Skip to content
22.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB… – TƏFƏRRÜAT
  • CƏMİYYƏT

Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB… – TƏFƏRRÜAT

admin 22.06.2026
1782125300_screenshot-2026-06-22-144306

“Dostlar, dələduzluq faktı ilə üzləşmişəm və yardımınıza ehtiyacım var. Xüsusilə həmkarlarımdan və sosial şəbəkələrdəki dostlarımdan xahiş edirəm ki, bu məlumatı paylaşaraq sözügedən şəbəkənin ifşasına dəstək olsunlar…” 

“Dia-az” xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Zülfüqar Xeyirxəbərov paylaşıb.

Jurnalist daha sonra başına gələnləri belə nəql edir: “Hadisəni diqqətinizə çatdırıram:

13.06.2026-cı il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Qazax rayonunun Çaylı kənd sakini Axundov Abdulla Əli oğlu tərəfindən dələduzluqla üzləşmişik.

Belə ki, həmin şəxs oğlum Xeyirxəbərli Əli Zülfüqar oğlundan 4 000 (dörd min) manat alaraq əslən Tovuz rayonunun Əyyublu kəndindən olan Məmmədov Rövşən Sarı oğluna məxsus, 2000-ci il istehsalı, 77-CK-589 dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtomobili etibarnamə əsasında oğluma verib.

Alqı-satqı zamanı mən və uzun illərdir tanıdığım iki nəfər dostum prosesin şahidi olmuşuq. Abdulla Axundov avtomobilin qonşusuna məxsus olduğunu, nəqliyyat vasitəsində heç bir problemin olmadığını və sonradan hər hansı əlavə xərc çıxacağı təqdirdə həmin xərcləri qarşılayacağını bildirib.

Lakin avtomobil cəmi 20 kilometrə yaxın məsafə qət etdikdən sonra nasazlıq yaranıb. Ertəsi gün – 14.06.2026-cı il tarixində avtomobili tanınmış mühərrik ustası Təbriz Qədərliyə göstərmişik. Baxış zamanı mühərrikdə ciddi nasazlıq olduğu müəyyən edilib.

Dərhal Abdulla Axundovla əlaqə saxlayaraq vəziyyəti diqqətinə çatdırmışıq. O, həmin vaxt Qazax rayonunda olduğunu, həftənin sonunda Bakıya qayıdacağını və yaranmış xərcləri qarşılayacağını bildirib.

Mühərrik söküldükdən sonra məlum olub ki, nasazlığı gizlətmək məqsədilə mühərrik yağına müxtəlif qatqılar əlavə edilib. Həmçinin mühərrikin porşenlərində və kolçalarında qırılmalar, dirsəkli valda isə ciddi zədələr aşkar edilib.

Bu barədə yenidən Abdulla Axundova məlumat verilmiş, o isə 20.06.2026-cı il tarixində Bakıda olacağını və məsələni həll edəcəyini bildirib. Lakin həmin gün dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərimizə cavab verməyib.

21.06.2026-cı il tarixində isə telefon zənginə cavab verərək nə dəymiş zərəri ödəməyə, nə də avtomobili geri götürməyə razı olmadığını bildirib. Bundan əlavə, (+99455) 813-93-66 nömrəsindən mənə zəng edərək kobud ifadələr işlədib, hədə-qorxu gəlib və məni təhqir edib.

Həmin şəxslə bağlı apardığım araşdırmalar zamanı mənə bildirilib ki, Axundov Abdulla Əli oğlu uzun illərdir avtomobil alqı-satqısı ilə məşğul olur. Verilən məlumata görə, o və onunla əlaqəli şəxslər Azərbaycanın müxtəlif bölgələrindən nasaz avtomobilləri alaraq onların texniki qüsurlarını gizlədir, daha sonra isə Bakı və Sumqayıt avtomobil bazarlarında, eləcə də tap.az və turbo.az elan saytlarında real bazar dəyərindən xeyli baha qiymətə satışa çıxarırlar.

Mənə verilən məlumata əsasən, bu fəaliyyətlə məşğul olan şəxslər mütəşəkkil qrup şəklində fəaliyyət göstərirlər və qeyri-rəsmi olaraq “Dovşan” adı ilə tanınırlar.

Buradan hüquq-mühafizə orqanlarına müraciət edərək qeyd olunan faktların hərtərəfli araşdırılmasını, bu fəaliyyətlə məşğul olan şəxslərin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını və bizə dəymiş maddi zərərin ödənilməsinin təmin edilməsini xahiş edirəm. Eləcə də və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə mürciət edərək Abdulla Axundovun vergidən yayaınması ilə bağlı müvafiq tədbirlər görməsini xahiş edirəm. Bunun üçün çox vaxt sərf etməyə də gərək yoxdu. Hökumət portalına baxmaq kifayt edər. Adam həftədə ən azı etibarnamə ilə 4-5 avtomobil satır…”

Dia-az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur – DSMF əsaslandıra bilmir…
Next: Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək

OXŞAR MÖVZULAR

1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
1782134542_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Karxanaçı Siyasət bəy daşdan necə pul çıxarır? -VİDEO

admin 22.06.2026
1782135758_screenshot-2026-06-22-174147
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda yararsız ət hansı pulla alınıb? – Vəzifəli şəxs cəzalandırılıb…

admin 22.06.2026

XƏBƏR LENTİ

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub 6a39172dea40d6a39172dea40e17821263816a39172dea40b6a39172dea40c
  • ARAŞDIRMA

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub

admin 22.06.2026
Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi...
DAVAMI Read more about Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub
“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi 04335404e262f312b3572e323d431657_Untitled-1
  • ARAŞDIRMA

“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi

admin 22.06.2026
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “SİMPLE-B” Məhdud...
DAVAMI Read more about “Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir 1782138556_screenshot-2026-06-22-182621
  • SİYASƏT

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

admin 22.06.2026
Gürcüstanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı 133 857 nəfərdir. APA-nın yerli bürosu xəbər verir ki, bu...
DAVAMI Read more about Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır” 1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada...
DAVAMI Read more about AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”
Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq? WhatsApp Image 2026-06-22 at 18.32.14
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?

admin 22.06.2026
Ötən tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakansiyaların gizlədilməsi ilə bağlı əsaslı faktlar...
DAVAMI Read more about Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?

Bütün yazılar

6a39172dea40d6a39172dea40e17821263816a39172dea40b6a39172dea40c
  • ARAŞDIRMA

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub

admin 22.06.2026
04335404e262f312b3572e323d431657_Untitled-1
  • ARAŞDIRMA

“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi

admin 22.06.2026
1782138556_screenshot-2026-06-22-182621
  • SİYASƏT

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

admin 22.06.2026
1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.