Skip to content
22.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Cəlilabadda yararsız ət hansı pulla alınıb? – Vəzifəli şəxs cəzalandırılıb…
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda yararsız ət hansı pulla alınıb? – Vəzifəli şəxs cəzalandırılıb…

admin 22.06.2026
1782135758_screenshot-2026-06-22-174147

Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb. 
Bizimesr.com bildirir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərova töhmət verilib.
Xatırladaq ki, hadisə Qurban bayramı günlərində qeydə alınmışdı. Cəlilabad Rayon İcra Hakimiyyəti şəhid ailələrindən birinə çatdırılan qurban payındakı ətin istehlaka yararsız vəziyyətdə olduğunu təsdiqləmişdi.
Faktı açıqlamasında Füzuli Cəfərov da təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib: “Belə bir hadisə olub. Cəlilabad rayonunda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam”.
Lakin günlərdir açıq qalan əsas sual təkcə ətin keyfiyyəti ilə bağlı deyil. Rayon icra hakimiyyətlərinin əksəriyyəti Qurban bayramı dövründə şəhid, qazi və aztəminatlı ailələrə qurban sovqatı göndərilməsi üçün tenderlər elan edir. Bu iş adətən tenderin qalib şirkəti tərəfindən icra olunur və məsuliyyət də həmin şirkətin üzərinə düşür.
Bu halda isə Cəlilabadda yararsız və ya keyfiyyətsiz ətin birbaşa icra hakimiyyəti tərəfindən təmin edildiyi iddia olunur. Bu isə bir sıra maliyyə və satınalma suallarını gündəmə gətirir:
Cəlilabad RİH Qurban ətini hansı vəsait hesabına alıb? Əgər tender keçirilməyibsə, bu hansı mexanizmlə həyata keçirilib?
Ətləri kim alıb və hansı əsasla seçilib? Ödənişlər hansı maliyyə mənbəyindən həyata keçirilib? 

İddia olunur ki, ətlərin rayonda fəaliyyət göstərən qəssablardan və yerli sahibkarlara aldırılıb. Bu isə prosesin şəffaflığı ilə bağlı əlavə suallar yaradır.
Bizimesr.com olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Next: Karxanaçı Siyasət bəy daşdan necə pul çıxarır? -VİDEO

OXŞAR MÖVZULAR

1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
1782134542_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Karxanaçı Siyasət bəy daşdan necə pul çıxarır? -VİDEO

admin 22.06.2026
1782118685_screenshot-2026-06-22-125554
  • CƏMİYYƏT
  • ÖLKƏ

GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ… – İLGİNC FAKTLAR…

admin 22.06.2026

XƏBƏR LENTİ

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub 6a39172dea40d6a39172dea40e17821263816a39172dea40b6a39172dea40c
  • ARAŞDIRMA

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub

admin 22.06.2026
Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi...
DAVAMI Read more about Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub
“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi 04335404e262f312b3572e323d431657_Untitled-1
  • ARAŞDIRMA

“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi

admin 22.06.2026
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “SİMPLE-B” Məhdud...
DAVAMI Read more about “Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir 1782138556_screenshot-2026-06-22-182621
  • SİYASƏT

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

admin 22.06.2026
Gürcüstanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı 133 857 nəfərdir. APA-nın yerli bürosu xəbər verir ki, bu...
DAVAMI Read more about Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır” 1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada...
DAVAMI Read more about AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”
Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq? WhatsApp Image 2026-06-22 at 18.32.14
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?

admin 22.06.2026
Ötən tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakansiyaların gizlədilməsi ilə bağlı əsaslı faktlar...
DAVAMI Read more about Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?

Bütün yazılar

6a39172dea40d6a39172dea40e17821263816a39172dea40b6a39172dea40c
  • ARAŞDIRMA

Həbsdə olan sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub

admin 22.06.2026
04335404e262f312b3572e323d431657_Untitled-1
  • ARAŞDIRMA

“Olivia” yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi

admin 22.06.2026
1782138556_screenshot-2026-06-22-182621
  • SİYASƏT

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

admin 22.06.2026
1782139058_screenshot-2026-06-22-183446 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? – “…orqanizm üçün təhlükə yaradır”

admin 22.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.