Skip to content
30.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb

admin 30.07.2026
1785421907_screenshot_20260730_182329_com_android_chrome_chrometabbedactivity

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 10-da keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.
Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə “uyğun deyil” olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib.
Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.
Akkreditasiya Şurasının qərarı və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.
Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib.
İqtisadiyyat Nazirliyinin 30 iyul 2026-cı il tarixli 92 nömrəli sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.
Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.
İqtisadiyyat Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumata əsasən, universitetin lisenziyası iyulun 22-də dayandırılıb və ötən müddət ərzində “Bakı Qızlar Universiteti” MMC tərəfindən dayandırılmaya əsas olan lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması barədə əlavə məlumat təqdim edilməyib.
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyaların verilməsi, dayandırılması və ləğvini (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) aidiyyəti dövlət qurumlarının rəyi və təqdimatı əsasında İqtisadiyyat Nazirliyi həyata keçirir.

 

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ANAMA-nın əməkdaşı vəfat etdi
Next: İlham Əliyev üç prezidentlə birlikdə Çolpon-Atada Qolf Klubun açılışında iştirak etdi

OXŞAR MÖVZULAR

1785413334_screenshot_20260730_160558_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Kapadokiyadan yarımçıq təkzib – direktor niyə təşvişə düşüb?

admin 30.07.2026
1785397524_9df6cb4a-c814-49a0-8e38-cb4848b822f0
  • CƏMİYYƏT

ANAMA-nın əməkdaşı vəfat etdi

admin 30.07.2026
screenshot_2026_07_30_112211_1785396145
  • CƏMİYYƏT

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

admin 30.07.2026

XƏBƏR LENTİ

67 yaşlı qadın alverçisi Kurt həbs edildi qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026
İnsan alverində ittiham olunan 67 yaşlı Sevinc Daşdəmirzadənin (Kurt) məhkəməsi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, Sevinc Kurt bir...
DAVAMI Read more about 67 yaşlı qadın alverçisi Kurt həbs edildi
Xanım Tiktoker 10 sutkalıq həbs edildi 312770_uleyqx3psd-2
  • ARAŞDIRMA

Xanım Tiktoker 10 sutkalıq həbs edildi

admin 30.07.2026
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker...
DAVAMI Read more about Xanım Tiktoker 10 sutkalıq həbs edildi
Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT whatsapp_image_2026-07-30_at_14.09.18
  • ARAŞDIRMA

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT

admin 30.07.2026
“Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi”. Bunu Teleqraf-ın Mərkəzi Aran bürosuna açıqlamasında Yevlaxda...
DAVAMI Read more about Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT
Tiktoker Müjgan həbs edildi 7d8Cv2EuEACEYu7wu72hZNWhTytzctCcwSM1g5DD_1200
  • ARAŞDIRMA

Tiktoker Müjgan həbs edildi

admin 30.07.2026
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir xanım...
DAVAMI Read more about Tiktoker Müjgan həbs edildi
Abşeron və Qaradağda 57 kiloqram narkotik dövriyyədən çıxarıldı – VİDEO whatsapp_image_2026-07-30_at_15.05.14
  • ARAŞDIRMA
  • VİDEO

Abşeron və Qaradağda 57 kiloqram narkotik dövriyyədən çıxarıldı – VİDEO

admin 30.07.2026
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar...
DAVAMI Read more about Abşeron və Qaradağda 57 kiloqram narkotik dövriyyədən çıxarıldı – VİDEO

Bütün yazılar

qadinhebs
  • ARAŞDIRMA

67 yaşlı qadın alverçisi Kurt həbs edildi

admin 30.07.2026
312770_uleyqx3psd-2
  • ARAŞDIRMA

Xanım Tiktoker 10 sutkalıq həbs edildi

admin 30.07.2026
whatsapp_image_2026-07-30_at_14.09.18
  • ARAŞDIRMA

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: Xalasının evində olub, amma … – TƏFƏRRÜAT

admin 30.07.2026
7d8Cv2EuEACEYu7wu72hZNWhTytzctCcwSM1g5DD_1200
  • ARAŞDIRMA

Tiktoker Müjgan həbs edildi

admin 30.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.