Skip to content
10.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Səhiyyə Nazirliyi: Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı epidemiya yoxdur
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Səhiyyə Nazirliyi: Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı epidemiya yoxdur

admin 10.07.2026
sehiyye-nazirliyi

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. Həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.

Bu barədə Teleqraf-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir. Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.

Mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə – öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11–23 gün davam edir.

Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.

Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. QPM peyvəndi epidemik parotitdən qorunmanın ən etibarlı və effektiv vasitəsidir.

Nazirlik valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı tövsiyə edir. Hər hansı səbəbdən peyvənd təxirə salınıbsa və ya buraxılıbsa, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edərək həkimlə məsləhətləşmək tövsiyə olunur.

Xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünümüalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunması tövsiyə edilir.

Səhiyyə Nazirliyi bir daha bildirir ki, ölkədə epidemik vəziyyət tam nəzarət altındadır. Əhalinin sağlamlığının qorunması məqsədilə epidemioloji monitorinq və operativ nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları və onları paylaşmamaları xahiş olunur.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Roza Zərgərli qızı ilə — FOTO
Next: Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

OXŞAR MÖVZULAR

1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026

XƏBƏR LENTİ

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO 1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat...
DAVAMI Read more about Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR 1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
“Çin layihəsi”, beynəlxalq logistika adı və yüksək gəlir vədləri ilə insanları cəlb etdiyi iddia olunan sistemlə bağlı...
DAVAMI Read more about “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO 1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz...
DAVAMI Read more about Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir? 1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində...
DAVAMI Read more about Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?
Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir 1783683013_sirin_mirzeyev
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026
Bakının Nizami rayonunda uzun illərdir qanunsuz və eyni zamanda insanlar üçün böyük təhlükə yaradan tikintilər, eləcə də...
DAVAMI Read more about Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

Bütün yazılar

1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.