Skip to content
27.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi

admin 27.08.2026
2e8e8f1267a3f20cddf793e7a6abe281

Olqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə Ali Məhkəməyə 1000  manat maaş alması barədə arayış təqdim edib. Uzun illər (2005–2021-ci illər) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) satın alma və təchizat məsələləri üzrə vitse-prezidenti olmuş Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin məhkəməyə təqdim etdiyi sənədlər və tutduğu mövqe hüquqi ziddiyyətlərlə yanaşı, sosial rezonans doğurub. Onun adından məhkəməyə təqdim olunan sənəddə Orxan İsmayılzadənin “Meqa Həyat Sığorta” ASC-nin Risklərin idarə olunması Departamenti / Sığorta və Bazar riskləri şöbəsində Baş mütəxəssis kimi işə başladığı və aylıq əmək haqqının cəmi 1000 manat olduğu bildirilir. Vəkili məhkəmədən xahiş edib ki, aliment təyin olunarkən məbləğ ayda cəmi 250 manat həcmində tutulsun.

Maraqlıdır ki, ötən il Sabunçu rayon Məhkəməsində Orxan İsmayılzadənin aliment ödənişindən yayınması ilə bağlı icra məmurunun vəsatətinə baxılmışdı. O zaman elektron sistem vasitəsilə əldə edilən rəsmi məlumatlar bu gün 1000 manat maaşla keçindiyini bəyan edən keçmiş vitse-prezident oğlunun əsl maliyyə imkanlarını ortaya qoymuşdu.

Rəsmi reyestr çıxarışlarına əsasən, Orxan İsmayılzadənin şəxsi mülkiyyətində nəhəng daşınmaz əmlak və lüks avtomobil kolleksiyası mövcuddur:

Bakıda 2 ədəd qeyri-yaşayış binası – qeydiyyat №: 11170860XX, reyestr №: 010011001574-063XX və qeydiyyat №: 11191275XX, reyestr №: 009011001446-063XX;

Bakıda 2 ədəd mənzil – qeydiyyat №: 11160783XX, reyestr №: 004011000770-051XX-0930XX və qeydiyyat №: 11241197XX, reyestr №: 008011002025-051XX-0930XX;

1 ədəd fərdi yaşayış evi – qeydiyyat №: 11190193XX, reyestr №: 007011004799-103XX);

Lüks minik avtomobilləri: 2008-ci il istehsalı ağ rəngli “Hummer H3 Alfa” və 2017-ci il istehsalı göy metalik rəngli “Porsche Panamera Turbo”.

Açıq mənbələrdə və mətbuatda dəfələrlə qeyd olunub ki, Mikayıl İsmayılov SOCAR-da çalışdığı uzun illər ərzində nəhəng maliyyə imkanlarına və topdağıtmaz sərvətə sahib olub. Yerli mətbuatda onun Bakı şəhərində (Şağan və digər ərazilərdə), eləcə də ölkədən kənarda milyonluq villa və obyektlərinin, o cümlədən kənd təsərrüfatı və aqropark bizneslərinin olmasına dair çoxsaylı iddialar dərc olunub.

Atasının bu miqyasda nəhəng sərvətinə və özünün çoxsaylı mənzillərinə, qeyri-yaşayış binalarına, “Porsche Panamera Turbo” və “Hummer” kimi super-lüks avtomobillərinə baxmayaraq, Orxan İsmayılzadənin öz övladına ayrılacaq aliment ödənişini minimuma endirmək üçün “1000 manatlıq maaş” sənədini ortaya çıxarması dərin ziddiyyətlər yaradır.

Ölkənin ən imkanlı sabiq məmurlarından birinin ailə üzvünün övladını rəsmən etiraf etməkdən yayınması və bazar dəyəri milyonlarla ölçülən varidat fonunda cəmi 250 manat alimentlə məsuliyyətdən yayınmağa çalışması ciddi suallar doğurur. İndi bütün diqqətlər Ali Məhkəməyə yönəlib.

Xatırladaq ki,  Orxan İsmayılzadə artıq bir neçə ildir ki, qızı Nil İsmayılzadənin saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimenti ödəməkdən yayınır. Hətta buna görə barəsində ötən il həbsli axtarış da elan olunub.

O zaman da oliqarx oğlunun axtarışa verilmə səbəbi məhkəmə qərarını icra etməkdən yayınması idi. 2024-cü ildə Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb. Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu aliment ödəməkdən ən müxtəlif bəhanələrlə yayınıb, yalnız məcburi icra tədbirləri işə salınandan sonra aliment ödənişini həyata keçirib.

Sabunçu, Xətai, Apellyasiya Məhkəmələrinin qərarlarına əsasən, Orxan İsmayılzadə bioloji atalıq testindən keçməlidir. Bu testdən keçməklə Orxan İsmayılzadə Fidan Abbasovanın iddiasını təkzib edə və ya təsdiqləyə bilərdi. Aydınlaşardı ki, o, Nil Abbasovanın atasıdır və ya deyil.

Orxan İsmayılzadə isə 3 ayrı-ayrı məhkəmənin təyin etdiyi ümumilikdə 10-a yaxın atalıq testindən keçməkdən ən müxtəlif səbəblərlə yayınıb.

