Skip to content
10.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026
1783683013_sirin_mirzeyev

Bakının Nizami rayonunda uzun illərdir qanunsuz və eyni zamanda insanlar üçün böyük təhlükə yaradan tikintilər, eləcə də müxtəlif iaşə obyektlərinin fəaliyyəti davam edir. Rayona son 10 ildə təyin edilən bütün icra başçıları bu təhlükəni aradan qaldırmaq əvəzinə, onun daha da genişlənməsinə şərait yaradıblar. 

Söhbət rayonun Qara Qarayev metrostansiyasının bir addımlığında yerləşən Şirin Mirzəyev küçəsindən gedir. Böyük və intensiv hərəkətin olduğu bu küçə boyunca uzanan yaşıllıq zolağının üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Bu isə o deməkdir ki, həmin ərazi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası hesab olunur və burada hər hansı tikinti və ya obyektin inşasına qanunvericiliklə yol verilə bilməz. Gələcəkdə yarana biləcək təhlükələri nəzərə alan məsuliyyətli sahibkar bu ərazidə hər hansı iş görməz. Lakin bütün bunlara baxmayaraq, illərdir yüksək gərginlikli elektrik xəttinin düz altında, yaşıllıq zolağı boyunca onlarla çay evi və digər iaşə obyektinin fəaliyyət göstərir. Hər gün yüzlərlə insan yüksək gərginlikli elektrik xəttinin altında oturaraq həyatını təhlükəyə atır.

Hazırkı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da diğırləri kimi bu problemi görmək istəmir. Eyni zamanda, yüksək gərginlikli elektrik xətlərinə nəzarət edən aidiyyəti dövlət qurumlarının da bu vəziyyətə göz yumduğu bəlli məsələdir.

Bütün bunların fonunda isə artıq Şirin Mirzəyev 151 ünvanında, Nizami telefon qovşağının 5 addımlığında tamamilə yüksək gərginlikli elektrik xəttinin altında çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb və işlər sürətlə davam edir.  Hazırkı mənzərə onu göstərir ki, bina bu ərazidə birmənalı olaraq inşa edilir. Bir daha təkrar editrik, tikinti yüksəkgərginlikli elektrik xəttinin düz altında inşa edilir. Hələ ərazidə məhv edilən ağaclar da öz yerində…

Bu isə tikinti icazəsi ilə bağlı olduqca ciddi suallar yaradır.  Belə bir tikintiyə kim icazə verib? Hansı əsaslarla bu layihə razılaşdırılıb? Tikinti təhlükəsizlik normalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə necə əsaslandırılıb?

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin və yüksək gərginlikli elektrik xətlərinin istismarı və təhlükəsizliyinə cavabdeh qurum olan “Azərenerji” ASC-nin bu tikinti ilə bağlı mövqeyi nədir? Onlar bu tikintiyə necə razılaşıblar: “Azərenerji” ASC-nin sədri Baba Rzayev bu tikintiyə necə icazə verildiyini və yüksək gərginlikli elektrik xəttinin altında aparılan işlərə münasibətini ictimaiyyətə açıqlayacaqmı?

Məsələ ilə bağlı adı çəkilən dövlət qurumlarının və Nizami Rayon İcra Hakimiyyətinin mövqeyi öyrənilməyə çalışılacaq.

Qarşı tərəfin cavab vermək və öz mövqeyini bildirmək hüququ qorunur.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Səhiyyə Nazirliyi: Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı epidemiya yoxdur
Next: Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

OXŞAR MÖVZULAR

1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
sehiyye-nazirliyi
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Səhiyyə Nazirliyi: Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı epidemiya yoxdur

admin 10.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
2026-cı il mayın 18-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə...
DAVAMI Read more about İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO 1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat...
DAVAMI Read more about Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR 1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
“Çin layihəsi”, beynəlxalq logistika adı və yüksək gəlir vədləri ilə insanları cəlb etdiyi iddia olunan sistemlə bağlı...
DAVAMI Read more about “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO 1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz...
DAVAMI Read more about Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir? 1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində...
DAVAMI Read more about Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

Bütün yazılar

serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.