Skip to content
13.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Biznesmenin 4 milyonunu ödədilər – İkisi həbsdən azad edildi
  • ARAŞDIRMA

Biznesmenin 4 milyonunu ödədilər – İkisi həbsdən azad edildi

admin 13.07.2026
quvat

İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə 5 nəfər – tanınmış idmançı və federasiya rəhbəri Ceyhun Əşrəfov, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilib. Onlardan yalnız sonuncu ikisi həbsdə idi.

Prokuror ittiham nitqində dəstə üzvlərinin hər birinin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 aydan 13 ilə kimi həbs edilmələrini tələb etmişdi.

Amma son iki həftədə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş 4 milyon manatdan bir az artıq ziyanı tam ödəyiblər. Nəticədə Qubat Beybutovla barışıq əldə olunub. Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə olan halda müttəhimlərin azadlıqdan məhrum edilmələri üçün əsas görməyib.

Hökmə əsasən, Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanova sınaq müddəti seçilməklə şərti cəza verilib. Ceyhun Əşrəfov əlavə olaraq dövlət rüsumu ödədiyi üçün onun cinayət işinə xitam verilib (red: C.Əşrəfov barəsində başqa cinayət işi də başlanılıb. Həmin iş üzrə yaxında məhkəmə başlayacaq). Bu vaxta kimi həbsdə olan Rüstəm Qafarov və Zaur Qurbanov məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.

Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb. Həmin pulun bir hissəsi ibtidai və məhkəmə istintaqı vaxtı geri qaytarılıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır – Narazılıq
Next: Azərbaycanca danışdığı üçün bıçaqlandı – Özünü dəliliyə vuran CƏZA alacaqmı?

OXŞAR MÖVZULAR

vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
62208793f3750911fd96ed9bf2f67339
  • ARAŞDIRMA

Azərbaycanca danışdığı üçün bıçaqlandı – Özünü dəliliyə vuran CƏZA alacaqmı?

admin 13.07.2026
ee9bae84ad8a8e7337709c5a824271ee
  • ARAŞDIRMA

Ölkəni başına alan onlayn qumar – Cəza TƏLƏBİ

admin 13.07.2026

XƏBƏR LENTİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tranzit həyata keçiriləcək. Teleqraf xəbər verir ki, Ermənistana 7 vaqon...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
Üç milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi başlayıb. “Qafqazinfo”nun məlumatına görə,...
DAVAMI Read more about “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
“Real”ın yeni kapitanı müəyyənləşdi transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
“Real Madrid” 2026/27 mövsümü üçün kapitanlar siyahısını müəyyənləşdirib. Mənbənin məlumatına görə, Madrid təmsilçisinin əsas kapitanı Federiko Valverde...
DAVAMI Read more about “Real”ın yeni kapitanı müəyyənləşdi
Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO 1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
Rüfət Axundov yenidən bahalı avtomobili ilə görüntülənib. Musavat.com xəbər verir ki, ifaçı “Lamborghini” markalı avtomobili ilə çəkilən görüntülərini...
DAVAMI Read more about Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO
ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib 26
  • DÜNYA

ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

admin 13.07.2026
ABŞ Silahlı Qüvvələri İrana qarşı son əməliyyatlar zamanı ilk dəfə zərbə tipli dəniz dronlarını tətbiq edib. Komandanlığın...
DAVAMI Read more about ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

Bütün yazılar

ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.