Skip to content
07.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AYNA-da ciddi dəyişikliklər gözlənilir? – Görülən işlər hansı ekspertizadan keçir?
  • ÖLKƏ

AYNA-da ciddi dəyişikliklər gözlənilir? – Görülən işlər hansı ekspertizadan keçir?

admin 07.07.2026
1783349313_1
Son aylarda sosial şəbəkələrdə və ictimai müzakirələrdə AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı narazılıqların artdığı müşahidə olunur. Xüsusilə paytaxt yollarında aparılan yeni xətləmə işləri, piyada keçidlərinin yerlərinin dəyişdirilməsi, hərəkətin təşkili ilə bağlı qəbul edilən bəzi qərarlar sürücülər və piyadalar arasında geniş müzakirələrə səbəb olub.

Bizimesr.com-a daxil olan məlumatlara görə, yaxın vaxtlarda AYNA-nın fəaliyyətinin idarə olunması ilə bağlı ciddi dəyişikliklərin həyata keçirilməsi qaçılmazdır. Mənbələrin iddiasına əsasən, təkcə AYNA-da deyil, bir sıra digər dövlət qurumlarında da kadr və rəhbərlik səviyyəsində dəyişikliklər planlaşdırılır.

İddialara görə, AYNA İdarə Heyətinin sədri Anar Rzayev vəzifəsi ilə vidalaşa bilər. Bildirilir ki, dəyişikliklər baş verəcəyi təqdirdə qurumun fəaliyyətinə nəzarət mexanizmləri yenidən qurulacaq, idarəetmədə fərqli yanaşmalar tətbiq ediləcək və yol hərəkətinin təşkili sahəsində yeni model formalaşdırılacaq.

Son dövrlərdə xüsusilə paytaxt küçələrində aparılan xətləmə işləri sürücülərin ciddi narazılığına səbəb olub. Bir çox sürücülər hesab edirlər ki, bəzi küçələrdə zolaqların dəyişdirilməsi, hərəkət sxemlərinin yenilənməsi və yeni nişanlanmalar tıxacların azalmasına deyil, əksinə, əlavə qarışıqlıq yaradıb. Sosial şəbəkələrdə yayılan çoxsaylı paylaşımlarda bu dəyişikliklərin sürücülərin cərimələnməsi riskini artırdığı da vurğulanır.

Narazılıqlar yalnız sürücülərlə məhdudlaşmır. Vətəndaşların bir qismi yeni salınan və ya yeri dəyişdirilən piyada keçidlərinin təhlükəsizlik baxımından məqsədəuyğun olmadığını, bəzi hallarda piyadalar üçün əlavə risk yaratdığını bildirir.

İctimai müzakirələrdə AYNA rəhbərliyinin bu iradlara kifayət qədər reaksiya vermədiyi, narazılıqları aradan qaldırmaq üçün konkret addımlar atmadığı barədə fikirlər də səsləndirilir. Eyni zamanda bəzi sosial media istifadəçiləri və ekspertlər hesab edirlər ki, qurumun fəaliyyətini müdafiə edən bəzi media materiallarında problemlərin mahiyyəti araşdırılmaq əvəzinə tənqid edən tərəflər hədəfə alınır.

Mənbələr bildirirlər ki, marşrut avtobuslarının fəaliyyəti, yol nişanlanması, piyada keçidləri və yol hərəkətinin təşkili ilə bağlı toplanmış çoxsaylı narazılıqlar aidiyyəti qurumlar tərəfindən təhlil edilir. İddialara əsasən, qarşıdakı dövrdə bu sahədə idarəetmənin daha səmərəli təşkili, peşəkar mütəxəssislərin potensialından daha geniş istifadə olunması və qərarların elmi əsaslarla verilməsi istiqamətində addımların atılması nəzərdə tutulur.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous:  Tanınmış teleaparıcıdan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə irad – “Nə işlə və necə məşğuldurlar…”
Next: Şəhid adını daşıyan küçənin bərbad halı: Sakinlər çıxılmaz vəziyyətdədirlər – VİDEO

OXŞAR MÖVZULAR

1783345705_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “planlı iqtisadiyyatı”: İslahat, yoxsa tezbazar layihələr?

admin 07.07.2026
1783366749_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Prezidentin açılışını etdiyi müəssisəyə aparan yol və körpü bir ilə darmadağın olub – VİDEO

admin 07.07.2026
1783391842_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Küsülü “dərəbəylər ittifaqı”: Naxçıvan məmurları niyə iki aydır maaş üzünə həsrət qalıblar?

admin 07.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi 17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik...
DAVAMI Read more about İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi
Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək 1783402648_screenshot-2026-07-07-093319
  • DÜNYA

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

admin 07.07.2026
 Türkiyənin paytaxtı Ankara bu gün 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edir. Türkiyə Prezidenti...
DAVAMI Read more about Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu 1783408696_c5587502-7f8c-4eb4-88a1-420c5f1f08cf
  • ARAŞDIRMA

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

admin 07.07.2026
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində...
DAVAMI Read more about 2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR 1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
10 illik yubileyini qeyd edən “Azergold” QSC dövlət şirkəti olsa da, dövlət büdcəsinə dividend ödənişlərindən hər il...
DAVAMI Read more about “Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR
“m10” fəaliyyətini dayandırır? 1783350850_1
  • CƏMİYYƏT

“m10” fəaliyyətini dayandırır?

admin 07.07.2026
Azerbaycanda populyar rəqəmsal ödəniş platformalarından biri olan “m10” tətbiqi ilə bir sıra iri obyektlərdə ödənişlər dayandırılıb. Yurd.Media-nın...
DAVAMI Read more about “m10” fəaliyyətini dayandırır?

Bütün yazılar

17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
1783402648_screenshot-2026-07-07-093319
  • DÜNYA

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

admin 07.07.2026
1783408696_c5587502-7f8c-4eb4-88a1-420c5f1f08cf
  • ARAŞDIRMA

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

admin 07.07.2026
1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.