Skip to content
30.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi

admin 30.07.2026
a0c2701116ca41cc03b42889aea00a95

Milyonlarla manatlıq əmlak, bələdiyyələr üzərindən qurulan biznes şəbəkəsi və oğlunun adına keçirilən müəssisələr –sabiq icra başçısının həbsə aparan yolu

Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun tanınmış nümayəndələrinin həbsi ölkənin hüquq sistemi və siyasi həyatında ən çox rezonans doğuran hadisələrdən olub. Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarlar qəbul edən, milyonlarla manatlıq layihələrə rəhbərlik edən, beynəlxalq səviyyədə Azərbaycanı təmsil edən, ölkə rayonlarının rəhbərliyi etibar olunan bu şəxslər sonradan cinayət məsuliyyətinə cəlb edilərək uzunmüddətli həbs cəzaları alıblar.

Onların bəziləri uzun illər toxunulmaz hesab olunurdu. Kimisi Prezident Administrasiyasına rəhbərlik edib, kimisi ölkənin baş prokuroru olub, kimisi dövlətin ən böyük bankını idarə edib, kimisi isə təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəlib. Lakin müxtəlif dövrlərdə aparılan istintaqlar, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyatlar və məhkəmə araşdırmaları nəticəsində həmin şəxslər haqqında ağır ittihamlar irəli sürülüb və məhkəmələr tərəfindən hökm çıxarılıb.

Alimpaşa Məmmədovun həbsdən ilk görüntüləri - FOTOMusavat.com-un “Hakimiyyətin zirvəsindən həbsxanaya” silsiləsində bu dəfə Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədovun dosyesini təqdim edirik.
Uzun illər ölkənin iqtisadi cəhətdən ən güclü rayonlarından birinə rəhbərlik edən, bölgənin siyasi və iqtisadi həyatına faktiki nəzarət edən Alimpaşa Məmmədov bu gün artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilib. İstintaq materialları göstərir ki, söhbət illərlə formalaşmış idarəetmə mexanizmindən, dövlət və bələdiyyə əmlakının idarə olunmasından, sahibkarlarla münasibətlərdən, rayon büdcəsinin xərclənməsindən və yerli hakimiyyət institutunun necə işləməsindən gedir.
Şəmkir uzun illər Azərbaycanın kənd təsərrüfatı, sənaye və logistika baxımından ən gəlirli rayonlarından biri hesab olunub. Taxılçılıq, üzümçülük, heyvandarlıq, istixana təsərrüfatları, iri bazarlar və magistral yollar üzərində yerləşməsi rayonu iqtisadi baxımdan strateji məkana çevirib. Belə bir rayona rəhbərlik edən icra başçısı faktiki olaraq tikinti layihələrinin, torpaq münasibətlərinin, sahibkarlıq fəaliyyətinin, sosial layihələrin və dövlət investisiyalarının əsas qərarvericilərindən biri idi. Məhz buna görə də Alimpaşa Məmmədovun həbsi ölkədə böyük rezonans doğurdu.
İttihama görə, Alimpaşa Məmmədov dövlət və bələdiyyə əmlakının sistemli şəkildə yaxın çevrəsinin nəzarətinə keçirilməsi üçün xüsusi mexanizm yaradıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək bir neçə iri bələdiyyə müəssisəsinin faktiki nəzarətini oğlu Adil Adilzadənin adına rəsmiləşdirilən şirkətlərə yönəldib. Ən səs-küylü epizodlardan biri Çinarlı bələdiyyəsinin təsis etdiyi, balansında 2 milyon 844 min manat dəyərində əmlak olan “Çinarlı Qəsəbə” MMC ilə bağlıdır. Rəsmi ittihama görə, müəssisənin bütün payları cəmi 40 manata Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə və tabeliyində fəaliyyət göstərən şəxslərin nəzarətində olan “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə satılıb. Sonradan rayonda iri kənd təsərrüfatı satış kompleksi kimi tanınan “Şəmkir Səbəti” məhz “Çinarlı Qəsəbə” MMC-nin nəzdində fəaliyyət göstərib.
2017-ci ildə istifadəyə verilən “Şəmkir Səbəti” ölkənin ən iri kənd təsərrüfatı ticarət mərkəzlərindən biri kimi təqdim olunurdu. Açılış mərasimində Alimpaşa Məmmədov şəxsən iştirak edib. Bakı–Qazax magistralının 391-ci kilometrində yerləşən kompleks beş hektara yaxın ərazini əhatə edir. Burada 147 ticarət butiki, 7000 kvadratmetrlik topdansatış sahəsi, 500 kvadratmetrlik ailəvi istirahət və iaşə obyekti, 5 soyuducu anbar və geniş logistika infrastrukturaları yaradılmışdı. Kompleksin nəzdində fəaliyyət göstərən “Şəmkir Səbəti Supermarket” də həmin dövrdə istifadəyə verilib və onun açılışında da qırmızı lenti şəxsən icra başçısı kəsib. Cinayət işinin digər mühüm epizodu “Abad Şəmkir” MMC ilə bağlıdır. İttihama görə, Şəmkir Şəhər Bələdiyyəsinin balansında olan və təxminən 967 min manat dəyərində qida məhsulları istehsal edən zavoda malik müəssisənin bütün payları cəmi 180 manata Alimpaşa Məmmədovun oğlu Adil Adilzadənin adına keçirilib.
Maraqlıdır ki, Alimpaşa Məmmədovun Şəmkirə rəhbər təyin olunduğu 2014-cü ildən sonra rayonda bələdiyyələrin nəzdində kütləvi şəkildə məhdud məsuliyyətli cəmiyyətlər yaradılmağa başlanıb. Həmin dövrdə 42 bələdiyyənin tabeliyində ümumilikdə 45 MMC təsis olunmuşdu. Rayonun ən böyük bələdiyyəsinin balansında isə “Ceyrançöl”, “Abad Şəmkir” və “Morul Tikinti” MMC-ləri fəaliyyət göstərirdi.

