Skip to content
27.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…

admin 27.07.2026
1785159068_1
Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi ilə bağlı növbəti narazılıqlar ortaya çıxıb.
Bizimesr.com xəbər verir ki, müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsində iştirak etmək üçün portal.edu.az platforması üzərindən müraciət edən çoxsaylı namizəd ciddi problemlərlə üzləşib.
Məlumata görə, bir həftə əvvəl müraciət etmələrinə baxmayaraq, namizədlərin əksəriyyətinə hələ də heç bir cavab verilməyib. Bildirilir ki, platforma normal fəaliyyət göstərmir və göndərilən müraciətlər sistemdə “qaralama” statusunda qalır. Nəticədə namizədlər sənədlərinin qəbul edilib-edilmədiyini belə müəyyənləşdirə bilmirlər.
Bu isə ciddi narahatlıq və əlavə problemlər yaradır. Rəsmi portalda belə bir problemin hər il davam etməsi, sistemin nəzarətsiz və imtahanlara qeyri-ciddi münasibəti göstərir. Maraqlı məqamlardan biri də odur ki, cavab gözləyən şəxslərin əksəriyyətinin uzun illər peşə təcrübəsinə malik olduğu bildirilir. Bu isə seçim prosesinin hansı meyarlar əsasında aparıldığı ilə bağlı suallar yaradır.
Daha bir məlumata görə, ötən il peşə məktəblərində müqavilə əsasında işə qəbul edilən (?), lakin kifayət qədər iş stajı olmayan şəxslərin bu il keçirilən imtahanlarda iştirakına icazə verilməyib. Həmin şəxslərin sözlərinə görə, işə qəbul olunarkən onlara “gələn il keçiriləcək müəllimlərin işə qəbulu imtahanında iştirak edə biləcəksiniz” vədi verilib.
Lakin bu il məlum olub ki, onlarla bağlanan əmək müqavilələri bir illik deyil, cəmi 10 aylıq rəsmiləşdirilib. Məhz bu səbəbdən onlar müsabiqədə iştirak üçün tələb olunan şərtləri ödəyə bilməyiblər. Bu vəziyyət Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədovun fəaliyyəti ilə bağlı ciddi narazılıq yaradıb. İmtahanlarda iştirak hüququ əldə edə bilməyən bir sıra şəxslər yaranmış vəziyyətə görə məhz Murad Məmmədovun adını çəkərək narazılıqlarını ifadə edir və prosesin şəffaf aparılmadığını iddia edirlər. Bu barədə daha ətraflı şikayətlər qeyd olunacaq.
Belə görünür ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi bu il də narazılıqlarla müşayiət olunur. Bir tərəfdən elektron sistemdə müraciətlərin “qaralama” statusunda qalması, digər tərəfdən isə müqavilə şərtləri ilə bağlı ortaya çıxan problemlər namizədlər arasında ikili yanaşmanın tətbiq edildiyini ortaya qoyur.
Ədil Hüseynli

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

OXŞAR MÖVZULAR

1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
9e62e28aa7342ea505eb767ec48a8a5b
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI

“Boz kardinal”ın “qara günləri” – Ramiz Mehdiyev nə vaxtadək həbsdə qalacaq?

admin 27.07.2026
1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026

XƏBƏR LENTİ

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir… 1785159068_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…

admin 27.07.2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi ilə bağlı növbəti narazılıqlar...
DAVAMI Read more about Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO 1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
Tahir Budaqov YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir və onun Bakının mərkəzində ağacların kütləvi şəkildə qırılmasına...
DAVAMI Read more about Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO
Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər 20260727_162518
  • MƏDƏNİYYƏT

Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər

admin 27.07.2026
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay” adlı yeni musiqi layihəsini təqdim ediblər. Teleqraf xəbər verir ki, mahnının...
DAVAMI Read more about Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər
İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı troops-deploy-ht-ps-200102_hpmain
  • DÜNYA

İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı

admin 27.07.2026
Fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı başladığı hərbi əməliyyatlardan bəri ümumilikdə 624 amerikalı hərbçi xəsarət alıb....
DAVAMI Read more about İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı
Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır tong-thong-ukraine-volodymyr-zelensky-8326-5208
  • DÜNYA

Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır

admin 27.07.2026
“Vladimir Putin sentyabrın 21-də keçiriləcək Rusiya Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik elan etməyi və 300-500 min...
DAVAMI Read more about Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır

Bütün yazılar

1785159068_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…

admin 27.07.2026
1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
20260727_162518
  • MƏDƏNİYYƏT

Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər

admin 27.07.2026
troops-deploy-ht-ps-200102_hpmain
  • DÜNYA

İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı

admin 27.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.