Skip to content
07.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “planlı iqtisadiyyatı”: İslahat, yoxsa tezbazar layihələr?
  • CƏMİYYƏT
  • ÖLKƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “planlı iqtisadiyyatı”: İslahat, yoxsa tezbazar layihələr?

admin 07.07.2026
1783345705_1
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini illərdir izləyənlər artıq bir həqiqəti yaxşı bilir: bu qurumun ən uğurlu işi islahat haqqında danışmaqdır. Şəffaflıq, açıqlıq, hesabatlılıq, yeni yanaşma, innovativ idarəetmə…

Bəzi tədbirlərdə iştirakçılardan əlavə köynək gətirmələri xahiş olunur. Məqsəd müxtəlif şəkillər çəkərək guya tədbirin bir neçə gün davam etdiyini göstərməkdir.

Yenixeberorg.com: Bu sözlər o qədər təkrarlanıb ki, artıq onların praktik nəticə verəcəyinə inanmaq getdikcə çətinləşir. Çünki hər il eyni vədlər verilir, hər il eyni problemlər yaşanır və hər il həmin problemlər yeni bəhanələrlə izah edilir.

Əslində, islahatın mahiyyəti çox sadədir. İşlər əvvəlkindən daha yaxşı təşkil olunursa, qərarlar vaxtında qəbul edilirsə, bürokratik əngəllər aradan qaldırılırsa, vətəndaş və QHT-lər rahat işləyə bilirsə, buna islahat deyilir. Əgər proseslər daha da ağırlaşır, qərarlar gecikir, layihələr yarım ilə yaxın gözlədilir, sonra isə bir neçə həftəyə başa çatdırılması tələb olunursa, bunun adına islahat yox, idarəetmə böhranı demək daha doğru olar.

“Yenixeberorg.com”un 14 may tarixli yazısında diqqətə çatdırmışdıq ki, Agentlik martın 12-də qrant müsabiqəsinin nəticələrini elan etsə də, layihələrin icrasına başlanılmır. Səbəb kimi Ədliyyə Nazirliyindən bildirişlərin alınmaması göstərilirdi. Yazımızdan sonra QHT-lərə ardıcıl mesajlar göndərildi. Bildirildi ki, problem qısa müddətdə həll olunacaq, layihələr dərhal başlayacaq.

Doğrudan da başladı. Amma necə?

Aylarla gözlədilən layihələr iyul ayında, yayın ən isti günlərində, tələm-tələsik icraya buraxıldı. Elə bil altı ay ərzində itirilmiş vaxtın əvəzini QHT-lər çıxmalıdır. Sanki gecikməyə səbəb olan qurum yox, layihəni həyata keçirən təşkilatlardır. Bunu biz demirik, “Yenixeberorg”a problemlərini bölüşən QHT-lər söyləyirlər.

İllərdir Agentliyin rəhbər şəxsləri müxtəlif tədbirlərdə eyni fikri səsləndirirlər. Deyirlər ki, müsabiqələr sentyabr ayında elan olunacaq ki, QHT-lərin layihə hazırlamaq üçün kifayət qədər vaxtı olsun. Nəticələr daha tez açıqlanacaq, icraya daha erkən başlanacaq və bütün proses daha səmərəli olacaq.

Bəs nəticə nə oldu?

QHT-lər layihələrini sentyabr-noyabr aylarında təqdim etdilər. Nəticəni almaq üçün aylarla gözlədilər. Layihələrin rəsmiləşdirilməsi yenə uzandı.

Sonda isə layihələrin böyük hissəsi yay aylarında, minimum müddətdə icra edilməyə məcbur edildi.

İslahat bu işin harasındadır?

Ən qəribəsi isə odur ki, bu vəziyyət heç kimi narahat etmir. Əksinə, hər şey normal proses kimi təqdim olunur. Sanki dövlət büdcəsindən maliyyələşən layihələrin yarım il gecikməsi adi hadisədir. Sanki ictimai fayda daşıyan layihələrin bir neçə həftəyə “yekunlaşdırılması” normal idarəetmə modelidir.

Əgər kimsə bu yazılanların şişirdildiyini düşünürsə, sosial şəbəkələrə nəzər salması kifayətdir.

Bir banner.

Bir təlimçi.

Beş-altı iştirakçı.

Kiçik bir otaq.

Bir neçə foto.

Bir neçə status.

Və bunun adına layihə icrası deyilir!

İştirakçıların üz ifadələrinə baxanda belə hiss olunur ki, onların əksəriyyəti tədbirə hansı mövzuda gəldiyini belə bilmir. Elə bil hansısa idarədən “gedin, bir saat oturun, sonra çıxarsınız” tapşırığı verilib.

Sektorda artıq açıq sirrə çevrilmiş başqa bir mənzərə də var. Bəzi tədbirlərdə iştirakçılardan əlavə köynək gətirmələri xahiş olunur. Məqsəd müxtəlif şəkillər çəkərək guya tədbirin bir neçə gün davam etdiyini göstərməkdir. Əgər layihənin “uğuru” köynək dəyişməklə ölçülürsə, burada artıq ciddi problem var.

