Skip to content
18.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

admin 18.06.2026
milli-qehreman-mubariz-ibrahimovun-sehid-olmasindan-16-il-otur-1781726360

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür.

Oxu.Az xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il hərbi xidmətə çağırılıb.

Həqiqi hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib və 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.

M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Ermənistan tərəfi uzun müddət hərbçimizin meyitini qaytarmaqdan boyun qaçırıb və onu 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.

2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.

İgidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Keçmiş vəkil hakim qarşısında
Next: Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

OXŞAR MÖVZULAR

1781778681_screenshot_20260618_143022_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA

admin 18.06.2026
1781756038_1
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? – Murad Məmmədov kimdir?

admin 18.06.2026
1781749391_1
  • GÜNDƏM
  • ÖLKƏ

Nərimanov Məhkəməsinin “Bazargünü Qətnaməsi”: Məhkəmə Kürsüsü Niyə Bazar Piştaxtasına Çevrilir?

admin 18.06.2026

XƏBƏR LENTİ

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb 1781784103_screenshot_20260618_155904_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

admin 18.06.2026
İyunun 8-də Mindanao adasında (Filippin) baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb. Bu...
DAVAMI Read more about Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür milli-qehreman-mubariz-ibrahimovun-sehid-olmasindan-16-il-otur-1781726360
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

admin 18.06.2026
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür. Oxu.Az xəbər verir ki, Mübariz Ağakərim...
DAVAMI Read more about Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
Keçmiş vəkil hakim qarşısında 17817784431776163058_89778836_907f_41a4_8e4f_28b257433684_1_1781780009
  • ARAŞDIRMA

Keçmiş vəkil hakim qarşısında

admin 18.06.2026
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəməsi başlayıb.  “Unikal”ın məlumata görə, Bakı Ağır...
DAVAMI Read more about Keçmiş vəkil hakim qarşısında
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO b651cfb4f0bf88c10ec6ecbc9eedc5a8
  • ŞOU-BİZNES

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO

admin 18.06.2026
Müğənni Xatirə İslam bu dəfə geyim seçimi ilə gündəmə gəlib. Sənətçinin iştirak etdiyi tədbirdə seçdiyi transparan libas...
DAVAMI Read more about Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi 17817731791159733484
  • SİYASƏT

İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

admin 18.06.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət...
DAVAMI Read more about İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

Bütün yazılar

1781784103_screenshot_20260618_155904_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

admin 18.06.2026
milli-qehreman-mubariz-ibrahimovun-sehid-olmasindan-16-il-otur-1781726360
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

admin 18.06.2026
17817784431776163058_89778836_907f_41a4_8e4f_28b257433684_1_1781780009
  • ARAŞDIRMA

Keçmiş vəkil hakim qarşısında

admin 18.06.2026
b651cfb4f0bf88c10ec6ecbc9eedc5a8
  • ŞOU-BİZNES

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO

admin 18.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.