Ötən tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakansiyaların gizlədilməsi ilə bağlı əsaslı faktlar işə qəbul ola bilməmiş namizədlər tərəfindən narazılıqla qarşılanmış və bu hallar ictimailəşdirilmişdi.
İctimai narazılıq yaradan hallardan biri də 2025–2026-cı tədris ilində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə 18 saat dərs yükünün müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunmayaraq vakansiyanın gizlədilməsi, hətta həmin vakant yerin müddətli işə qəbul mərhələsinə də təqdim olunmaması idi. İddialara görə, Quba-Xaçmaz RTİ-nin İnzibati Təşkilat Sektorunun müdiri Fikrət Heybətovun tanışı olduğu bildirilən, Xaçmaz rayon Padar kənd ümumi orta məktəbində çalışan müəlliməyə həmin dərs saatları əsassız olaraq ikinci iş yeri kimi verilmişdi.
Fikrət Heybətovun israrla həmin müəlliməni gizlədilmiş vakansiyaya yerləşdirmək istəyi maraq doğuran məsələlərdən biri olmuşdu.
Mövzuya yenidən qayıdaraq həmin vakansiyanın taleyi ilə bağlı oxucuları məlumatlandırmaq istəyirik.