Əlbəttə, bütün məsuliyyəti QHT-lərin üzərinə yıxmaq olar. Amma bu, ən asan yoldur.

Sual budur: layihələri aylarla gözlədən kimdir? Sənədləşməni uzadan kimdir?

QHT-ləri iyul ayında tələsik tədbirlər keçirməyə məcbur edən kimdir?

Axı heç bir təşkilat layihəsini iki həftəyə sığışdırmaq istəməz. Heç bir QHT öz nüfuzunu formal tədbirlərlə zədələməkdə maraqlı deyil. İnsanları bu vəziyyətə salan idarəetmə modelidirsə, o zaman tənqid də ilk növbədə həmin modelə yönəlməlidir.

Təəssüf ki, son illər Agentliyin fəaliyyətində təhlükəli bir tendensiya formalaşıb. Mahiyyətdən daha çox görüntüyə üstünlük verilir. Tədbirlər keçirilir, təqdimatlar hazırlanır, çıxışlarda islahatdan danışılır, statistik rəqəmlər səsləndirilir. Amma bütün bu pafosun arxasında ən elementar idarəetmə problemləri həll olunmur.

Dövlət vəsaiti ilə maliyyələşən layihələrin əsas məqsədi sosial şəbəkələrdə şəkil paylaşmaq deyil. Məqsəd cəmiyyət üçün real nəticə yaratmaqdır. Tədbirin neçə şəkli çəkildiyi yox, hansı problemi həll etdiyi önəmlidir. Təəssüf ki, mövcud sistem QHT-ləri nəticə istehsal etməyə deyil, hesabat hazırlamağa sövq edir.

Ən acınacaqlısı isə budur ki, bütün bunlar tədricən normaya çevrilir. Sabah yenə eyni gecikmələr olacaq, yenə eyni izahatlar veriləcək, yenə eyni pafoslu çıxışlar səslənəcək, ilin sonunda isə yenə “uğurla icra edilmiş layihələr” barədə hesabat hazırlanacaq.

Amma cəmiyyət bütün bunları görür. QHT sektoru da görür.

Layihələri həyata keçirən insanlar da görür.

Görünməyən yalnız bir şeydir – illərdir vəd edilən islahatların real nəticəsi.

İslahat sözünü hər çıxışda işlətmək asandır. Çətin olan həmin islahatı idarəetmədə göstərməkdir. Təəssüf ki, bu gün ortada gördüyümüz mənzərə göstərir ki, Agentlik hələ də görüntü ilə nəticə arasındakı fərqi tam anlaya bilməyib.

Çünki islahat odur ki, problemlər azalır.

Burada isə problemlər əvvəl yaranır, sonra onlara bəraət qazandırılır.

Bu isə islahat deyil. Bu, sadəcə dövlət vəsaiti hesabına həyata keçirilən tezbazar layihələr sistemidir.(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “KƏNDLİNİN BOĞAZINA KEÇİRİLƏN YENİ HALQA – SAYĞACLARLA TORPAQ YAŞAMAZ!”​”
Next: “Azərbaycan Dəmir Yolları”nda Bilet Böhranı: SƏRNİŞİNLƏR ONLAYN SİSTEM TƏRƏFİNDƏN ALDADILDI

OXŞAR MÖVZULAR

1783350850_1
  • CƏMİYYƏT

“m10” fəaliyyətini dayandırır?

admin 07.07.2026
1783393230_1
  • CƏMİYYƏT
  • VİDEO

Şəhid adını daşıyan küçənin bərbad halı: Sakinlər çıxılmaz vəziyyətdədirlər – VİDEO

admin 07.07.2026
1783349313_1
  • ÖLKƏ

AYNA-da ciddi dəyişikliklər gözlənilir? – Görülən işlər hansı ekspertizadan keçir?

admin 07.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi 17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik...
DAVAMI Read more about İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi
Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək 1783402648_screenshot-2026-07-07-093319
  • DÜNYA

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

admin 07.07.2026
 Türkiyənin paytaxtı Ankara bu gün 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edir. Türkiyə Prezidenti...
DAVAMI Read more about Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu 1783408696_c5587502-7f8c-4eb4-88a1-420c5f1f08cf
  • ARAŞDIRMA

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

admin 07.07.2026
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində...
DAVAMI Read more about 2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR 1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
10 illik yubileyini qeyd edən “Azergold” QSC dövlət şirkəti olsa da, dövlət büdcəsinə dividend ödənişlərindən hər il...
DAVAMI Read more about “Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR
“m10” fəaliyyətini dayandırır? 1783350850_1
  • CƏMİYYƏT

“m10” fəaliyyətini dayandırır?

admin 07.07.2026
Azerbaycanda populyar rəqəmsal ödəniş platformalarından biri olan “m10” tətbiqi ilə bir sıra iri obyektlərdə ödənişlər dayandırılıb. Yurd.Media-nın...
DAVAMI Read more about “m10” fəaliyyətini dayandırır?

Bütün yazılar

17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
1783402648_screenshot-2026-07-07-093319
  • DÜNYA

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

admin 07.07.2026
1783408696_c5587502-7f8c-4eb4-88a1-420c5f1f08cf
  • ARAŞDIRMA

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

admin 07.07.2026
1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.