Skip to content
13.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanca danışdığı üçün bıçaqlandı – Özünü dəliliyə vuran CƏZA alacaqmı?
  • ARAŞDIRMA

Azərbaycanca danışdığı üçün bıçaqlandı – Özünü dəliliyə vuran CƏZA alacaqmı?

admin 13.07.2026
62208793f3750911fd96ed9bf2f67339

Xəbər verildiyi kimi, iyulun 9-da Gürcüstanda yaşayan 15 yaşlı azərbaycanlı Əli Mehdiyev Azərbaycan dilində danışdığı üçün bıçaqlanıb. Hadisə Tiflisin Vaşlicvari qəsəbəsində, saat 19 radələrində baş verib. İddiaya görə, bir nəfər Əlinin Azərbaycan dilində danışmasına etiraz edib, onu təhqir edib və daha sonra bıçaqla hücum edib.

Əli Mehdiyevin anası Sevinc Quliyeva Oxu.az-a bildirib ki, hadisədən sonra yayılan ilkin məlumatlar zərərçəkənin yanında olan şəxslərin dediklərinə əsaslanıb.

Oğlunun narkozdan ayıldıqdan sonra danışdıqları isə hadisənin əsl gedişatını ortaya qoyub:

“Oğlum gözünü açan kimi mənə dedi ki, hadisə elə olmayıb. Onun sözlərinə görə, məhəllədə dostu ilə söhbət edirmiş. Dostu ilə həm gürcü, həm də Azərbaycan dilində danışırmışlar. Lakin məhəllədə yaşayan 55 yaşlı Giorgi Tsabudaşvili Azərbaycan dilində danışdığı üçün oğlumu söyməyə başlayıb. Onu şəxsən tanımırıq. Oğlum deyib ki, mən ona cavab qaytaranda əvvəlcə məni vurdu. Mən də onu cavab olaraq vurdum. Bundan sonra o, gedib bıçaq gətirdi və üstümə hücum çəkdi”.

S.Quliyevanın sözlərinə görə, hadisə bununla bitməyib. Oğlu canını qurtarmaq üçün qaçmağa çalışsa da, hücum edən şəxs onu təqib edib: “Əlindən qaçanda da dalınca düşüb. Qaça-qaça oğlumu arxadan da bıçaqlayıb. Bel nahiyəsindən, arxa hissəsindən və qarnından zərbələr endirib. Oğlumun bədənində ümumilikdə beş bıçaq yarası var. Ən ağır zərbələr qarın nahiyəsinə dəyib”.

Zərərçəkmişin anası qeyd edib ki, məhəllədə azərbaycanlılar, gürcülər və ermənilər yaşayırlar. Özləri isə rəsmi olaraq Gürcüstan vətəndaşıdırlar. Ana deyib ki, hadisəni törədən şəxs azərbaycanlılara qarşı aqressiv münasibəti ilə əvvəllər də tanınıb:

“Sonradan mənə dedilər ki, həmin adam bizim milləti xoşlamır. Oğlum dedi ki, onlara yaxınlaşıb yalnız gürcü dilində danışmalarını istəyib. Halbuki oğlum Gürcüstanda böyüyüb, gürcü dilini çox yaxşı bilir. Sadəcə, dostları ilə söhbət edəndə gürcü və Azərbaycan dillərini qarışıq danışırlar”.

S.Quliyeva bildirib ki, hazırda Əlinin müalicəsi reanimasiya şöbəsində davam etdirilir: “Bizə dedilər ki, hüquq-mühafizə orqanları oğlumun sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxsi saxlayıb, araşdırma aparılır. Amma öyrənmişik ki, həmin şəxsin “dəlilik kağızı” var, bilmirəm, indi proses necə olacaq”.

Gürcüstanda yaşayan Azərbaycan əsilli fəal Samirə Bayramova Musavat.com-a bildirib ki, son vaxtlar Gürcüstanda bu kimi diskriminasiya halları artıb: “Biz ötən il də bir neçə belə hadisənin şahidi olduq. Ancaq sonuncu hadisə göstərdi ki, bu istiqamətdə ciddi addım atılmayıb və xəsarət yetirən həmin adamların çoxuna bəraət verilib. Çünki bəziləri vəzifəli şəxslərin qohumudur. Buna görə də məsuliyyətdən asanlıqla yaxa qurtara bilirlər.

