Skip to content
13.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ölkəni başına alan onlayn qumar – Cəza TƏLƏBİ
  • ARAŞDIRMA

Ölkəni başına alan onlayn qumar – Cəza TƏLƏBİ

admin 13.07.2026
ee9bae84ad8a8e7337709c5a824271ee

Son illər internet üzərindən pul müqabilində oynanılan şans oyunlarına maraq nəzərəçarpacaq dərəcədə artıb. Mobil telefonlar və digər rəqəmsal platformalar vasitəsilə bu oyunlara çıxışın asanlaşması xüsusilə gənclər arasında onların daha sürətlə yayılmasına səbəb olur.

Bu vəziyyət isə təkcə maddi itkilərlə məhdudlaşmır, eyni zamanda ailədaxili münasibətlərə, psixoloji vəziyyətə və ümumilikdə cəmiyyətə mənfi təsir göstərə bilir.

Bəs son illərdə bu cür oyunlara marağın artmasının əsas səbəbi nədir? Onlayn qeyri-leqal qumarla mübarizə üçün nə çatışmır?

1732805867.Ceyhun Yusifov

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, onlayn qumar artıq təkcə mənəvi problem deyil, dövlətin maliyyə təhlükəsizliyinə təhdid yaradan hüquqi problemdir: “Son illər Azərbaycanda onlayn qumar platformalarının sürətlə yayılması ciddi narahatlıq doğuran tendensiyadır. Bu məsələni yalnız əxlaq və ya ailədaxili problem kimi qiymətləndirmək düzgün olmaz. Burada söhbət həm də maliyyə təhlükəsizliyindən, kibercinayətkarlıqdan, vergidən yayınmadan və qeyri-qanuni pul dövriyyəsindən gedir. Qanunsuz fəaliyyət göstərən onlayn qumar platformalarının əksəriyyəti xarici dövlətlərdə qeydiyyatdan keçdiyi üçün onların təşkilatçılarını məsuliyyətə cəlb etmək və fəaliyyətlərini dayandırmaq hüquqi baxımdan mürəkkəbləşir. Bununla belə, bu, dövlətin əlini-qolunu bağlamır. Beynəlxalq təcrübə göstərir ki, belə hallarda ən təsirli vasitə həmin platformaların maliyyə dövriyyəsini iflic etməkdir”.

Ceyhun Yusifov deyir ki, təəssüf ki, hazırda insanlar bank kartları, elektron ödəniş sistemləri və müxtəlif rəqəmsal vasitələrlə rahat şəkildə bu platformalara vəsait köçürə bilirlər: “Əgər qanunsuz qumar operatorlarına maliyyə axını davam edirsə, təkcə internet saytlarının bloklanması problemi həll etmir. Bu gün bağlanan domen sabah başqa ad altında yenidən fəaliyyətə başlayır. Digər ciddi problem isə qanunsuz qumarın açıq və ya gizli reklam edilməsidir. Sosial şəbəkələrdə, müxtəlif internet resurslarında, hətta bəzi tanınmış simaların iştirakı ilə bu platformalar asan qazanc, tez varlanmaq imkanı kimi təqdim olunur. Nəticədə xüsusilə gənclər və maliyyə çətinliyi yaşayan insanlar bu tələyə düşürlər”.

Ölkədə internet qumarı kimlər oynayır?

Ceyhun Yusifov hesab edir ki, qanunsuz onlayn qumar platformalarının reklamını həyata keçirən fiziki və hüquqi şəxslərin məsuliyyəti daha da sərtləşdirilməlidir:

