Skip to content
30.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Kapadokiyadan yarımçıq təkzib – direktor niyə təşvişə düşüb?
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Kapadokiyadan yarımçıq təkzib – direktor niyə təşvişə düşüb?

admin 30.07.2026
1785413334_screenshot_20260730_160558_com_android_chrome_chrometabbedactivity

Bakı şəhəri 93 və 42 nömrəli məktəblərin direktoru Xalidə İbrahimova sosial media hesabında guya təkzib verib. Haqqında yazılanlardan yalnız attestat məsələsini təkzib etməyə çalışır. Hansı ki məktəb qiyməti 2 olan məzunun DİM imtahanında 5 alması məsələsinə də bir neçə gün əvvəl sosial media hesabında özü izahat da vermişdi.

Digər məsələləri isə görməzdən gəlir arxalı direktor. Vaxtilə Təhsil Nazirliyindən niyə kənarlaşdırıldığı, BŞTİ-də çalışdığı vaxt direktorlara olan münasibəti, Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova ilə mübhəm dostluq əlaqələri, vaxtaşırı Ağ Şəhərdəki və digər elit məkanlardakı görüşləri, təmtəraqlı ad günü partiləri, məktəb direktorlarının, direktor müavinlərinin və digər vəzifələrə təyinatlarda oynadığı rol, BŞTİ müdirinin kabinetinə istədiyi zaman sərbəst giriş mandatı, ayrı rayonlarda yerləşən və bir-birindən kilometrlərcə uzaq olan 2 məktəbə necə və nəyin qarşılığında direktorluq etməsi, hər 2 məktəbdə müəllimlərdən, şagirdlərdən və valideynlərdən toplanan vəsaitlər, Azərbaycan Texniki İnstitutunu bitirərək məktəb direktoru olmağın qaranlıq tərəfləri və digər çoxsaylı suallara isə nə əcəbsə cavab verməyib. Məlumata görə “təkzibi” rəfiqəsi, BŞTİ müdiri Nərminə Hüseynova ilə məsləhətləşərək yazıb. Çünki yazılan faktlardan, çoxlarının bildiyi “Rəfiqə İttifaqı”nın ifşa olunmasından o da ciddi narahatlıq keçirib. Həm də məsləhət belə olub ki müəllimlərə tapşır şərhlərdə səni müdafiə etsinlər. Müəllimlərin çoxu saxta şərhlə tərif deməyi qəbul etməsə də məcburiyyət qarşısında yazanlar olub.

Xalidə İbrahimova fəaliyyətinə dair məlumatların bir qisminin ictimailəşməsində 93 və 42 nömrəli məktəblərdə “onu istəməyənlər”dən, sitəm etdiyi şəxslərdən şübhələndiyini, gümanının isə çox yerə getdiyini bildirib. Başa düşüləndir, adam dinc durmayıb, qaz vurub, qazan dolduran zamanlarda o qədər adamı əzib keçib ki…

Ardınca da yenə quş buraxıb, acıq verirmiş kimi dəbdəbəli həyat tərzini sərgiləyir. Xaricdə istirahət etdiyini göstərən görüntülər yayır, zəngin həyat yaşadığını nümayiş etdirir. Asan ələ keçmiş var-varidat belədir, çox olanda uzaqdan da bərq vurur.

Müəllimlər, direktor müavinləri, həqiqi, halal maaşa işləyən məktəb direktorları ölkə daxilində birtəhər istirahət etdiyi, əksər məktəb direktorları hələ də məktəbdə oturub məzunların attestat alması üçün çalışdığı halda Xalidə İbrahimova kimi oliqarx direktorlar göylərdə gəzirlər – bir təyyarədən düşür, o birinə minirlər. Ən bahalı istirahət mərkəzlərindən eqo satırlar. Hələ bu meşşanlığı nümayiş etdirir, onlardan bezən müəllimlərə və valideynlərə “ayaqdayam” mesajı göndərir, dolanışıq dərdi çəkən müəllimlərə qıcıq verirlər.(Tehsilmedia.com)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev üç prezidentlə birlikdə Çolpon-Atada Qolf Klubun açılışında iştirak etdi
Next: Kənan Basqala hökm oxundu

OXŞAR MÖVZULAR

kirqiz7
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev üç prezidentlə birlikdə Çolpon-Atada Qolf Klubun açılışında iştirak etdi

admin 30.07.2026
1785421907_screenshot_20260730_182329_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb

admin 30.07.2026
1785397524_9df6cb4a-c814-49a0-8e38-cb4848b822f0
  • CƏMİYYƏT

ANAMA-nın əməkdaşı vəfat etdi

admin 30.07.2026

XƏBƏR LENTİ

Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq 20260730_175240
  • MƏDƏNİYYƏT

Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq

admin 30.07.2026
“44” bədii filminin çəkiliş prosesi başa çatıb. Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar...
DAVAMI Read more about Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq
Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi a0c2701116ca41cc03b42889aea00a95
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi

admin 30.07.2026
Milyonlarla manatlıq əmlak, bələdiyyələr üzərindən qurulan biznes şəbəkəsi və oğlunun adına keçirilən müəssisələr –sabiq icra başçısının həbsə...
DAVAMI Read more about Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi
67 yaşlı qadın alverçisi Kurt həbs edildi qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026
İnsan alverində ittiham olunan 67 yaşlı Sevinc Daşdəmirzadənin (Kurt) məhkəməsi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, Sevinc Kurt bir...
DAVAMI Read more about 67 yaşlı qadın alverçisi Kurt həbs edildi
Xanım Tiktoker 10 sutkalıq həbs edildi 312770_uleyqx3psd-2
  • ARAŞDIRMA

Xanım Tiktoker 10 sutkalıq həbs edildi

admin 30.07.2026
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker...
DAVAMI Read more about Xanım Tiktoker 10 sutkalıq həbs edildi
Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT whatsapp_image_2026-07-30_at_14.09.18
  • ARAŞDIRMA

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT

admin 30.07.2026
“Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi”. Bunu Teleqraf-ın Mərkəzi Aran bürosuna açıqlamasında Yevlaxda...
DAVAMI Read more about Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT

Bütün yazılar

20260730_175240
  • MƏDƏNİYYƏT

Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq

admin 30.07.2026
a0c2701116ca41cc03b42889aea00a95
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Alimpaşa Məmmədovun korrupsiya dosyesi

admin 30.07.2026
qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026
312770_uleyqx3psd-2
  • ARAŞDIRMA

Xanım Tiktoker 10 sutkalıq həbs edildi

admin 30.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.