Samirə Bayramova: "Gürcüstanda mümkün olmayanı Marneulidə mümkün etdik"

Gürcüstanda əvvəllər yerli təşkilatlar, hüquq-müdafiə orqanları Avropa İttifaqının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların vasitəsi ilə aktiv şəkildə hökumət qurumları ilə əməkdaşlıq edirdilər. Belə olduğu halda ciddi tədbir görülürdü və hadisələrin qarşısı alınırdı. Hazırda isə Gürcüstanda sadaladığım təşkilatlar demək olar ki, fəaliyyətini dayandırıb. Medianın isə bunu işıqlandırmağa yetərli resursu yoxdur. Əlimiz-qolumuz bağlı vəziyyətdəyik”.

Onun sözlərinə görə, belə hadisələr dəfələrlə başına gəlib və günü-gündən artır:

“Çünki şovinistlərin etdikləri cəzasız qalır. Onlar şovinist sözlər istifadə edirlər, sərt çıxışlar edirlər. Dəfələrlə qeyd edirlər ki, qeyri-gürcülərin artması onlar üçün problemdir. Bu təbii ki, insanlarda aqressiyanı daha da alovlandırır, artırır və nəticədə belə hadisələr baş verir. Ölkədə kriminallıq o qədər artıb ki, insanlar müdafiəsiz qalıblar. Bildirilir ki, yeniyetməyə xəsarət yetirən kişinin “dəlilik kağızı” var. O, bununla da məhkəmədə məsuliyyətdən yayına bilər. Təbii ki, prokurorun qərarından da çox şey asılıdır”.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?! |  Modern.az

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, hadisəni törədən şəxsin həqiqətən də psixi pozuntusunun olması ilə bağlı rəsmi sənədi varsa və o anlaqsız hesab edilirsə, törətdiyi cinayət əməlinə görə məsuliyyət daşımayacaq: “Ola bilər ki, azadlıqdan məhrum etməsinlər, amma məcburi müalicə tətbiq etsinlər. Ekspert rəy verəcək ki, vətəndaş cinayəti törətdiyi an anlaqlı olub, yoxsa yox. Və buna uyğun da qiymət veriləcək. Anlaqlı olubsa, Gürcüstan Cinayət Məcəlləsində nəzərdə tutulan o maddənin sanksiyasına uyğun cəza təyin ediləcək”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Biznesmenin 4 milyonunu ödədilər – İkisi həbsdən azad edildi
Next: Avropa İttifaqı Moldovaya 120 milyon avro yardım ayırdı

OXŞAR MÖVZULAR

vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
quvat
  • ARAŞDIRMA

Biznesmenin 4 milyonunu ödədilər – İkisi həbsdən azad edildi

admin 13.07.2026
ee9bae84ad8a8e7337709c5a824271ee
  • ARAŞDIRMA

Ölkəni başına alan onlayn qumar – Cəza TƏLƏBİ

admin 13.07.2026

XƏBƏR LENTİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tranzit həyata keçiriləcək. Teleqraf xəbər verir ki, Ermənistana 7 vaqon...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
Üç milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi başlayıb. “Qafqazinfo”nun məlumatına görə,...
DAVAMI Read more about “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
“Real”ın yeni kapitanı müəyyənləşdi transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
“Real Madrid” 2026/27 mövsümü üçün kapitanlar siyahısını müəyyənləşdirib. Mənbənin məlumatına görə, Madrid təmsilçisinin əsas kapitanı Federiko Valverde...
DAVAMI Read more about “Real”ın yeni kapitanı müəyyənləşdi
Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO 1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
Rüfət Axundov yenidən bahalı avtomobili ilə görüntülənib. Musavat.com xəbər verir ki, ifaçı “Lamborghini” markalı avtomobili ilə çəkilən görüntülərini...
DAVAMI Read more about Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO
ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib 26
  • DÜNYA

ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

admin 13.07.2026
ABŞ Silahlı Qüvvələri İrana qarşı son əməliyyatlar zamanı ilk dəfə zərbə tipli dəniz dronlarını tətbiq edib. Komandanlığın...
DAVAMI Read more about ABŞ İrana qarşı hücumlarda ilk dəfə dəniz dronlarından istifadə edib

Bütün yazılar

ermenistan_bugda10
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

admin 13.07.2026
vuqar
  • ARAŞDIRMA

“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”

admin 13.07.2026
transform
  • İDMAN

“Real”ın yeni kapitanı müəyyənləşdi

admin 13.07.2026
1ed7c7ea798bebbacd47fade6e787515
  • ŞOU-BİZNES

Rüfət Axundov bu dəfə “Lamborghini”si ilə – VİDEO

admin 13.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.