Skip to content
18.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ… – su təsərrüfatında mübahisəli idarəetmə
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ… – su təsərrüfatında mübahisəli idarəetmə

admin 18.06.2026
1781771756_screenshot-2026-06-18-122645

Azərbaycanda dövlət qurumlarında peşəkarlıq, şəffaflıq və kadr siyasəti məsələləri uzun illərdir cəmiyyətin müzakirə etdiyi əsas problemlərdən biri olaraq qalır. Xüsusilə strateji əhəmiyyət daşıyan qurumlarda vəzifə təyinatlarının hansı prinsiplərlə həyata keçirilməsi ictimai maraq doğuran məsələlərdəndir.

DoğruXeber.tv informasiya portalının redaksiyasına daxil olan məlumatlara görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr əvəzi Tahir Xəlilovun qaynı olduğu bildirilən Ramin Abdurrəhmanov Yasamal Rayon Sukanal İdarəsində cəmi üç ay nəzarətçi vəzifəsində çalışdıqdan sonra Gəncə Şəhər Birləşmiş Su Təchizatı Xidmətinə rəis müavini təyin olunub.

Məlumatlara görə, Ramin Abdurrəhmanovun bundan əvvəl dövlət idarəçiliyi sahəsində hər hansı ciddi iş təcrübəsi olmayıb. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, uzun illər müxtəlif dövlət qurumlarında çalışan, peşəkar təcrübəyə malik çoxsaylı mütəxəssislər olduğu halda, cəmi üç aylıq nəzarətçi fəaliyyətindən sonra rəhbər vəzifəyə yüksələn şəxsin hansı meyarlarla seçildiyi ictimaiyyət üçün qaranlıq olaraq qalır.

Məsələnin digər diqqət çəkən tərəfi isə Tahir Xəlilovun xalası oğlu və yeznəsi olduğu bildirilən Sərxan Orucovun hazırda Yasamal Rayon Sukanal İdarəsinin rəisi vəzifəsində çalışmasıdır. Məlumatlara görə, Sərxan Orucov bundan əvvəl “Bazarstore” mağazalar şəbəkəsində mağaza müdiri vəzifəsində fəaliyyət göstərib.

Ortaya çıxan mənzərə isə haqlı olaraq bir sıra suallar yaradır. Dövlət idarəçiliyində rəhbər vəzifələr peşəkarlıq, təcrübə və idarəetmə bacarığı əsasında verilir, yoxsa qohumluq əlaqələri burada həlledici rol oynayır? Əgər yayılan məlumatlar həqiqəti əks etdirirsə, bu halda illərlə təcrübə toplamış mütəxəssislərin kənarda qalması və təcrübəsi məhdud şəxslərin yüksək vəzifələrə gətirilməsi dövlət idarəçiliyinin səmərəliliyi baxımından ciddi narahatlıq doğurur.

İctimaiyyət həmçinin cavab gözləyir ki, bu təyinatlar hansı müsabiqə, hansı qiymətləndirmə və hansı peşəkar göstəricilər əsasında həyata keçirilib. Çünki dövlət qurumları şəxsi münasibətlərin deyil, qanunun və peşəkarlığın hökm sürdüyü idarəetmə modeli üzərində qurulmalıdır.

Əgər dövlət qurumlarında qohumluq əlaqələri peşəkarlıq meyarlarını üstələyirsə, bu, təkcə bir qurumun deyil, bütövlükdə dövlət idarəçiliyinə olan ictimai etimadın zədələnməsinə səbəb ola bilər.

Qeyd edək ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə rəsmi sorğu ünvanlasaq da, artıq bir həftədən çox vaxt keçməsinə baxmayaraq sorğumuza hər hansı cavab təqdim edilməyib. Ümid edirik ki, yayımlanan bu yazıdan sonra qurum səsləndirilən məsələlərə münasibət bildirəcək və redaksiyamızın sorğusunu cavablandıracaq.

DoğruXeber.tv olaraq mövzunu diqqətdə saxlayırıq və əldə etdiyimiz yeni məlumatları ictimaiyyətə təqdim etməyə davam edəcəyik.

DoğruXeber.tv

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
Next: TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

OXŞAR MÖVZULAR

1781770888_screenshot-2026-06-18-122039
  • CƏMİYYƏT

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

admin 18.06.2026
1781778681_screenshot_20260618_143022_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA

admin 18.06.2026
1781756245_1
  • CƏMİYYƏT

Avtobuslarda kondisioner problemi – “Sərnişin az olanda söndürün” qərarını kim verib?

admin 18.06.2026

XƏBƏR LENTİ

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb 1781784103_screenshot_20260618_155904_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

admin 18.06.2026
İyunun 8-də Mindanao adasında (Filippin) baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb. Bu...
DAVAMI Read more about Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür milli-qehreman-mubariz-ibrahimovun-sehid-olmasindan-16-il-otur-1781726360
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

admin 18.06.2026
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür. Oxu.Az xəbər verir ki, Mübariz Ağakərim...
DAVAMI Read more about Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
Keçmiş vəkil hakim qarşısında 17817784431776163058_89778836_907f_41a4_8e4f_28b257433684_1_1781780009
  • ARAŞDIRMA

Keçmiş vəkil hakim qarşısında

admin 18.06.2026
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəməsi başlayıb.  “Unikal”ın məlumata görə, Bakı Ağır...
DAVAMI Read more about Keçmiş vəkil hakim qarşısında
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO b651cfb4f0bf88c10ec6ecbc9eedc5a8
  • ŞOU-BİZNES

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO

admin 18.06.2026
Müğənni Xatirə İslam bu dəfə geyim seçimi ilə gündəmə gəlib. Sənətçinin iştirak etdiyi tədbirdə seçdiyi transparan libas...
DAVAMI Read more about Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi 17817731791159733484
  • SİYASƏT

İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

admin 18.06.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət...
DAVAMI Read more about İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

Bütün yazılar

1781784103_screenshot_20260618_155904_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

admin 18.06.2026
milli-qehreman-mubariz-ibrahimovun-sehid-olmasindan-16-il-otur-1781726360
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

admin 18.06.2026
17817784431776163058_89778836_907f_41a4_8e4f_28b257433684_1_1781780009
  • ARAŞDIRMA

Keçmiş vəkil hakim qarşısında

admin 18.06.2026
b651cfb4f0bf88c10ec6ecbc9eedc5a8
  • ŞOU-BİZNES

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO

admin 18.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.