Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026
1782730921_neftchala_biabir

Neftçala rayon Şirvanlı kəndi İbrahim Babayev adına tam orta məktəbinin direktoru Rasəf Heydərov təhsil ocağının istilik sistemini sökərək satıb

Bu barədə Şirvanlı kəndinin sakinlərinin redaksiyamızın vatçap xəttinə ünvanladıqları şikayətdə bildirilir.

Sakinlər qeyd edirlər ki, Şirvanlı kəndi İbrahim Babayev adına tam orta məktəbinin uzun illərdir ki, təmirə ehtiyacı var. Məktəbin xaricini ağardıb, rəngləyib müəyyən qədər gözügəlimli eləsələr də, sinif otaqları çox bərbəd vəziyyətdədir. Məktəbin istilik sistemi olsa da, uzun illərdir ki, çalışmır və valideynlər qış aylarında öz hesablarına aldıqları odun-ocaqla sinif otaqlarını qızdırmağa çalışır. Onlar bunu uşaqlarının məktəbdə xəstələnməməsi üçün edirlər.
Məktəbin rəhbərliyi isə bu günə qədər mərkəzləşdirilmiş istilik sisteminin təmir olunması üçün heç bir addım atmayıb. Valideynlərin şikayətinə isə, sadəcə təmir üçün pulun olmadığı bildirilir və hər il bu təkarar olunur.

Təhsil ili başa çatdıqdan sonra isə məktəbin direktoru Rasəf Heydərov məktəbin istilik sistemini söküb, “Kamaz”a yükləyərək harasa daşıyıb. Kənd sakinləri iddia edirlər ki, direktor məktəbin istilik sistemini “metallom” olaraq satıb. Bundan başqa direktor məktəbin həyətindəki su çənlərini və beton plitələri də satıb. Sakinlərin bizə göndərdikləri videomaterialda da bu iddialar faktlaşdırılıb.

Məktəbin istilik sisteminin və digər inventarlarının satılması ilə bağlı sakinlərin sualını cavablandıran direktor Rasəf Heydərov bildirib ki, o Nazirliyin tapşırığına əsasən istilik sistemini satb?! Qeyd edək ki, bu yerli sakinlərin iddasıdır.

Məsələ ilə bağlı Neftçaladan olan bir tanışımızdan bu iddiaları dəqiqləşdirməyi xahiş etdik. Tanışımız direktor Rasəf Heydərovla danışdığını qeyd edərək, onun adından bizə bildirdi ki, doörudan da məktəbin istilik sistemi sökülüb və satılıb. Direktor bunu məktəbin yeni istilik sistemi ilə təmin olunacağı ilə əlaqələndirib və bildirib ki, “metallom”a satılan köhnə istilik sistemindən əldə olunan gəlir də məktəbə sərf olunacaqş Direktor onu da vurğulayıb ki, bu satışdan Şirvan – Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi də məlumatlıdır və onların təlimatına əsasən belə bir addım atıb.

Qeyd edək ki, əlaqə saxladığımız Şirvanlı kənd sakinləri isə direktorun bu açıqlamasına inanmadıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, əgər məktəbdə yeni istilik sistemi qurulacaqdısa, direktor bu barədə onlarla söybətində deyərdi. Ancaq dirrektor bu barədə heç bir şey deməyib və onlarda güman edirlər ki, belə bir şey olsaydı, Rasəf Heydərov onları bu barədə məlumatlandırardı.

Sakinlər bildiriblər ki, sinif otaqları ümumlukdə normal təhsil fəaliyyəti üçün yararsızdır və məktəbin maddi bazası da həddindən artıq köhnəlib. Bu üzdən də məktəbin əsaslı təmirə ehtiyacı var.

