Skip to content
14.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” – VİDEO
  • MƏDƏNİYYƏT

“Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” – VİDEO

admin 13.06.2026
1781323638_1
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV Yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 27-ci buraxılışının yazılı variantını təqdim edir:
Paşinyan qələbə çaldı, amma…
– Keçən həftə hamımızın arzuladığımız bir məsələ həyata keçdi: Ermənistanın parlament seçkilərində Paşinyan qələbə çaldı və sülhyönümlü qüvvələr hakimiyyətdə qaldı. Ancaq istər seçkidən əvvəl, istərsə də sonra Rusiyanın təzyiqi artan xətt üzrə getdi. Qələbədən sonra da parlamentdəki səs saylarına öz təsirini saxlamaqdadır. Məsələ çox sadədir. Paşinyan 49 faiz səs yığıb. Bu 105 nəfərlik parlamentdə 64 səs deməkdir. Yerdə qalan 41 səsin hamısı Rusiyameylli qüvvələrdir. Sülh prosesi üçün referendum keçirməyə isə 70 səs lazımdır. Beləliklə, Paşinyan hakimiyyəti hazırda ölkəsində rəsmi hakimiyyətdə qalsa da, köklü dəyişikliklər etmək iqtidarında deyil. Lakin mütəxəssislər başqa bir ehtimal da irəli sürürlər. Bu, Köçəryan da daxil olmaqla Rusiyameylli liderlərə cinayət işinin açılmasıdır. Ümid edək ki, Paşinyan sülh üçün əlindən gələni edəcək və buna nail olacaq. Sülh indi bizə də, erməni xalqına da hər şeydən çox lazımdır. Biz Ermənistanla sülh müqaviləsini bağlasaq, Qarabağ qələbəmiz əbədiləşir və hüquqi sənədlərdə də öz təsbitini tapır.
Sosial şəbəkələrlə bağlı yaş məhdudiyyəti…
– Ötən həftə sosial şəbəkələrdə yaş məhdudiyyətinin qoyulması ilə bağlı qanun layihəsinin ictimai müzakirəsi keçirilirdi. Təbii ki, sosial şəbəkələrin özündə və mətbuatda da müzakirə olundu. Xatırladım ki, məsələ ilə bağlı xüsusi cərimələr də nəzərdə tutulur. İlkin yüz, daha sonra üç yüz manat. Sosial mediada yazılan rəylər və paylaşımlar məndə üç ciddi sual doğurdu. Birincisi, bu qanunun qəbul edilməsi ilə dövlət yeni cərimə mənbəyi axtarmır ki? İkincisi, sosial şəbəkələrə uşaqların adı ilə nəzarət mexanizmi sonradan siyasiləşməyəcək ki? Üçüncüsü, biz doğrudan da uşaqlarımızın qeydinə qalırıqsa, sosial şəbəkələrdə yaş məhdudiyyətindən əvvəl uşaqpulunu müzakirə etməli deyilikmi?
İnternetsiz kitabxanalarımız…
– Milli Məclisin Mədəniyyət Komitəsinin və Mədəniyyət Nazirliyinin rəhbərliyinin iştirakı ilə Azərbaycanda kitabxanaların vəziyyəti müzkirə olundu. Mədəniyyət naziri Adil Kərimli çıxış elədi, xeyli maraqlı faktlar açıqladı. Nazir müavini çxış elədi. Deputat, komitə sədri Fazil Mustafa ümumilikdə kitabımızın vəziyyəti ilə bağlı dəyərli sözlər söylədi. Mən məsələdən nə qədər xəbərdar olsam da, yenə məni çaşdıran rəqəmlərlə qarşılaşdım. Sən demə, kitabxanalarımızın 80 faizi müasir kommunikasiyadan, o cümlədən internetdən məhrumdur. Hətta bəlkə çoxunun telefonu da yoxdur. Bu, faciəvi bir rəqəmdir. İllah da cənab nazir bildirir ki, kitabxanaların yenidən qurulması üçün 64 milyon manat vəsait ayrılıb. Bununla belə kitabxanaların vəziyyəti çox acınacaqlıdır və bu vəziyyət həm də sosial sifarişdən gəlir. Əyalətdə kitaba maraq yoxdur. Bəzi rayon mərkəzlərində kitabxanaların qarşısında ot bitir. Kəndlərdəki kitabxanalar ən aşağı səviyyəli müəssisələr sırasındadır. Sanki bizə nə kitab lazımdır, nə kitabxana. Həyatımızda heç birinin yeri yoxdur. Halbuki sovetlər zamanında belə deyildi. Bəzən kitabları oxumaq üçün növbə siyahıları tutulurdu. Bəs nə etməli? Funksional olmayan bu müəssisələr bağlanmalımı? Əlbəttə, yox! Belə bir qərar verilsə, bir çox məmurların əlinə kitabxana binalarını satmaq və ya dəyişdirmək imkanı vermiş oluruq. Mədəniyyət müəssisələrində ikili tabeçilik var. Onlar həm Mədniyyət Nazirliyinə, həm də yerli icra strukturlarına tabedir. Çox zaman isə yerli icra strukturlarının təsiri nazirlikdən də üstündür. Bu strukturların əksəriyyəti isə insanların kitab oxumasında maraqlı deyil. Hətta bəzi rayonlarda kitab sərgilərinin keçirilməsinin qarşısını alırlar. Rayon rəhbərlərini də çox az istisnalarla kitabla bağlı tədbirlərdə görmürük. Fazil müəllim müzakirədə çox yaxşı söylədi ki, kitabxanaları yalnız Mədəniyyət Nazirliyinin idarəçiliyində olan müəssisələr kimi götürməməliyik. Bəli, doğrudan da kitab dövlət müstəqilliyimiz qədər, ərazi bütövlüyümüz qədər strateji məsələdir. Eyni zamanda, başqa strukturlara tabe olan kitabxanalar… İstər kitab evləri, istər nəşriyyatlar, istər yayım şəbəkələri, istərsə də yazarlar… Mədəniyyət Nazirliyi kitabxanalara kitab almaq üçün illik 600 min manat vəsait ayırır. Məncə, bu rəqəm də çox azdır və ən azı iki dəfə qaldırılmalıdır. Azərbaycan kimi bir ölkədə kitaba bu qədər ucuz yanaşmaq doğru deyil. Dövlətin kitaba xərclədiyi pul kitabxanalarla yanaşı nəşriyyatların da inkişafı deməkdir. İstərdim Mədəniyyət Nazirliyinin bu istiqamətdə səlahiyyətləri və imkanları artırılsın. Və biz hamımız kimliyindən asılı olmayaraq kitab mövzusunda əl-ələ verib irəli durmalıyıq. Eynən Qarabağ məsələsində irəli durduğumuz kimi. Ən böyük qələbələrin arxasınca kitab və mədəniyyət gəlmirsə, o qələbə heç vaxt əbədi qala bilməz.
