Gürcüstanda saxlanıldıqdan sonra həbsdən azad edilən Şəmsi Səmədzadə artıq 10 gündür Azərbaycandadır.
Ş.Səmədzadə mal-qara oğurluğuna görə həbs edilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib.
O, bildirib ki, baş verən hadisə yol-nəqliyyat qəzası və sonradan yaranan anlaşılmazlıqla bağlı olub.
Bununla yanaşı, o, Azərbaycanda biznes fəaliyyətini yenidən davam etdirəcəyini qeyd edib.
Ş.Səmədzadə Türkiyə ilə də sıx işgüzar əlaqələrinin olduğunu da vurğulayıb.
Qeyd edək ki, Şəmsi Səmədzadə bir müddət əvvəl Gürcüstanda saxlanılmışdı. Sosial şəbəkələrdə onun mal-qara oğurluğuna görə həbs edildiyi iddia olunsa da, Səmədzadə bu məlumatı təkzib edərək hadisənin yol-nəqliyyat qəzası və sonradan yaranmış anlaşılmazlıqla əlaqədar baş verdiyini bildirib.\\ajans.az