“Ona görə də biz düşünürük ki, Rasəf müəllim bütün bunları öz əməlini ört-basdır etmək üçün deyir və öz əməlinə Şirvan – Salyan Regional Təhsil İdarəsinin rəhbərliyini də şərik edir. Bütün hallarda Rasəf müəllimin dedikləri düzdürsə, biz bunu yaxın iki ay ərzində görəcəyik”, deyə bizimlə əlaqədə olan yerli sakinlər bildiriblər.

Biz də öz tərəfimizdən bildiririk ki, avqustun sonlarında bu məsələyə bir daha qayıdacağıq.

Poliqon

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə
Next: Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

OXŞAR MÖVZULAR

1787651172_1
  • CƏMİYYƏT

Tovuzda KamAz mübahisəsi: vətəndaş “mənimdir” deyir, məmurlar əksini söyləyir – FOTO

admin 26.08.2026
1787652656_1
  • CƏMİYYƏT

““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat

admin 26.08.2026
1787657438_1
  • CƏMİYYƏT

Ağdərə sakininin iddialarına rəsmi cavab

admin 26.08.2026

XƏBƏR LENTİ

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib 1787728509_prezdent
  • SİYASƏT

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

admin 26.08.2026
Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib....
DAVAMI Read more about Prezident İlham Əliyev “Sabah”ı təbrik edib
Tovuzda KamAz mübahisəsi: vətəndaş “mənimdir” deyir, məmurlar əksini söyləyir – FOTO 1787651172_1
  • CƏMİYYƏT

Tovuzda KamAz mübahisəsi: vətəndaş “mənimdir” deyir, məmurlar əksini söyləyir – FOTO

admin 26.08.2026
Tovuz rayon sakini Məmmədov İlkin Globalinfo.az-a müraciət edərək atasının uzun illər avtomobil məktəbində istifadə etdiyi, daha sonra...
DAVAMI Read more about Tovuzda KamAz mübahisəsi: vətəndaş “mənimdir” deyir, məmurlar əksini söyləyir – FOTO
““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat 1787652656_1
  • CƏMİYYƏT

““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat

admin 26.08.2026
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı son 20...
DAVAMI Read more about ““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat
Ağdərə sakininin iddialarına rəsmi cavab 1787657438_1
  • CƏMİYYƏT

Ağdərə sakininin iddialarına rəsmi cavab

admin 26.08.2026
Ağdərə rayonunun Vəngli kənd sakini Fatimə Abbasova sosial şəbəkələrdə heç bir əsası olmayan video paylaşıb. O, işlə...
DAVAMI Read more about Ağdərə sakininin iddialarına rəsmi cavab
Obyektlərin müflisləşərək qapanmasının, icarə sahələrinin boş qalmasının başlıca səbəbi ayrıdır – ölkədə istehlakçı tələbatının kəskin düşməsidir. 1787662614_1
  • CƏMİYYƏT

Obyektlərin müflisləşərək qapanmasının, icarə sahələrinin boş qalmasının başlıca səbəbi ayrıdır – ölkədə istehlakçı tələbatının kəskin düşməsidir.

admin 26.08.2026
İcarənin baha olması səbəbindən obyektlərin qapanması haqqında danışanların bir çoxu bunun iqtisadi səbəblərini görə bilmir. Guya hansısa...
DAVAMI Read more about Obyektlərin müflisləşərək qapanmasının, icarə sahələrinin boş qalmasının başlıca səbəbi ayrıdır – ölkədə istehlakçı tələbatının kəskin düşməsidir.

Bütün yazılar

1787728509_prezdent
  • SİYASƏT

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

admin 26.08.2026
1787651172_1
  • CƏMİYYƏT

Tovuzda KamAz mübahisəsi: vətəndaş “mənimdir” deyir, məmurlar əksini söyləyir – FOTO

admin 26.08.2026
1787652656_1
  • CƏMİYYƏT

““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” – deputat

admin 26.08.2026
1787657438_1
  • CƏMİYYƏT

Ağdərə sakininin iddialarına rəsmi cavab

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.