Xalq şairləri içki məclisində…
– Xalq şairləri Musa Yaqubun və Ramiz Rövşənin iştirakı ilə içki məclisində çəkilmiş bir video-kontent geniş müzakirə yaratdı. Əslində, məndən olsa, şair və içki mövzusunda Orxan Pamukvari bir esse, hətta bəlkə kitab yazmaq olar. Çünki bizdə hələ sovet dövründən içki həm də çox siyasi mahiyyət daşıyıb. Haradansa oxumuşdum, mərhum şair Əli Kərimin silsilə şeirləri çıxması münasibəti ilə “İnturist”də verdiyi qonaqlığın səs-sorağı Moskvayacan gedib çıxmışdı. Məclisdə necəsə şairlər arasında dava düşmüşdü və bu məsələ aylarla müzakirəyə səbəb olmuşdu. Sovet vaxtı insanların şəxsi seçimi də bəzən ictimai məzmun qazanır, rəsmi səviyyələrdə qınaq obyektinə çevrilirdi. Eyni zamanda, içki şairləri represiyyadan saxlayan bir vasitə idi. Məsələn, Əliağa Vahid içdiyinə görə represiyyadan canını qurtara bilmişdi. Bir yandan da içən adamların beli sınırdı, onlara heç yerdə iş-filan vermirdilər. Söhbət heç də əyyaşlıqdan getmir, sadəcə içməkdən gedir. Halbuki hamı içirdi. Amma gizlin. Bildirmədən. Musa Yaqubla Ramiz Rövşəndə isə vəziyyət bir az fərqlidir. Süfrələri ərəb şeyxlərinin süfrəsinə oxşayır. Hətta bir balaca oliqarx havası da vurur. Xalq özünün heç vaxt görmədiyi bu zənginliyi xalq şairlərində görəndə bir balaca xəyal qırıqlığı yaşayır. Bu süfrələr indiki halda xalq şairinin xalqın yanında olmadığının bir əlaməti kimi ortaya çıxır. Bir dəfə Musa Yaqubdan soruşdum, dedim, Xalq şairi adını alanda həyatınızda ilk nə dəyişdi? Dedi, kürəkənimi işdən çıxarmışdılar, qaytarıb yerinə qoydular. Bax budur məsələ. Sən xalq şairi olan kimi dərhal xalqın yanından siyasi elitanın yanına keçirsən və həmişə belə zəngin süfrələrdə oturursan. Yəni əslində xalq şairi adını bizə xalqdan aralananda verirlər. Amma, məncə, bu videonu, Musa müəllimin söylədiyi o gözəl şeirə bağışlamaq olar. Onsuz da düzələn deyilik.
“Səriyyə” filminin nöqsanları…
– Mən “Kino” qəzetində işləmişəm və o gündən indiyə qədər müstəqil kino industriyasının yaranması üçün əlimdən gələni etmişəm. Bu mənada Əlixan Rəcəbovun layihələrini maraqla izləmişəm. Əvvəl vayner kimi başladı, sonra qısa videolar və filmlər çəkdi. Nəhayət, 2024-cü ildə “Səriyyə” adlı tammetrajlı filmlə qarşımıza çıxdı. Film xeyli səs-küy saldı. İki il əvvəl təqdimatı keçirilsə də, bu yaxınlarda Yutub platformasına yükləndiyi üçün bir daha geniş müzkirə yaratdı. Müstəqil kino çox yaxşıdır, lakin ssenarist və rejissor nə iş gördüyünü bilməlidir. Əlixan deyir, aparıcı Lalə Azərtaş filmə baxanda göz yaşlarını saxlaya bilməyib. Əlbəttə Əlixan Lalə Azərtaşın ipi ilə quyuya enməməlidir. O, qısa komik videolarda uğurlu idi. Tammetrajlı ssenaridə alındıra bilməyib. Əsas səbəblərdən biri isə dramaturgiyanı düzgün inkişaf etdirə bilməməsidir. Əvvəla yaşı doğru götürməyib. Azərbaycanda 12-14 yaşlı qızların nadir hallarda nişanlanması faktı ola bilər, amma ərə verilməsi, toy şənliyi keçirilməsi faktı ilə hər halda mən üzləşməmişəm. Statistika da göstərir ki, bizdə azyaşlıların evlənməsi deyəndə, daha çox 16-17 yaş nəzərdə tutulur. Əlixan bəy dramaturgiyanı şiddətləndirmək üçün 14 yaşında qızı ərə verir və onu yetkin bir insan, hətta az qala yunan filosofu kimi danışdırır. Beləliklə, dəhşətli bir sünilik, yalançılıq ortaya çıxır. Və əmin olursan ki, ssenarist bu mövzuya yaradıcı narahatlığa görə yox, biznes maraqları ilə mövzudan sui-istifadə edərək müraciət edib. Təkcə Əlixan deyil, skeç oynayan və qısa komik vodeolara çəkilən digər aktyorlarımız, istər “Bu şəhərdə” olsun, istər “KVN”, istərsə “Komedixan”, istərsə də digərləri yaxşı tammetrajlı film ortaya qoya bilməyiblər. Lakin bu təkcə aktyorlarla bağlı məsələ deyil. Bir tərəfdən də ssenaristlərin ədəbiyyatdan uzaq olması, müasir mətnləri oxumaması ilə bağlıdır. Əlixan bəyin qarşısında eyni mövzuda çəkilmiş “O olmasın, bu olsun” kimi bir şedevr vardı. Baxıb görərdi adamlar necə danışır, dramaturgiya necə qurulur? Azərbaycanda azyaşlı nikah klişe on beş yaşla daha çox bağlıdır. Klassik şeirlər də on beş yaşlı qızlara yazılır. On iki-on dörd yaş dindən, isti coğrafiyadan gələn ənənədir və bizim üçün xarakterik deyil. Filmdə bu amil nəzərdən qaçırıldığı üçün dialoqlar süni alınıb, on dörd yaşlı uşaq Sokrat, Aristotel kimi danışıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR – Başçı isə…
Next: İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR…

