Skip to content
27.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Boz kardinal”ın “qara günləri” – Ramiz Mehdiyev nə vaxtadək həbsdə qalacaq?
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI

“Boz kardinal”ın “qara günləri” – Ramiz Mehdiyev nə vaxtadək həbsdə qalacaq?

admin 27.07.2026
9e62e28aa7342ea505eb767ec48a8a5b

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi 9-cu aydır ki, araşdırılmaqdadır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı cinayət işi üzrə istintaqın müddəti sonuncu dəfə ötən ay Səbail Rayon Məhkəməsinin qərarı ilə daha 5 ay uzadılıb. Bu qərar göstərir ki, istintaq orqanı cinayət işi üzrə araşdırmaları hələ başa çatdırmayıb və əlavə prosessual hərəkətlərə ehtiyac olduğunu hesab edir.

Ramiz Mehdiyev sovet dövründən etibarən Azərbaycan dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışıb. O, 1994-cü ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yüksəlib və 2019-cu ilə qədər ölkənin ən təsirli məmurlarından biri kimi tanınıb. Uzun illər ölkədə daxili siyasi proseslərin əsas koordinasiyaçılarından biri hesab olunub. Elə buna görə də mətbuatda və siyasi dairələrdə “boz kardinal” kimi təqdim olunurdu. 2019-cu ildə Prezident Administrasiyasından ayrıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Mehdiyev 2022-ci ildə həmin vəzifədən də istefa verib. 2025-ci ilin oktyabrında isə Ramiz Mehdiyev bir neçə xüsusilə ağır cinayətdə ittiham olunmaqla istintaqa cəlb edilib. İttihamlar arasında dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə yönəlmiş fəaliyyət və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması kimi maddələr yer alır.

Yayılan məlumatlardan belə anlaşılır ki, Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlik fonunda hakimiyyət dəyişikliyi ssenarisi hazırlanıb, keçid dövrü üçün Dövlət Şurası formatında yeni idarəetmə modeli təklif olunub və bu plan xarici dairələrlə müzakirə edilib.

Məhkəmə Ramiz Mehdiyev barəsində həbs deyil, ev dustaqlığı qətimkan tədbirini qüvvədə saxlayıb. Bu qərar onun yaşı, səhhəti və digər fərdi hallar nəzərə alınmaqla verilib.

Cinayət-Prosessual Məcəlləsinə görə, ev dustaqlığının həbslə əvəz olunması üçün istintaq orqanı əlavə riskləri əsaslandırmalıdır. Bunlara istintaqdan yayınma ehtimalı, sübutların məhv edilməsi, şahidlərə təsir göstərilməsi və ya yeni cinayət törətmək təhlükəsi daxildir.

Hazırkı mərhələdə məhkəmə daha sərt qətimkan tədbirinə ehtiyac görməyib. Araşdırmaların yalnız siyasi ittihamlarla məhdudlaşmadığı, iş üzrə dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz maliyyə əməliyyatları və iri həcmli maliyyə axınlarının da saf-çürük edildiyi bildirilir.

Ramiz Mehdiyevin cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı iddia olunur.

İstintaq çərçivəsində onun və yaxın ətrafının daşınmaz əmlakları üzərində məhdudiyyətlər tətbiq edilib, əmlakların satışı və özgəninkiləşdirilməsi nəzarətə götürülüb.

Cinayət işi yalnız Ramiz Mehdiyevlə məhdudlaşmır. İstintaq çərçivəsində ailə üzvləri və yaxın çevrəsi ilə bağlı da bir sıra hüquqi qərarlar qəbul olunub. Məlumata görə, bəzi ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub, bir sıra keçmiş vəzifəli şəxslər işdən uzaqlaşdırılıb.

Cinayət işi üzrə istintaqa cəlb olunan şəxslər arasında Ramiz Mehdiyevin uzun illər köməkçisi olmuş şəxslə yanaşı, AXCP sədri Əli Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və digər şəxslər də var. İstintaq orqanının təqdimatları əsasında Səbail Rayon Məhkəməsi onların barəsində seçilmiş qətimkan tədbirlərinin və prosessual məhdudiyyətlərin müddətini də uzadıb. Məlumata görə, istintaq həmin şəxslərin cinayət işi üzrə mümkün əlaqələrini, aralarındakı təmasları, maliyyə və təşkilati əlaqələri, eləcə də iş üzrə digər epizodları araşdırır.

Cinayət-Prosessual Məcəlləsinə əsasən, xüsusilə ağır və çoxepizodlu cinayət işlərində ibtidai istintaqın müddəti bir neçə dəfə uzadıla bilər. Belə işlərdə çoxsaylı maliyyə sənədlərinin araşdırılması, ekspertizaların keçirilməsi, beynəlxalq hüquqi yardım sorğularının icrası və çoxsaylı şahidlərin dindirilməsi araşdırmanın uzun çəkməsinə səbəb olur.

Son qərarla Ramiz Mehdiyev barəsində tətbiq olunan prosessual məhdudiyyətlərin ümumi müddəti bir ilə yaxınlaşır.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır
Next: Emil Balayev “Dinamo” ilə cavab oyununda meydana çıxacaq? – “Neftçi”dən AÇIQLAMA

OXŞAR MÖVZULAR

1785159068_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…

admin 27.07.2026
1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
981255482c2ae909673f62842a22abbe (1)
  • ARAŞDIRMA

Şəmsi Səmədzadə həbsdən AZAD OLDU

admin 27.07.2026

XƏBƏR LENTİ

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir… 1785159068_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…

admin 27.07.2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəllim və istehsalat təlimi ustalarının işə qəbulu prosesi ilə bağlı növbəti narazılıqlar...
DAVAMI Read more about Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO 1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
Tahir Budaqov YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir və onun Bakının mərkəzində ağacların kütləvi şəkildə qırılmasına...
DAVAMI Read more about Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO
Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər 20260727_162518
  • MƏDƏNİYYƏT

Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər

admin 27.07.2026
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay” adlı yeni musiqi layihəsini təqdim ediblər. Teleqraf xəbər verir ki, mahnının...
DAVAMI Read more about Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər
İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı troops-deploy-ht-ps-200102_hpmain
  • DÜNYA

İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı

admin 27.07.2026
Fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı başladığı hərbi əməliyyatlardan bəri ümumilikdə 624 amerikalı hərbçi xəsarət alıb....
DAVAMI Read more about İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı
Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır tong-thong-ukraine-volodymyr-zelensky-8326-5208
  • DÜNYA

Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır

admin 27.07.2026
“Vladimir Putin sentyabrın 21-də keçiriləcək Rusiya Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik elan etməyi və 300-500 min...
DAVAMI Read more about Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır

Bütün yazılar

1785159068_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Agentlikdə sənəd qəbulu problemi – Sənədlər “qaralama”da, namizədlərə cavab gəlmir…

admin 27.07.2026
1785159700_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” – Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi VİDEO

admin 27.07.2026
20260727_162518
  • MƏDƏNİYYƏT

Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay”ı təqdim etdilər

admin 27.07.2026
troops-deploy-ht-ps-200102_hpmain
  • DÜNYA

İranla müharibədə 600-dən çox amerikalı əsgər yaralandı

admin 27.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.