyanın diqqət mərkəzinə düşmüşdü. İstintaqın məlumatına görə, klinikada imkanlı xarici xəstələr üçün qanunsuz böyrək transplantasiyaları həyata keçirilirdi. Donorların isə əsasən iqtisadi çətinlik yaşayan ölkələrdən tapıldığı iddia olunurdu.

Araşdırmalara əsasən, donorlar müxtəlif ölkələrdən Kosovoya gətirilirdi. Onların arasında Rusiya, Moldova, Qazaxıstan və digər ölkələrin vətəndaşlarının olduğu bildirilirdi. Resipiyentlərin isə əsasən İsrail, Kanada, Almaniya və digər Qərb ölkələrindən olduğu qeyd edilirdi. İstintaqın versiyasına görə, sistem belə işləyirdi: donorlar vasitəçilər tərəfindən tapılır, klinikaya gətirilir, əməliyyatlardan sonra isə böyrəkləri imkanlı xəstələrə köçürülürdü.

Əsas maliyyə gəlirini isə vasitəçilər və təşkilatçılar əldə edirdi. “Medicus” işi üzrə ən çox adı çəkilən şəxslərdən biri klinikanın sahibi Lütfi Dervişidir. Kosovo prokurorluğu onu klinikadakı proseslərin əsas təşkilatçılarından biri hesab edirdi.

Digər mühüm fiqurlardan biri Türkiyə vətəndaşı, transplantoloq Yusuf Sönməz olub. Onun Azərbaycanda “Nur” klinikasında qanunsuz transplantasiya ilə məşğul olmasına dair məlumatlar vardı. Yusif Sönməz beynəlxalq mətbuatda “Dr. Frankenstein” ləqəbi ilə də tanınıb. İstintaq onun qanunsuz transplantasiya əməliyyatlarında iştirak etdiyini iddia edirdi. İsrail vətəndaşı Moşe Harel də şəbəkənin əsas vasitəçilərindən biri kimi göstərilib.

NUR” KLİNİKASININ BAŞ HƏKİMİ FRANKENŞTEYNLƏ BAĞLI SUSMAĞA ÜSTÜNLÜK VERDİ

Onun donorların və xəstələrin əlaqələndirilməsi prosesində iştirak etdiyi iddia olunurdu. Boris Volfmanın isə məhkəmədə əsas sual qarşısında qalacağı məsələ onun bu sistemdə hansı səviyyədə rol oynamasıdır. İstintaq onu sadəcə vasitəçi deyil, beynəlxalq şəbəkənin təşkilati hissəsində yer alan şəxslərdən biri hesab edir. Moskva məhkəməsinin əsas diqqət yetirdiyi istiqamətlərdən biri Rusiya vətəndaşlarının bu şəbəkədə necə iştirak etməsi məsələsidir.

Rusiya İstintaq Komitəsi bildirir ki, iş üzrə bir neçə Rusiya vətəndaşı zərərçəkmiş kimi tanınıb. Onların Kosovoya aparıldığı və böyrək donoru kimi istifadə edildiyi iddia edilir. İstintaq hesab edir ki, həmin şəxslər ağır sosial vəziyyətlərindən istifadə edilərək bu prosesə cəlb olunublar. Məhkəmə araşdırmalarında əsas əlaqə xətti kimi Kosovo-Türkiyə-İsrail-Rusiya istiqaməti göstərilir.

Türkiyənin adı əsasən tibbi əlaqələr və transplantasiya mütəxəssisləri xətti ilə hallanırdı. İsrail isə imkanlı xəstələrin olduğu ölkələrdən biri kimi göstərilirdi. Rusiya, Moldova və digər postsovet ölkələri isə donorların tapıldığı məkanlar sırasında qeyd olunurdu. Boris Volfmanın hazırkı Moskva məhkəməsi üzrə açıq yayılan materiallar göstərir ki, belə qruplar adətən geniş coğrafiyada fəaliyyət göstərir və müxtəlif ölkələrdə vasitəçilərdən istifadə edir.

