Skip to content
18.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ağstafa MKTİB-nin direktoru Rəşad Bayramov işçinin maaşından kəsir FOTO
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ağstafa MKTİB-nin direktoru Rəşad Bayramov işçinin maaşından kəsir FOTO

admin 18.06.2026
1781768954_1
Yalçın İsmayılovun direktor olduğu zaman Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTİB) əməkdaşlarının qanunsuz olaraq şəxsi obyekt tikintisində əməyə cəlb olunmaları barədə informasiyalar yayılmışdı. Bildirilirdi ki, MKTİB-nin işçiləri Ağstafa şəhərində mağaza və obyektlərin tikintisinə məcburi cəlb edilirlər. Əks təqdirdə MKTİB əməkdaşları işdən çıxarılma ilə hədələnirlər.

Rəşad Bayramov sözgüdən quruma direktor təyin olunandan sonra kollektivdə ümid yaranmışdı ki, nəhayət neqativ hallara son qoyulacaq. Lakin çox təəssüflər olsun ki, ümidlər özünü doğrultmadı.

Ağstafa rayonunun Göyçəli kənd sakini 1992-ci il təvəllüdlü Məmmədli Vüqar Eldar oğlu bildirir ki, işlədiyi Mənzil – Kommunal Təsərrüfatı Birliyinin direktoru Rəşad Bayramov onun əmək haqqını kəsir:

“Həftənin 6 günü işdə oluram. Səbəbsiz yerə dəfələrlə maaşımdan tutur. Qurban bayramı ilə əlaqədar bütün idarə, müəssisə və təşkilatlar may ayının əmək haqqını işçilərə ödədilər. MKTB isə may ayının əmək haqqını iyun ayının 10-da köçürdü. Mənim 342 (üç yüz qırx iki) manat təşkil edən əmək haqqımdan səbəbsiz yerə 150 (bir yüz əlli) manat tutulma edib. Səbəbini öyrənmək üçün dəfələrkə idarəyə yaxınlaşsam, da Rəşad Bayramov hər dəfə məni qovub və nalayiq sözlərlə təhqir edib. Ümumiyyətlə, tək mənimlə deyil, bütün işçilərlə davranışında etik normalara riayət etmir. İdarədə özbaşınalıq baş alıb gedir, direktor qanunsuz işlər görür, istehlakçılardan toplanan kommunal xidmət haqlarını mənimsəyir…”

Vüqar Məmmədov həmçinin bildirir ki, Rəşad Bayramov rayonda həyata keçirilən abadlıq işləri zamanı aparılan söküntüdən çıxan materialları idarəyə məxsus işçi qüvvəsi və texnika ilə Poylu kəndinin girişində yerləşən özünə məxsus obyektə daşıtdırır və satdırır…”

Şikayətçi məruz qaldığı hüquqpozmalar və qeyd etdiyi mənimsəmə faktları ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini, amma həmin qurum tərəfindən problemin həlli üçün heç bir addım atılmadığını bildirir. Odur ki, məsələni ictimailəşdirərək media vasitəsilə cənab Prezidentdən və aidiyyəti qurumların rəhbər vəzifəli şəxslərindən əmək haqqından qanunsuz tutulan pulların qaytarılmasında köməklik göstərilməsini və Rəşad Bayramov barəsində ciddi tədbir görülməsini xahiş edir.
Nisa Şirvanlı.

Nyus.Az




Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Arzum” ləqəbli tiktokerin məhkəmə zalında həbsi tələb edildi
Next: Avtobuslarda kondisioner problemi – “Sərnişin az olanda söndürün” qərarını kim verib?

OXŞAR MÖVZULAR

1781770888_screenshot-2026-06-18-122039
  • CƏMİYYƏT

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

admin 18.06.2026
1781771756_screenshot-2026-06-18-122645
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ… – su təsərrüfatında mübahisəli idarəetmə

admin 18.06.2026
1781778681_screenshot_20260618_143022_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA

admin 18.06.2026

XƏBƏR LENTİ

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb 1781784103_screenshot_20260618_155904_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

admin 18.06.2026
İyunun 8-də Mindanao adasında (Filippin) baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb. Bu...
DAVAMI Read more about Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür milli-qehreman-mubariz-ibrahimovun-sehid-olmasindan-16-il-otur-1781726360
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

admin 18.06.2026
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür. Oxu.Az xəbər verir ki, Mübariz Ağakərim...
DAVAMI Read more about Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
Keçmiş vəkil hakim qarşısında 17817784431776163058_89778836_907f_41a4_8e4f_28b257433684_1_1781780009
  • ARAŞDIRMA

Keçmiş vəkil hakim qarşısında

admin 18.06.2026
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəməsi başlayıb.  “Unikal”ın məlumata görə, Bakı Ağır...
DAVAMI Read more about Keçmiş vəkil hakim qarşısında
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO b651cfb4f0bf88c10ec6ecbc9eedc5a8
  • ŞOU-BİZNES

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO

admin 18.06.2026
Müğənni Xatirə İslam bu dəfə geyim seçimi ilə gündəmə gəlib. Sənətçinin iştirak etdiyi tədbirdə seçdiyi transparan libas...
DAVAMI Read more about Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi 17817731791159733484
  • SİYASƏT

İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

admin 18.06.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət...
DAVAMI Read more about İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

Bütün yazılar

1781784103_screenshot_20260618_155904_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

admin 18.06.2026
milli-qehreman-mubariz-ibrahimovun-sehid-olmasindan-16-il-otur-1781726360
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

admin 18.06.2026
17817784431776163058_89778836_907f_41a4_8e4f_28b257433684_1_1781780009
  • ARAŞDIRMA

Keçmiş vəkil hakim qarşısında

admin 18.06.2026
b651cfb4f0bf88c10ec6ecbc9eedc5a8
  • ŞOU-BİZNES

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO

admin 18.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.