Skip to content
21.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Valeh Mirzaliyevlə “Mühəndislik Tikinti Təchizat” QSC işbirliyinin başında kimlər durur
  • CƏMİYYƏT
  • ÖLKƏ

Valeh Mirzaliyevlə “Mühəndislik Tikinti Təchizat” QSC işbirliyinin başında kimlər durur

admin 17.06.2026
1781615215_1
Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində çirkab suyun çəkilməsi və təmiz su ilə təchizatı xidmətinin satınalınması üzrə 02.04.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsbiqənin qalibi “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.165.970,57 manat dəyərində satınalma müqaviləsinin bağlanması gözlənilir.

Qeyd edək ki, bu Elm və Təhsil Nazirliyinin Tikinti Və Təchizat İdarəsi ilə “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” QSC arasında bağlanan ilk müqavilə deyil. Satınalmaların portalına yerləşdirlimiş məlumatlara görə 2021-ci ilin sentyabrından bu yana tərəflər arasında ümumi dəyəri yüz milyonlarla olan 25 satınalma müqaviləsi bağlanılıb. Hamısı da bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat işləri, dam örtüklərinin əsaslı təmiri işləri, orta məktəbinin cari, əsaslı təmiri işləri üzrə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” (VÖEN: 2005667751) Qapalı Səhmdar Cəmiyyətinin 04.06.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU,RAMİZ QULİYEV, ev.15A, qanuni təmsilçisi kimi isə Mahmudlu Eltun Ənvər oğlu qeyd olunub.

Vergi öhdəlikləri üzrə 2020- 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 24.02.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub.

Bəs Aqayev Fərhad Surəddin oğlu kimdir?

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satınalınması üzrə milyonlarla manat dəyərində müqavilə bağladığı “ELEMENT YT” QSC -nin də təsisçisi və ilk qanuni təmsilçisi.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELEMENT YT” (VÖEN: 2005410371) Qapalı Səhmdar Cəmiyyətinin 16.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisi kimi isə Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub.

Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 25.01.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub.

Tikinti Və Təchizat İdarəsinin “ELEMENT YT” QSC ilə işbirliyi də çoxdan başlayıb.Satınalmaların portalına yerləşdirilmiş məlumatlara görə “Element YT” QSC son dörd il ərzində Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işləri üzrə ümumi dəyəri 75 milyon manatdan çox dəyəri olan müqavilələr bağlayıb.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Əsasli Tikinti Və Təchizat İdarəsi bir nəfərə bağlı olan “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” QSC -lərlə daim işbirliyindədir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” və “ELEMENT YT” QSC-lərin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat aşkar edə bilmədik.

Bu şirkətlərin dövlət qeydiyyatına alındıqları tarixlərin, təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildikləri tarixlərin və hüquqi ünvanlarının yaxınlığı deməyə əsas verir ki, bir nəfər tərəfindən idarə edilir. Açıq mənbələrdə barəsində məlumat olmayan Fərhad Aqayevdən başqa bu şirkətlərin arxasında daha güclü bir nəfərin də olduğu istisna deyil. Valeh Mirzaliyev də məhz o bir nəfərin sifarişlərini həyata keçirir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Köhnə başçının NƏSİMİ MACƏRALARI… – Bunu bir araşdıran olsa…
Next: TikTok, Instagram, Facebook-la bağlı SENSASİON QƏRAR – Gecələr…

OXŞAR MÖVZULAR

1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
1781869316_1
  • CƏMİYYƏT

6 aya 1.2 milyonluq maşın alan qurum, indi də onları təmirə dayandırıb

admin 19.06.2026
1781864923_8c6ww7evu7eeursu0pin
  • CƏMİYYƏT

Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi… – BUNA GÖRƏ…

admin 19.06.2026

XƏBƏR LENTİ

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR… Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti öz səlahiyyətinə aid olmayan işlərlə məşğuldur. Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən,...
DAVAMI Read more about Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…
“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi” c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
Bloger Aysel Şükürova zəhərlənərək xəstəxanaya yerləşdirilməsindən sonra ünvanına yazılan bəzi tənqidi şərhlərə sərt reaksiya verib. O, instaqram...
DAVAMI Read more about “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb 1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı,...
DAVAMI Read more about Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür. Ağababa Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub.1934-cü...
DAVAMI Read more about Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi az_1643483438_4
  • İDMAN

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

admin 19.06.2026
Futzal üzrə Azərbaycan millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Bu...
DAVAMI Read more about Futzal üzrə Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri dəqiqləşdi

Bütün yazılar

Naxçıvan-Nazirlər-Kabineti
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Naxçıvan Nazirlər Kabinetində “tender şəbəkəsi” – DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULLAR NECƏ TALAN EDİLİR…

admin 20.06.2026
c81bba89f8991f4feae9240ea6cac55b
  • ŞOU-BİZNES

“Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”

admin 19.06.2026
1781875762_screenshot-2026-06-19-172744
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb

admin 19.06.2026
r7fSx2dPdXxTGDbEyo5Bd4gVl2pAk0EBG1SkjUnr_1200
  • MƏDƏNİYYƏT

Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür

admin 19.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.