Skip to content
07.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “KƏNDLİNİN BOĞAZINA KEÇİRİLƏN YENİ HALQA – SAYĞACLARLA TORPAQ YAŞAMAZ!”​”
  • İQTİSADİYYAT

“KƏNDLİNİN BOĞAZINA KEÇİRİLƏN YENİ HALQA – SAYĞACLARLA TORPAQ YAŞAMAZ!”​”

admin 07.07.2026
1783370319_1
Suya 1 manat, işığa 1 manat, qaza 1 manat… Gəl yaşa, ay kasıb, belə yerdə deyirlər!” Bu cümlə bu gün Azərbaycan kəndlisinin, torpağa ümid bağlayan sadə vətəndaşın düşdüyü çıxılmaz vəziyyətin ən çılpaq xülasəsidir.
İndi kəndli üçün yaşamaq yox, sadəcə nəfəs almaq belə möcüzəyə çevrilib. Bazardakı kənd təsərrüfatı məhsullarının od tutub yanan qiymətlərinə baxanda insan yaxınlaşmağa qorxur.
Millət artıq dolanmaq üçün yox, sadəcə acından ölməmək üçün kartof-soğan alıb birtəhər gününü yola verir.
​Və bütün bu rəzalətin fonunda yuxarı kürsülərdə əyləşən məmurlar, aidiyyəti qurumlar çıxıb utanmadan bəyanat verirlər:
“Qiymətlər süni şəkildə artırılır!”
​Maraqlıdır, bu qiymətlər necə süni artırılır? Gözünüzü kor, qulağınızı kar etmisiniz?
Kənd təsərrüfatı ilə məşğul olan kənd sakini nə etməlidir? Torpağı əkmək, məhsulu becərmək üçün hər addımda pul ödənilir! Sahəni sulamaq üçün su tapılmır, tapılanda da hər damlası qızıla bərabər qiymətə satılır.
​Bu gün ölkədə kəndlini və kənd təsərrüfatını dirçəltmək əvəzinə, sanki onu tamamilə məhv etmək üçün xüsusi bir plan işə düşüb. Hər addımbaşı, hər qarış torpaqda qarşımıza bir sayğac çıxır.
​Quyu qazırsan – sayğac vururlar!
​Su arxından su götürürsən – sayğac qoyurlar!
​Kanaldan su gəlir – sayğacla ölçürlər!
​Bir o qalıb ki, gəlib insanın boğazına da bir sayğac bağlasınlar ki, aldığımız hər nəfəsə görə də rüsum ödəyək! Paytaxtın küçələrində harda boş yer görürsə, köhnə boyalarla xətləyib milləti soyan “Azparking” hansı prinsiplə işləyirsə, bu gün “Azersu” və digər aidiyyəti su təsərrüfatı qurumları da eyni rəzil sistemə keçib.
Kim hardan, necə və hansı haqla bir damla su tapırsa, rəsmi talançılar dərhal sayğacla başının üstünü kəsdirir.
​Belə bir dözülməz şəraitdə kənd sakini nə etsin? Necə eksin, necə becərsin?
Gübrə od qiymətinə, yanacaq od qiymətinə, su sayğacla və bahalı. Kəndli gecəsini gündüzünə qatıb can qoyduğu məhsulu hansı qiymətə satsın ki, qazancını keçdik, heç olmasa suyun, işığın, torpağın borcu altında əzilməsin?
Qiyməti qaldıranda şəhərdəki kasıb ala bilmir, qiyməti qaldırmayanda kəndli borc içində boğulur, müflis olur, torpağını atıb qaçır. Bəs bu absurd zəncirin sonu hara gedir?
​Açıq görünür ki, bu ölkədə kənd təsərrüfatına, qiymət siyasətinə və ən əsası, monopolist qurumların özbaşınalığına qarşı heç bir nəzarət mexanizmi yoxdur!
​Hər qurum öz kefində, öz çağındadır.
Hər idarə rəhbəri rəhbərlik etdiyi sahəni öz şəxsi feodal mülkü hesab edir. Kəndlinin canı çıxır, torpaq quruyur, ölkə idxaldan asılı vəziyyətə düşür, amma bu qurumların dərdi ancaq və ancaq yeni rüsumlar, yeni qadağalar və yeni sayğaclar uydurmaqdır.
​Bu gedişlə ölkə kənd təsərrüfatının tamamilə iflasına doğru gedir. Əgər bu gün kəndlinin boğazındakı o “sayğac zənciri” boşaldılmasa, sabah bazarlarda nə kartof tapılacaq, nə soğan.
Qurumların bu “kef” dövrünə son qoyulmalıdır, əks halda bu xalqın və kəndlinin ahı o rahat kürsülərinizi başınıza uçuracaq!
Sima Babayeva
TEREF

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezidentin açılışını etdiyi müəssisəyə aparan yol və körpü bir ilə darmadağın olub – VİDEO
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “planlı iqtisadiyyatı”: İslahat, yoxsa tezbazar layihələr?

OXŞAR MÖVZULAR

1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
ermenistan_bugda_(2)
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – FOTO

admin 03.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi 17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik...
DAVAMI Read more about İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi
Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək 1783402648_screenshot-2026-07-07-093319
  • DÜNYA

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

admin 07.07.2026
 Türkiyənin paytaxtı Ankara bu gün 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edir. Türkiyə Prezidenti...
DAVAMI Read more about Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu 1783408696_c5587502-7f8c-4eb4-88a1-420c5f1f08cf
  • ARAŞDIRMA

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

admin 07.07.2026
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində...
DAVAMI Read more about 2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR 1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
10 illik yubileyini qeyd edən “Azergold” QSC dövlət şirkəti olsa da, dövlət büdcəsinə dividend ödənişlərindən hər il...
DAVAMI Read more about “Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR
“m10” fəaliyyətini dayandırır? 1783350850_1
  • CƏMİYYƏT

“m10” fəaliyyətini dayandırır?

admin 07.07.2026
Azerbaycanda populyar rəqəmsal ödəniş platformalarından biri olan “m10” tətbiqi ilə bir sıra iri obyektlərdə ödənişlər dayandırılıb. Yurd.Media-nın...
DAVAMI Read more about “m10” fəaliyyətini dayandırır?

Bütün yazılar

17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
1783402648_screenshot-2026-07-07-093319
  • DÜNYA

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

admin 07.07.2026
1783408696_c5587502-7f8c-4eb4-88a1-420c5f1f08cf
  • ARAŞDIRMA

2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu

admin 07.07.2026
1783345857_1
  • İQTİSADİYYAT

“Azergold” büdcəyə dividend ödəməkdən yayınır -DETALLAR

admin 07.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.