Skip to content
31.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU
  • ARAŞDIRMA

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

admin 31.07.2026
39u904u8DXWvJ8ZruoZ48oLOLjps810gz3RlmMoD_1200

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, 3 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddəttinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkməsini təklif edib.

Zərərçəkən tərəfin nümayəndəsi təqsirləndirilənlərə sanksiya həddində cəza verilməsini və mülki iddianın tam təmin edilməsini xahiş edib.

Cəmilə Əliyevanın vəkili bildirib ki, Yaqub Əsədi xəstənin anesteziya olunmasına və intubasiya etməsinə icazə verməyib: “Bunu cərrah özü edib. Anestezioloqun etirazlarına məhəl qoymayıb və buna görə də Cəmilə Əliyeva otağı tərk edib. Monitordan xəstənin vəziyyətinin yaxşı olmadığını görərək vəzifəsini icra etmək istəyib, lakin bacarmayıb”.

Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Cəmilə Əliyeva da çıxışında vəkilinin dediklərini təsdiqləyib. O, əlavə edib ki, həkim reklam çəkmək məqsədilə hər işi özü görüb və xəstənin halı pisləşib: “Bunu gördükdən sonra daha iki həkim də yardıma gəlib, lakin onlar da xəstəni daha betər hala salıb. Xəstənin bu halda olmasının səbəbi yanlış intubasiyadır ki, onu da mən etməmişəm. Bu gün xəstə həyatdadırsa, bu, mənim müdaxiləm nəticəsindədir”.

Yaqub Əsədinin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxs səhv intubasiya etsə də, xəstəni nəzarətsiz qoyduğu üçün Cəmilə Əliyeva təqsirkardır:

“Yaqub Əsədi işinə səhlənkar yanaşmayıb. İntubasiyadan sonra xəstənin pis hala düşməsi onun nəzarətsiz qalması səbəbindəndir. Yəni burada Yaqub doktorun səhvi yoxdur. Yaqub Əsədi ittiham olunduğu əməli törətməyib, buna görə də ona bəraət verilməsini xahiş edirəm”.

Dövlət ittihamçısı replika hüququndan istifadə edərək bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkənə lazım olan pompanı da almayıblar, buna görə də onlara bəraət verilməməlidir.

Yaqub Əsədi son sözündə bildirib ki, xəstənin halı istifadə olunan dərmanlara görə pisləşib. O, məhkəmədən bəraət verilməsini xahiş edib.

Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə hər iki şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkəcəklər.

Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ziyanla bağlı ödəniş etməsi nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutulması və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Gülayın günahı nədir?

OXŞAR MÖVZULAR

a0c2701116ca41cc03b42889aea00a95
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi

admin 30.07.2026
qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026
312770_uleyqx3psd-2
  • ARAŞDIRMA

Xanım Tiktoker 10 sutkalıq həbs edildi

admin 30.07.2026

XƏBƏR LENTİ

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU 39u904u8DXWvJ8ZruoZ48oLOLjps810gz3RlmMoD_1200
  • ARAŞDIRMA

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

admin 31.07.2026
Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə...
DAVAMI Read more about Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU
Gülayın günahı nədir? 1785431887_1
  • CƏMİYYƏT

Gülayın günahı nədir?

admin 31.07.2026
Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyevanı yəqin ki, hamımız tanıyırıq. Hələ körpə vaxtlarından onun necə at çapmasının,...
DAVAMI Read more about Gülayın günahı nədir?
Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq 1785475866_screenshot-2026-07-31-092757
  • İDMAN

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

admin 31.07.2026
 Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir. Yarışın 5-ci günündə Azərbaycanın 5 sərbəst güləşçisi...
DAVAMI Read more about Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
Vüsal Nəsirli hələ “təmizlik işi” görür – Əsas işlər hələ gözləyir 1785476229_screenshot-2026-07-31-093525
  • İQTİSADİYYAT

Vüsal Nəsirli hələ “təmizlik işi” görür – Əsas işlər hələ gözləyir

admin 31.07.2026
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “53 №-li Yol İstismarı” MMC-nin direktoru dəyişib. Məlumata görə, bununla...
DAVAMI Read more about Vüsal Nəsirli hələ “təmizlik işi” görür – Əsas işlər hələ gözləyir
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib 17854770796287613223
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

admin 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və...
DAVAMI Read more about Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Bütün yazılar

39u904u8DXWvJ8ZruoZ48oLOLjps810gz3RlmMoD_1200
  • ARAŞDIRMA

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

admin 31.07.2026
1785431887_1
  • CƏMİYYƏT

Gülayın günahı nədir?

admin 31.07.2026
1785475866_screenshot-2026-07-31-092757
  • İDMAN

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

admin 31.07.2026
1785476229_screenshot-2026-07-31-093525
  • İQTİSADİYYAT

Vüsal Nəsirli hələ “təmizlik işi” görür – Əsas işlər hələ gözləyir

admin 31.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.