Bu baxımdan Moskva məhkəməsində yeni ifadələrin, maliyyə əlaqələrinin və digər şəxslərin adlarının ortaya çıxması istisna edilmir. Boris Volfman işi əslində bir şəxsin məhkəməsindən daha böyük əhəmiyyət daşıyır. Proses illər əvvəl üzə çıxmış beynəlxalq orqan alveri sisteminin yenidən araşdırılması deməkdir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU
Next: Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir

OXŞAR MÖVZULAR

39u904u8DXWvJ8ZruoZ48oLOLjps810gz3RlmMoD_1200
  • ARAŞDIRMA

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

admin 31.07.2026
a0c2701116ca41cc03b42889aea00a95
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi

admin 30.07.2026
qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026

XƏBƏR LENTİ

Polşa Rusiya raketinin ölkə ərazisinə düşməsi ilə əlaqədar yeni təfərrüatları açıqladı 1711380216-2974-large
  • DÜNYA

Polşa Rusiya raketinin ölkə ərazisinə düşməsi ilə əlaqədar yeni təfərrüatları açıqladı

admin 31.07.2026
Polşa Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket hücumu zamanı ölkənin hava məkanına daxil olaraq Lyublin vilayətinə...
DAVAMI Read more about Polşa Rusiya raketinin ölkə ərazisinə düşməsi ilə əlaqədar yeni təfərrüatları açıqladı
Azərbaycan-Qırğızıstan münasibətləri: Əlaqələr siyasi-hüquqi səviyyəyə yüksəlib 1785481494_4950ef2d427c1a02ff931dfbb12b66d2
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan-Qırğızıstan münasibətləri: Əlaqələr siyasi-hüquqi səviyyəyə yüksəlib

admin 31.07.2026
“Azərbaycanla Qırğızıstan arasında əlaqələr uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, aparılan müzakirələr...
DAVAMI Read more about Azərbaycan-Qırğızıstan münasibətləri: Əlaqələr siyasi-hüquqi səviyyəyə yüksəlib
Mərakeşlə sərhəddə toqquşma: Qırx min insan İspaniyaya hücum etdi skynews-spain-morocco-migrants_7310468
  • DÜNYA

Mərakeşlə sərhəddə toqquşma: Qırx min insan İspaniyaya hücum etdi

admin 31.07.2026
Mərakeşdən İspaniyanın muxtar şəhərləri Seuta və Melilyaya keçməyə cəhd göstərən yüzlərlə insan Mərakeş-İspaniya sərhədində hüquq-mühafizə qüvvələri ilə...
DAVAMI Read more about Mərakeşlə sərhəddə toqquşma: Qırx min insan İspaniyaya hücum etdi
Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir pasinyan_np
  • DÜNYA

Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir

admin 31.07.2026
“Baş nazir Nikol Paşinyanın Ermənistanın öz dəmir yolu infrastrukturunu tam şəkildə idarə etmək üzrə ayrılmaz hüququnun təsdiqlənməsini...
DAVAMI Read more about Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir
Böyrək alveri şəbəkəsinin Azərbaycan izi – ŞOK Volfman dosyesi 1785483895_1
  • ARAŞDIRMA

Böyrək alveri şəbəkəsinin Azərbaycan izi – ŞOK Volfman dosyesi

admin 31.07.2026
Xəbər verdiyimiz kimi, Moskvada İsrail vətəndaşı Boris Volfmanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Bu iş illər...
DAVAMI Read more about Böyrək alveri şəbəkəsinin Azərbaycan izi – ŞOK Volfman dosyesi

Bütün yazılar

1711380216-2974-large
  • DÜNYA

Polşa Rusiya raketinin ölkə ərazisinə düşməsi ilə əlaqədar yeni təfərrüatları açıqladı

admin 31.07.2026
1785481494_4950ef2d427c1a02ff931dfbb12b66d2
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan-Qırğızıstan münasibətləri: Əlaqələr siyasi-hüquqi səviyyəyə yüksəlib

admin 31.07.2026
skynews-spain-morocco-migrants_7310468
  • DÜNYA

Mərakeşlə sərhəddə toqquşma: Qırx min insan İspaniyaya hücum etdi

admin 31.07.2026
pasinyan_np
  • DÜNYA

Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir

admin 31.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.