Skip to content
11.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
1781112706_1
Azərbaycanda kitabxanaların vəziyyəti uzun illərdir müzakirə olunan, lakin həlli tapılmayan problemlərdən biridir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən kitabxanaların əksəriyyəti köhnə və baxımsız binalarda yerləşir, maddi-texniki bazası zəifdir, yeni kitab fondları ilə təminat qənaətbəxş deyil. Ən böyük problemlərdən biri isə insanların, xüsusilə də gənclərin kitabxanalardan uzaqlaşmasıdır.

Bizimesr.com bildirir ki, belə bir şəraitdə cəmiyyət kitabxanaların necə canlandırılacağını, oxucuların bu mədəniyyət ocaqlarına necə cəlb ediləcəyini, kitab fondlarının necə yenilənəcəyini gözlədiyi halda, Mədəniyyət Nazirliyindən fərqli istiqamətdə açıqlama gəldi.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu ildən kitabxanalarda çalışan informasiya texnologiyaları ixtisasları üzrə minə yaxın şəxsin attestasiyası keçiriləcək. Növbəti ildə isə bütövlükdə kitabxana sistemində çalışan əməkdaşların attestasiyası nəzərdə tutulur. Nazir qeyd edib ki, attestasiya nəticəsində peşəkar hesab olunan şəxslər fəaliyyətlərini davam etdirəcək, uyğun hesab edilməyənlər barədə isə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İlk baxışdan bu qərar kitabxana sistemində peşəkarlığın artırılması kimi təqdim oluna bilər. Lakin məsələ daha dərindən araşdırıldıqda ortaya ciddi suallar çıxır.

Bu gün Azərbaycan kitabxanalarının əsas problemi həqiqətən işçilərdirmi?

Uzun illərdir rayonlarda, kəndlərdə, şəhərlərdə fəaliyyət göstərən kitabxanaçılar çox zaman aşağı maaşla, çətin şəraitdə çalışıblar. Bir çox kitabxanalar qışda istiliksiz, yayda isə yararsız şəraitdə fəaliyyət göstərir. Buna baxmayaraq, həmin insanlar onilliklər ərzində kitab fondlarını qoruyub saxlayıb, minlərlə oxucuya xidmət göstəriblər. İndi isə belə görünür ki, kitabxanaların problemlərinin əsas səbəbi kimi məhz həmin əməkdaşlar göstərilir.

Əslində isə kitabxanaların böhranının səbəbi tamamilə başqa məsələlərdir. Kitabxanalar illərlə diqqətdən kənarda qalıb. Yeni texnologiyaların tətbiqi zəif olub. Oxucular üçün cəlbedici layihələr həyata keçirilməyib. Müasir kitab fondlarının formalaşdırılması istiqamətində ciddi addımlar atılmayıb. Bir çox kitabxanalar bu gün də sovet dövründən qalmış inventar və yanaşmalarla fəaliyyət göstərirlər.

Belə olan halda sual yaranır: Problemi yaradan sistemdirsə, niyə ilk növbədə həmin sistemdə çalışan insanlar hədəfə çevrilir?

Əlbəttə, attestasiya və peşəkarlığın qiymətləndirilməsi hər bir sahədə vacibdir. Lakin bu proses cəzalandırma və işdən uzaqlaşdırma vasitəsinə çevrilməməlidir. Kitabxanaçı yalnız kompüter proqramlarından istifadə edən şəxs deyil. O, həm də kitabları tanıyan, oxucularla işləməyi bacaran, ədəbiyyatı sevən və mədəniyyət daşıyıcısı olan insandır. Bu gün uzun illər kitabxanada çalışan, minlərlə kitabın yerini əzbər bilən, oxuculara düzgün istiqamət verən bir əməkdaşın yerinə sadəcə “Word” proqramında işləməyi bacaran şəxsin gətirilməsi kitabxananın problemlərini həll etməyəcək.

Əksinə, bu yanaşma kitabxanaçılıq təcrübəsinin və peşəkar yaddaşın itirilməsinə səbəb ola bilər.

Kitabxanaların inkişafı üçün ilk növbədə onların maddi-texniki bazası gücləndirilməli, binalar təmir edilməli, elektron xidmətlər genişləndirilməli, müasir kitab fondları yaradılmalı və gənclər üçün maraqlı layihələr həyata keçirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində kitabxanalar artıq sadəcə kitab saxlanılan yer deyil. Onlar təhsil, mədəniyyət, innovasiya və ictimai fəaliyyət mərkəzlərinə çevriliblər.

Azərbaycanda da kitabxanaları yaşatmaq üçün əsas məqsəd insanları bu məkanlara qaytarmaq olmalıdır. Oxucu olmayan kitabxananın nə qədər attestasiya keçirilməsinin isə heç bir mənası yoxdur.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

OXŞAR MÖVZULAR

1781077581_screenshot-2026-06-10-114008
  • MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

admin 10.06.2026
9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
1780550560_screenshot-2026-06-04-091705
  • MƏDƏNİYYƏT

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

admin 04.06.2026

XƏBƏR LENTİ

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq 1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
Azərbaycanda kitabxanaların vəziyyəti uzun illərdir müzakirə olunan, lakin həlli tapılmayan problemlərdən biridir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən...
DAVAMI Read more about Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır 1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız...
DAVAMI Read more about İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO 585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat...
DAVAMI Read more about 70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO
“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət...
DAVAMI Read more about “Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB 1555618
  • CƏMİYYƏT
  • VİDEO

Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

admin 11.06.2026
Göyçayda kütləvi dava baş verib. Metbuat.az xəbər verir ki, hadisə bu gün rayonun avtovağzalı yaxınlığında qeydə alınıb. İlkin...
DAVAMI Read more about Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

Bütün yazılar

1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.