“Abad Şəmkir” MMC-nin nəzdində fəaliyyət göstərən “Natural” su və konserv məhsulları istehsal edən zavod 2015-ci ildə tikilib. Mətbuatda yayılan məlumatlara görə, layihənin maliyyələşdirilməsi üçün həmin dövrdə “Atabank” vasitəsilə 700 min manat məbləğində, 10 il müddətinə kredit ayrılmışdı. Bu iddia açıq mənbələrdə yer alsa da, məhkəmə hökmündə ayrıca hüquqi qiymət verilmiş fakt kimi göstərilməyib.
İstintaq materiallarında xüsusi yer tutan digər epizod “Az Forel” MMC ilə bağlıdır. İttihama əsasən, Alimpaşa Məmmədov mənimsəmə və rüşvət yolu ilə əldə edildiyi iddia olunan 832 min manat vəsaiti oğlu Adil Adilzadənin adına yaradılmış “Az Forel” MMC-nin tikintisi və digər xərclərinə yönəltməklə həmin vəsaitləri leqallaşdırıb. Həmin pullar balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəldilərək dövriyyəyə daxil edilib və bu epizod ona qarşı irəli sürülən leqallaşdırma ittihamının əsas hissəsini təşkil edib.
Şəmkirçay Su Anbarının sahilində yerləşən balıqartırma kompleksi 2018-ci ildə istifadəyə verilib. Altı hektar ərazidə salınmış müəssisəyə ilkin mərhələdə üç milyon manat investisiya qoyulduğu, ümumi layihə dəyərinin isə 43 milyon manat olduğu açıqlanmışdı. Bu rəqəmləri həmin dövrdə Alimpaşa Məmmədov rayonun sosial-iqtisadi inkişafına dair hesabat çıxışında özü də səsləndirmişdi. İstintaqın qənaətinə görə, bu investisiyanın bir hissəsi cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması sxeminin tərkib hissəsi olub.
Şəmkir Azərbaycanda ermənilərin ən çox yaşadığı rayondur - SİYAHI

