Skip to content
07.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Küsülü “dərəbəylər ittifaqı”: Naxçıvan məmurları niyə iki aydır maaş üzünə həsrət qalıblar?
  • CƏMİYYƏT
  • ÖLKƏ

Küsülü “dərəbəylər ittifaqı”: Naxçıvan məmurları niyə iki aydır maaş üzünə həsrət qalıblar?

admin 07.07.2026
1783391842_1
“Artıq iki aydır maaş ala bilmirik. Xəstəxanalarda heç nə yoxdur. Dərmanı da, iynəni də xəstələrin özünə aldırırlar. İş vaxtı bitir, amma bizi evə buraxmırlar. İşlədiyimiz əlavə saata görə bizə maaş da vermirlər. Tələb edəndə deyirlər ki, maliyyə Nazirliyi maaş əlavəsinə icazə vermir”.
Redaksiyamıza Naxçıvan xəstəxanalarından birindən göndərilən məktubda belə deyilir.
TEREF yazır ki, bunu məşhur jurnalist Heydər Oğuz yazır. Heydər Oğuz daha sonra yazır:
Qeyd edim ki, Naxçıvan məmurlarının 2 aydır maaş almadıqları barədə iddialar yeni deyil. Bir neçə gün əvvəl “Gündəlik Naxçıvan” da bu barədə məlumat yaymışdı. Naxçıvan tibb işçilərinin bizə göndərdiyi məktub da bu faktı təsdiqləyir.

Naxçıvandakı etibarli mənbələrdən aldığım məlumatlar maaşların verilməməsinin ilginc səbəbinə belə aydınlıq gətirib: “Naxçıvan MR Baş nazirliyi postuna iki namizəd vardı. Bunlardan biri indiki Baş nazir Cabbar Musayev, digəri isə Maliyyə naziri Həsən İsmayılov idi. Naxçıvandakı səlahiyyətli nümayəndə Ceyhun Cəlilov da Həsən İsmayılova lobbiçilik edirdi. Amma mərkəzi hakimiyyət Ceyhun Cəlilovun tender “təcrübəsini” nəzərə alıb onun namizədini yox, Cabbar Musayevi Baş nazir postuna təyin etdi. Görünür, məqsədi iki maraqlı tərəfi bir-birinə qarşı qoymaq, beləcə, onların bir-biri üzərində nəzarətini təmin etmək və tender maxinasiyalarının qarşısını almaq olub. Mümkündür ki, bu təyinatdan narazı alan “dərəbəy qruplaşması” Baş nazirin işini sabotaj etmək üçün məmurların maaşlarını aylarla yubatmağa qərar verib”.
İddialara inansaq, Ceyhun Cəlilovla Cabbar Musayev arasında ciddi anlaşmazlıqlar var. Hətta onların bir-biriylə normal ünsiyyət belə qura bilmədikləri bildirilir. Deyilənlərə görə, səlahiyyətli nümayəndə ilə Baş nazir xidməti iş xaricində bir-birini danışdırmırlar. Bu umu-küsünün çanağı isə Naxçıvan məmurlarının başında çatlayır. Lap məşhur Türk atalar sözündə deyildiyi kimi, “İki fil döyüşəndə əzilən çəmənlər olur”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Gəncədə kollec direktoru ilə bağlı şok qalmaqal – Xoşqədəm Xudiyevaya qarşı kollektiv etiraz VİDEO
Next: Prezidentin açılışını etdiyi müəssisəyə aparan yol və körpü bir ilə darmadağın olub – VİDEO

OXŞAR MÖVZULAR

1783350850_1
  • CƏMİYYƏT

“m10” fəaliyyətini dayandırır?

admin 07.07.2026
1783393230_1
  • CƏMİYYƏT
  • VİDEO

Şəhid adını daşıyan küçənin bərbad halı: Sakinlər çıxılmaz vəziyyətdədirlər – VİDEO

admin 07.07.2026
1783349313_1
  • ÖLKƏ

AYNA-da ciddi dəyişikliklər gözlənilir? – Görülən işlər hansı ekspertizadan keçir?

admin 07.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi 17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik...
DAVAMI Read more about İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi
Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək 1783402648_screenshot-2026-07-07-093319
  • DÜNYA

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

admin 07.07.2026
 Türkiyənin paytaxtı Ankara bu gün 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edir. Türkiyə Prezidenti...
DAVAMI Read more about Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu 1783408696_c5587502-7f8c-4eb4-88a1-420c5f1f08cf
  • ARAŞDIRMA

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

admin 07.07.2026
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində...
DAVAMI Read more about 2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR 1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
10 illik yubileyini qeyd edən “Azergold” QSC dövlət şirkəti olsa da, dövlət büdcəsinə dividend ödənişlərindən hər il...
DAVAMI Read more about “Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR
“m10” fəaliyyətini dayandırır? 1783350850_1
  • CƏMİYYƏT

“m10” fəaliyyətini dayandırır?

admin 07.07.2026
Azerbaycanda populyar rəqəmsal ödəniş platformalarından biri olan “m10” tətbiqi ilə bir sıra iri obyektlərdə ödənişlər dayandırılıb. Yurd.Media-nın...
DAVAMI Read more about “m10” fəaliyyətini dayandırır?

Bütün yazılar

17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
1783402648_screenshot-2026-07-07-093319
  • DÜNYA

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

admin 07.07.2026
1783408696_c5587502-7f8c-4eb4-88a1-420c5f1f08cf
  • ARAŞDIRMA

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

admin 07.07.2026
1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.