Skip to content
13.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır – Narazılıq
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır – Narazılıq

admin 13.07.2026
1783946592_screenshot-2026-07-13-164225

Azərbaycan Dəmir Yollarının (ADY) rəqəmsallaşma istiqamətində atdığı addımlar təqdirəlayiq olsa da, tətbiq edilən xidmətlərin etibarlı və stabil işləməsi təmin edilmədən istifadəyə verilməsi sərnişinlər üçün ciddi narahatlıq yaradır.

Xüsusilə turniketlərdə NFC vasitəsilə ödəniş zamanı tez-tez problemlər yaşanır. Bir çox hallarda sistem kartları oxumur, bəzi beynəlxalq ödəniş sistemlərini, o cümlədən Mastercard kartlarını qəbul etmir. Nəticədə turniketlər qarşısında uzun növbələr yaranır, sərnişinlər vaxt itirir və narazılıq artır.

Şikayətçi sərnişin bildirir ki, – “bu gün səhər isə turniketlər Visa kartına qoşulmuş NFC ödənişini də qəbul etmədi. Problemi həll etmək üçün məcbur qalıb ayrıca fiziki gediş kartı almaq lazım gəldi. Halbuki NFC ödəniş sisteminin əsas məqsədi sərnişinlərin rahat, sürətli və əlavə vaxt itirmədən keçid etməsini təmin etməkdir. Mövcud vəziyyətdə isə insanlar həm gecikir, həm də arxada gözləyən sərnişinlər qarşısında narahat vəziyyətə düşürlər”.

Diqqət çəkən digər məqam odur ki, bu problem yeni deyil. Uzun müddətdir davam etməsinə baxmayaraq, onun aradan qaldırılması istiqamətində effektiv tədbirlərin görüldüyü müşahidə olunmur.

Dövlət qurumları ölkədə rəqəmsallaşmanın genişləndirilməsinə xüsusi önəm verdiyi bir vaxtda, belə elementar xidmətlərin etibarlı işləməməsi suallar doğurur. Üstəlik, NFC ödəniş xidməti digər dövlət qurumlarının nəqliyyat sistemlərində uğurla və sürətli şəkildə işlədiyi halda, ADY-də eyni rahatlığın təmin olunmaması sərnişinlərin haqlı narazılığına səbəb olur.

ADY son dövrlər sima ilə tanınma və digər innovativ xidmətləri təqdim edir. Lakin mövcud NFC ödəniş sistemindəki problemlər aradan qaldırılmadan yeni texnologiyaların tətbiqi onların praktik effektivliyi ilə bağlı da suallar yaradır.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var
Next: Biznesmenin 4 milyonunu ödədilər – İkisi həbsdən azad edildi

OXŞAR MÖVZULAR

1783948859_screenshot-2026-07-13-170129
  • CƏMİYYƏT

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

admin 13.07.2026
1783951732_budaqov_222
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bu fotolar reklamdır, yoxsa utancverici mənzərə? – Heç olmasa paylaşmayın – FOTO

admin 13.07.2026
1783947298_1
  • CƏMİYYƏT

Pis nümunə dövləti zəiflədir…

admin 13.07.2026

XƏBƏR LENTİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tranzit həyata keçiriləcək. Teleqraf xəbər verir ki, Ermənistana 7 vaqon...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
Üç milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi başlayıb. “Qafqazinfo”nun məlumatına görə,...
DAVAMI Read more about “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
“Real”ın yeni kapitanı müəyyənləşdi transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
“Real Madrid” 2026/27 mövsümü üçün kapitanlar siyahısını müəyyənləşdirib. Mənbənin məlumatına görə, Madrid təmsilçisinin əsas kapitanı Federiko Valverde...
DAVAMI Read more about “Real”ın yeni kapitanı müəyyənləşdi
Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO 1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
Rüfət Axundov yenidən bahalı avtomobili ilə görüntülənib. Musavat.com xəbər verir ki, ifaçı “Lamborghini” markalı avtomobili ilə çəkilən görüntülərini...
DAVAMI Read more about Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO
ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib 26
  • DÜNYA

ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

admin 13.07.2026
ABŞ Silahlı Qüvvələri İrana qarşı son əməliyyatlar zamanı ilk dəfə zərbə tipli dəniz dronlarını tətbiq edib. Komandanlığın...
DAVAMI Read more about ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

Bütün yazılar

ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.