Belə olan halda qanun deyir ki, ekspertizadan – atalıq testindən imtina edən şəxs nəticə ilə razılaşmış sayılır. Bu isə o deməkdir ki, Orxan İsmayılzadə özü bilə-bilə övladını tanımaqdan imtina edir və bu faktdan qaçır. Fidan Abbasovanın məhkəmələrə təqdim etdiyi sübutlar Nilin atasının məhz Orxan İsmayılzadə olmasını isbatlayır. Müvafiq olaraq Orxan İsmayılzadənin övladını saxlamaq üçün aliment ödəməsini şərtləndirir. Fidan Abbasova ilə faktiki nikahda olan Orxan İsmayılzadənin övladı Nilin atasının kim olduğu artıq məhkəmə qərarları ilə tanınıb. Lakin oliqarx İsmayılovun oğlu, milyonlarla sərvətin içində yaşayan biri, qızına ayda cəmi 500 manat aliment ödəməkdən ən müxtəlif yollara baş vurmaqla yayınmağa çalışır.

Əgər düşünürsünüzsə ki, Orxan İsmayılzadənin aliment ödəməyə maddi imkanı yoxdur, yanılırsınız.

Orxan İsmayılzadə böyük bir varidatı olan Mikayıl İsmayılovun varisidir. Mikayıl İsmayılovun mətbuatda yayılan natamam sərvət siyahısına nəzər salaq:

Ağsuda 3 villa və meyvə bağı – 4 hektar ərazidə.

Bakıda iki 16 mərtəbəli yaşayış binaları. “Panorama” və “Axırıncı Aşırım” restoranları – hər biri milyonlarla manat dəyərində.

Ağsunun Çiyni kəndində Aqropark və 5 hektarlıq anbar.

Ağsu parkında aptek və restoran – yeznəsinin adına.

Şamaxıda “Şərədli” restoranı, “Ümid” adlı tədris mərkəzi, “Çinarlı Plaza”, üzüm və nar bağları, böyük anbarlar, makaron zavodu, AFFA-ya icarəyə verilmiş stadion, və daha nələr, nələr…

Bu obyektlər Mikayıl İsmayılovun yaxınlarının, qohumlarının, sürücüsünün və yeznələrinin adınadır. Amma hər kəs bilir ki, bu sərvət bir ailəyə məxsusdur. Bu ailənin nümayəndəsi Orxan İsmayılzadə qızına aliment ödəməmək üçün gizlənir, aliment qaçağına çevrilir, bütün bunlar keçməyəndə ortaya 1000 manatlıq arayış çıxır.

Son sözü Ali Məhkəmə deyəcək – kağız üzərindəki 1000 manatlıq maaş arayışı əsas götürüləcək yoxsa oliqarx İsmayılovun, onun oğlunun  real maliyyə imkanlarına və nəhəng əmlak kolleksiyasına əsasən ədalətli qərar çıxaracaq?

Mövzuya qayıdacağıq.

Musavat.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

OXŞAR MÖVZULAR

1787817244_befunky-collage
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

admin 27.08.2026
1787816559_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır

admin 27.08.2026
1787755150_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu ilə bağlı iddialara cavab verdi: “81 yaşlı insan özünə toy etməz”, “əgər etsə də, gizli edər.”

admin 27.08.2026

XƏBƏR LENTİ

Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi 2e8e8f1267a3f20cddf793e7a6abe281
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi

admin 27.08.2026
Olqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə Ali Məhkəməyə 1000  manat maaş alması barədə arayış...
DAVAMI Read more about Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər” 1787813281_tikisfabrik
  • CƏMİYYƏT

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

admin 27.08.2026
Türkiyəli iş adamı Ercan Koçak Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edir. “Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, 2020-ci...
DAVAMI Read more about Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”
Ceyhun Cəlilov da BELƏ YEYİR… – İTTİHAM VAR… 1787815397_naxccccccccccccttttttt
  • CƏMİYYƏT

Ceyhun Cəlilov da BELƏ YEYİR… – İTTİHAM VAR…

admin 27.08.2026
Naxçıvanda dövlət tenderləri üzrə iş görən sahibkarlardan pullarını almaq üçün rüşvət tələb olunduğu bildirilir. İddialara görə, bunun...
DAVAMI Read more about Ceyhun Cəlilov da BELƏ YEYİR… – İTTİHAM VAR…
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT 1787817244_befunky-collage
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

admin 27.08.2026
Hər iki MMC de-fakto Quba rayonunun sabiq icra başçısı, hazırda tanınmış iş adamı Ziyəddin Əliyevə məxsusdur. Qeyd...
DAVAMI Read more about Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ 1787812868_1
  • ARAŞDIRMA

Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ

admin 27.08.2026
Xəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı iş adamı Qod Nisanova məxsus “Mandarin” Ticarət Mərkəzində çalışan sahibkarlardan haqq tələb...
DAVAMI Read more about Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı – QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ

Bütün yazılar

2e8e8f1267a3f20cddf793e7a6abe281
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi

admin 27.08.2026
1787813281_tikisfabrik
  • CƏMİYYƏT

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

admin 27.08.2026
1787815397_naxccccccccccccttttttt
  • CƏMİYYƏT

Ceyhun Cəlilov da BELƏ YEYİR… – İTTİHAM VAR…

admin 27.08.2026
1787817244_befunky-collage
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

admin 27.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.