Skip to content
10.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
1783680380_salyan_teqdimar

Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində maraqlı müzakirələrə səbəb olub.
Bizimesr.com bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən, təqdimat mərasimində şəxsən Agentliyin direktoru İlqar Bayramlı, direktor müavini Simnar Mamedov, İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədov, eləcə də sektorun daha bir xanım əməkdaşı iştirak ediblər. Yəni, bir liseyin direktorunu kollektivə təqdim etmək üçün Agentliyin 4 rəsmi şəxsi Salyana yollanıb.
Adətən təhsil müəssisələrinə rəhbər təyinatlarında yeni direktor kollektivə nazirliyin, regional idarənin və ya agentliyin bir nümayəndəsi tərəfindən təqdim olunur. Bu baxımdan, Salyan Peşə Liseyində Agentlik rəhbərliyinin yüksək səviyyədə təmsil olunması olduqca diqqət çəkib. Nə baş verib və təqdimatın bu formatda edilməsində hansı görünməz səbəblər mövcuddur?
Müzakirələrə səbəb olan digər məsələ isə Agentliyin yaydığı rəsmi məlumatda yer alan məqamlardır. Bildirilir ki, Agentliyin direktoru İlqar Bayramlı liseyin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb. Məhz bu hissə sosial şəbəkələrdə də geniş müzakirə olunub. “Hansı maddi-texniki baza ilə? Peşə Liseyinin həyətindəki cürümüş, paşlanmış, zibilliyə çevirilmiş avtomobillərəmi, yoxsa döşəməsindən ilanlar, həşəratlar keçən sinif otaqlarınamı, yoxsa damı qırıq-qırış siferlərlə örtülmüş lisey binasınamı, sovetlər dövründən qalan, tamamilə yararsız, texniki vasitələrəmi? Hardadır o maddi texniki baza?” deyə suallar ünvanlanıb.

İctimai müzakirələrdə yeni direktor Arzu Əliyevanın peşə təhsili sahəsində heç bir təcrübəsinin olmaması da maraqla qarşılanıb. Bununla yanaşı, Agentlik rəhbərliyinin tam tərkibdə təqdimat mərasimində iştirak etməsi və liseydə geniş tanışlıq proqramı keçirməsi bu təyinatın digər direktor təyinatlarından nə ilə fərqləndiyi barədə müzakirələri artırıb.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor da daxil olmaqla cəmi 15 əməkdaş çalışır. Yəni, kifayət qədər kiçik kollektivlə fəaliyyət göstərirlər. Bəzən edilən müraciətlərə vaxtında cavab verilməməsi kollektivin azlığı və iş yükünün çoxluğu ilə izah olunur. Lakin maddi-texniki bazası demək olar ki, olmayan bir liseyin direktorunun təqdimatına 4 rəhbər şəxslə qatılmaq ciddi suallar doğurur. Kimdir Arzu Əliyeva? Digər direktor namizədlərindən hansı xüsusiyyətləri ilə fərqlənir? İlqar Bayramlı nə üçün digər direktorların təqdimatlarında bu tərkibdə iştirak etmir?
Zəruri qeyd: Maraqlıdır ki, Salyan Peşə Liseyinin əvvəlki direktoru hansı səbəblərlə vəzifəsindən azad edilib və Agentlik rəhbərliyi bu barədə niyə açıqlama verməyib?

Bizimesr.com

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir
Next: Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

OXŞAR MÖVZULAR

1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783683013_sirin_mirzeyev
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026
sehiyye-nazirliyi
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Səhiyyə Nazirliyi: Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı epidemiya yoxdur

admin 10.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
2026-cı il mayın 18-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə...
DAVAMI Read more about İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO 1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat...
DAVAMI Read more about Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR 1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
“Çin layihəsi”, beynəlxalq logistika adı və yüksək gəlir vədləri ilə insanları cəlb etdiyi iddia olunan sistemlə bağlı...
DAVAMI Read more about “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO 1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz...
DAVAMI Read more about Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir? 1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində...
DAVAMI Read more about Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

Bütün yazılar

serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.