Nəticədə Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələri ilə təqsirli bilinib. Məhkəmə araşdırmaları zamanı üzərinə həbs qoyulan əmlakların ümumi bazar dəyəri on milyonlarla manata yaxın qiymətləndirilib. Bunlar arasında “Az Forel” MMC-yə məxsus 8 milyon 270 min manatlıq balıqçılıq kompleksi, “Abad Şəmkir” MMC-nin 1 milyon 335 min manatlıq daşınan və daşınmaz əmlakı, Bakıda yerləşən 676 min manat dəyərində 2 mənzil vardı.
Məhkəmə qərarları nəticəsində əmlakların bir hissəsi müsadirə olunub, bir hissəsi ilə bağlı isə kredit öhdəlikləri və mülki iddialar nəzərə alınaraq ayrıca qərarlar qəbul edilib. Proses zamanı diqqət çəkən məqamlardan biri keçmiş icra nümayəndəsi Tünzalə Hüseynovanın açıqlamaları idi. O, jurnalistlərə bildirib ki, müxtəlif dövrlərdə Alimpaşa Məmmədova əvvəl 10 min, daha sonra isə 400 min manat çatdırıb. Onun sözlərinə görə, pullar müxtəlif layihələrin həlli məqsədilə verilsə də, vədlər yerinə yetirilməyib. Tünzalə Hüseynova həmçinin icra nümayəndələrindən hər ay müxtəlif məqsədlərlə pul toplandığını, bəzi obyektlərin sənəddə başqa şəxslərin adına olsa da faktiki idarəçiliyinin sabiq başçıya məxsus olduğunu iddia edib. Bu fikirlər onun şəxsi bəyanatlarıdır və məhkəmə hökmünün hüquqi əsasını təşkil edən bütün faktlar sırasında ayrıca təsdiqlənmiş epizodlar kimi göstərilməyib. Alimpaşa Məmmədov bütün məhkəmə mərhələlərində ittihamlarla razılaşmayıb. Onun vəkili kassasiya şikayətində ittihamların düzgün qiymətləndirilmədiyini bildirib. Müdafiə tərəfi həm cəzanın azaldılmasını, həm də müsadirə edilmiş əmlakların geri qaytarılmasını istəyib.
Lakin Ali Məhkəmə aşağı instansiyaların hökmünü dəyişməyərək kassasiya şikayətini təmin etməyib. Bununla da hökm qəti qüvvəyə minib.

Bir vaxtlar Şəmkir rayonunda bütün əsas qərarların verildiyi kabinetdən idarəçilik edən Alimpaşa Məmmədov bu gün artıq məhkum statusundadır. Onun işi həm dövlət idarəçiliyində hesabatlılığın vacibliyini ortaya qoyan ən parlaq nümunələrdən biri kimi qalmaqdadır.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 67 yaşlı qadın alverçisi Kurt həbs edildi
Next: Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq

OXŞAR MÖVZULAR

qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026
312770_uleyqx3psd-2
  • ARAŞDIRMA

Xanım Tiktoker 10 sutkalıq həbs edildi

admin 30.07.2026
whatsapp_image_2026-07-30_at_14.09.18
  • ARAŞDIRMA

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT

admin 30.07.2026

XƏBƏR LENTİ

Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq 20260730_175240
  • MƏDƏNİYYƏT

Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq

admin 30.07.2026
“44” bədii filminin çəkiliş prosesi başa çatıb. Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar...
DAVAMI Read more about Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq
Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi a0c2701116ca41cc03b42889aea00a95
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi

admin 30.07.2026
Milyonlarla manatlıq əmlak, bələdiyyələr üzərindən qurulan biznes şəbəkəsi və oğlunun adına keçirilən müəssisələr –sabiq icra başçısının həbsə...
DAVAMI Read more about Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi
67 yaşlı qadın alverçisi Kurt həbs edildi qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026
İnsan alverində ittiham olunan 67 yaşlı Sevinc Daşdəmirzadənin (Kurt) məhkəməsi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, Sevinc Kurt bir...
DAVAMI Read more about 67 yaşlı qadın alverçisi Kurt həbs edildi
Xanım Tiktoker 10 sutkalıq həbs edildi 312770_uleyqx3psd-2
  • ARAŞDIRMA

Xanım Tiktoker 10 sutkalıq həbs edildi

admin 30.07.2026
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker...
DAVAMI Read more about Xanım Tiktoker 10 sutkalıq həbs edildi
Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT whatsapp_image_2026-07-30_at_14.09.18
  • ARAŞDIRMA

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT

admin 30.07.2026
“Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi”. Bunu Teleqraf-ın Mərkəzi Aran bürosuna açıqlamasında Yevlaxda...
DAVAMI Read more about Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT

Bütün yazılar

20260730_175240
  • MƏDƏNİYYƏT

Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq

admin 30.07.2026
a0c2701116ca41cc03b42889aea00a95
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi

admin 30.07.2026
qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026
312770_uleyqx3psd-2
  • ARAŞDIRMA

Xanım Tiktoker 10 sutkalıq həbs edildi

admin 30.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.