“Əgər reklam fəaliyyəti insanların külli miqdarda maddi zərər görməsinə səbəb olursa, bu əməllərə görə yalnız inzibati deyil, zərurət yarandıqda cinayət-hüquqi məsuliyyət məsələsi də nəzərdən keçirilməlidir. Beynəlxalq təcrübə də göstərir ki, sərt hüquqi mexanizmlər daha effektiv nəticə verir. Böyük Britaniyada lisenziyasız operatorlara qarşı milyonlarla funt sterlinq cərimələr tətbiq edilir, Belçikada qanunsuz platformalar bloklanmaqla yanaşı onların maliyyə əməliyyatları da məhdudlaşdırılır, Norveçdə banklara belə operatorlara ödənişlərin həyata keçirilməsi qadağan olunub, Avstraliyada isə internet provayderləri və maliyyə institutları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Bir sıra ölkələrdə qanunsuz qumar biznesini təşkil edən şəxslər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə üzləşirlər. Azərbaycanda da bu istiqamətdə qanunvericilik daha da təkmilləşdirilməli, lisenziyasız qumar platformalarına maliyyə köçürmələrinin qarşısı alınmalı, onların reklamı qəti şəkildə məhdudlaşdırılmalı və bu fəaliyyətin təşkilatçıları ilə yanaşı, qanunsuz reklamını həyata keçirən şəxslər də ciddi hüquqi məsuliyyət daşımalıdırlar. Unutmamalıyıq ki, qumar asılılığı bir çox hallarda psixoloji asılılıqdır. Ona görə də hüquqi tədbirlərlə yanaşı, maarifləndirmə, profilaktika və reabilitasiya mexanizmləri də gücləndirilməlidir. Yalnız kompleks yanaşma sayəsində bu sosial təhlükənin qarşısını almaq mümkündür”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib – VİDEO
Next: Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı

OXŞAR MÖVZULAR

1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
fa0ec133b9a2b1b10a41f883bd07ddad
  • ARAŞDIRMA

600 min manatdan çox pul mənimsədi – Sabiq bələdiyyə sədrinin cinayət işi

admin 09.07.2026
whatsapp_image_2026-07-09_at_09.54.28
  • ARAŞDIRMA

Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı

admin 09.07.2026

XƏBƏR LENTİ

Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı 16136298243451511813_1200x630
  • MƏDƏNİYYƏT

Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı

admin 13.07.2026
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat...
DAVAMI Read more about Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
Ölkəni başına alan onlayn qumar – Cəza TƏLƏBİ ee9bae84ad8a8e7337709c5a824271ee
  • ARAŞDIRMA

Ölkəni başına alan onlayn qumar – Cəza TƏLƏBİ

admin 13.07.2026
Son illər internet üzərindən pul müqabilində oynanılan şans oyunlarına maraq nəzərəçarpacaq dərəcədə artıb. Mobil telefonlar və digər...
DAVAMI Read more about Ölkəni başına alan onlayn qumar – Cəza TƏLƏBİ
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib – VİDEO prezident_aile_fotosu
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib – VİDEO

admin 13.07.2026
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb. Həmin...
DAVAMI Read more about İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib – VİDEO
“The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO 1783936131_mood_etler (1)
  • CƏMİYYƏT

“The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO

admin 13.07.2026
Bakıda fəaliyyət göstərən “The Mood Bistro & Grill” restoranında biznes lanç zamanı təqdim olunan yeməklərin keyfiyyəti və...
DAVAMI Read more about “The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO
AZAL ləğv edilən biletlərə görə ödənişi geri qaytarmır – ŞİKAYƏT media-buz-l1iezb
  • CƏMİYYƏT
  • GÜNDƏM

AZAL ləğv edilən biletlərə görə ödənişi geri qaytarmır – ŞİKAYƏT

admin 13.07.2026
Bu günlərdə Azərbaycan Hava Yolları (AZAL) ilə Bakı–Moskva marşrutu üzrə planlaşdırılan uçuş Moskvadakı mövcud vəziyyət nəzərə alınaraq...
DAVAMI Read more about AZAL ləğv edilən biletlərə görə ödənişi geri qaytarmır – ŞİKAYƏT

Bütün yazılar

16136298243451511813_1200x630
  • MƏDƏNİYYƏT

Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı

admin 13.07.2026
ee9bae84ad8a8e7337709c5a824271ee
  • ARAŞDIRMA

Ölkəni başına alan onlayn qumar – Cəza TƏLƏBİ

admin 13.07.2026
prezident_aile_fotosu
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib – VİDEO

admin 13.07.2026
1783936131_mood_etler (1)
  • CƏMİYYƏT

“The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO

admin 13.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.