OXŞAR MÖVZULAR

1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
1781077581_screenshot-2026-06-10-114008
  • MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

admin 10.06.2026
9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026

XƏBƏR LENTİ

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR… 1781332798_screenshot_20260613_103728_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…

admin 13.06.2026
Paytaxtın Nəsimi rayonunda qanunsuz hərəkərlər edən məmurlarla bağlı yerli sakinlərin narazı düşdüyü deyilir. Rayonda qanunsuz tikintilərə və...
DAVAMI Read more about Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…
İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR 1781360125_screenshot_20260613_175555_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR

admin 13.06.2026
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində illərdir təmir olunacağı gözlənilən “Ana-bala” parkının ərazisində iki hündürmərtəbəli bina tikiləcək....
DAVAMI Read more about İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR
Azərbaycan nefti ucuzlaşıb 1781332013_screenshot_20260613_102031_com_android_chrome_chrometabbedactivity
  • İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

admin 13.06.2026
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,35 ABŞ...
DAVAMI Read more about Azərbaycan nefti ucuzlaşıb
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var 1781348889_screenshot-2026-06-13-150552
  • CƏMİYYƏT

“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var

admin 13.06.2026
Bakıda fəaliyyət göstərən “Barama Uşaq Bağçası”nın iki filialı ilə bağlı şikayətlər var. Valideynlər “Qafqazinfo”ya müraciətlərində bağçanın Əcəmi...
DAVAMI Read more about “Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var
İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR… 1781336659_screenshot_20260613_113202_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • VİDEO

İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR…

admin 13.06.2026
İmişli məktəbinin direktoru ilə bağlı ciddi iddialar: Məhkəmə qərarı, işdən çıxarmalar və diplom məsələsi gündəmdə İmişli rayonu...
DAVAMI Read more about İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR…

Bütün yazılar

1781332798_screenshot_20260613_103728_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…

admin 13.06.2026
1781360125_screenshot_20260613_175555_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR

admin 13.06.2026
1781332013_screenshot_20260613_102031_com_android_chrome_chrometabbedactivity
  • İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

admin 13.06.2026
1781348889_screenshot-2026-06-13-150552
  • CƏMİYYƏT

“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var

admin 13.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.