Skip to content
22.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur – DSMF əsaslandıra bilmir…
  • İQTİSADİYYAT

İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur – DSMF əsaslandıra bilmir…

admin 22.06.2026
1782132633_screenshot-2026-06-22-164853

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ehtiyatda olan hərbi qulluqçuların təqaüdündən xəbərdarlıq edilmədən, səbəbsiz olaraq müxtəlif məbləğləri tutur.

Bizimesr.com-a daxil olan məlumatlara görə, son günlər bəzi təqaüdçü hərbçilər pensiyalarının bank kartlarına köçürüldükdən sonra əvvəlki aylardan daha az məbləğ aldığının şahidi olurlar. Onların sözlərinə görə, səbəbi öyrənmək üçün ilk olaraq xidmət göstərən “Kapital Bank”a müraciət ediblər.

Müraciət edən şəxslər bildirirlər ki, bank əməkdaşları onlara vəsaitin bank tərəfindən tutulmadığını, məsələ ilə bağlı aidiyyəti qurum kimi Dövlət Sosial Müdafiə Fonduna müraciət etmələrinin daha doğru olacağını bildiriblər.

Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialına müraciət edən təqaüdçülər də tutulan məbləğlərin səbəbi ilə bağlı aydın izahat ala bilmirlər. Onların sözlərinə görə, tutulmanın hansı səbəblər edildiyini əsaslandıra bilməyən fond əməkdaşları insanlara ərizə yazdıraraq araşdırma aparılacağını bildirirlər, lakin tutulmanın konkret hüquqi əsası barədə ətraflı məlumat təqdim edilmir.

Belə hallardan biri bu günlərdə ehtiyatda olan hərbi qulluqçulardan birinin başına gəlib. Həmin şəxsin pensiyasından 160 manat məbləğində vəsait tutulub. Təxminən 17 il əvvəl təqaüdə çıxmış hərbçi ona məxsus vəsaitin hansı əsasla tutulduğunu öyrənmək istəsə də, bununla bağlı konkret izah ala bilmədiyini bildirir.

Oxşar problemlə üzləşən digər təqaüdçülərin sözlərinə görə, bəzi hallarda onlara vəsaitin vaxtilə ödənilmiş nəqliyyat və digər xərclərlə bağlı tutulduğu bildirilir. Lakin təqaüddə olan hərbçilər belə ödənişlər almadıqlarını və buna görə də aparılan tutulmaları əsassız hesab etdiklərini deyirlər.

Məsələ bir sıra ciddi suallar yaradır. Əgər doğrudan da hər hansı artıq ödəniş və ya borc müəyyən edilibsə, həmin məbləğlərin tutulmasından əvvəl vətəndaşlara rəsmi bildiriş təqdim olunmalıdır. Tutulmalar barədə məlumat verilməlidir, hansı hüquqi sənədə əsaslandığı açıqlanmalıdır. Nəyə görə illər əvvəl təqaüdə çıxmış şəxslərlə bağlı iddia olunan məbləğlər məhz indi tutulur və hansı əsaslar var?

Qeyd olunan iddialarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mövqeyini öyrənməyə çalışacağıq.

Bizimesr.com

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək – DETALLAR
Next: Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB… – TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

1782106451_screenshot-2026-06-22-093320
  • İQTİSADİYYAT

SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var – TƏFƏRRÜAT

admin 22.06.2026
1782099684_1
  • İQTİSADİYYAT

“Kapital Bank, bu nə tərbiyəsizlikdir edirsiniz millətə?”

admin 22.06.2026
1781797667_1
  • İQTİSADİYYAT

Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var (SİYAHI)

admin 19.06.2026

XƏBƏR LENTİ

Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq? WhatsApp Image 2026-06-22 at 18.32.14
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?

admin 22.06.2026
Ötən tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakansiyaların gizlədilməsi ilə bağlı əsaslı faktlar...
DAVAMI Read more about Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?
Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilə edildi 20260622_103021
  • MƏDƏNİYYƏT

Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilə edildi

admin 22.06.2026
Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108 inventar nömrəli karvansaraya qanunsuz müdaxilə edilib.  ...
DAVAMI Read more about Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilə edildi
Karxanaçı Siyasət bəy daşdan necə pul çıxarır? -VİDEO 1782134542_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Karxanaçı Siyasət bəy daşdan necə pul çıxarır? -VİDEO

admin 22.06.2026
İnternet resurslarında daş karxanaları ilə bağlı məlumat axtaranda qarşımıza bədbəxt hadisələr, ətraf mühitə vurulan ziyan, torpaqdan, yerin...
DAVAMI Read more about Karxanaçı Siyasət bəy daşdan necə pul çıxarır? -VİDEO
Cəlilabadda yararsız ət hansı pulla alınıb? – Vəzifəli şəxs cəzalandırılıb… 1782135758_screenshot-2026-06-22-174147
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda yararsız ət hansı pulla alınıb? – Vəzifəli şəxs cəzalandırılıb…

admin 22.06.2026
Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon...
DAVAMI Read more about Cəlilabadda yararsız ət hansı pulla alınıb? – Vəzifəli şəxs cəzalandırılıb…
Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb 1782135340_screenshot-2026-06-22-173354
  • SİYASƏT

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb

admin 22.06.2026
İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrik məktubunda deyilir: “Hörmətli...
DAVAMI Read more about Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Bütün yazılar

WhatsApp Image 2026-06-22 at 18.32.14
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Fikrət Heybətovun vakansiya oyunu: Gizlədilən dərs saatlarının taleyi necə olacaq?

admin 22.06.2026
20260622_103021
  • MƏDƏNİYYƏT

Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilə edildi

admin 22.06.2026
1782134542_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Karxanaçı Siyasət bəy daşdan necə pul çıxarır? -VİDEO

admin 22.06.2026
1782135758_screenshot-2026-06-22-174147
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda yararsız ət hansı pulla alınıb? – Vəzifəli şəxs cəzalandırılıb…

admin 22.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.