Skip to content
11.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutund reabilitasiya xidmətləri niyə əlçatmazdır?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutund reabilitasiya xidmətləri niyə əlçatmazdır?

admin 11.06.2026
media-5-h87pby

Azərbaycanda səhiyyə sisteminin ən mühüm və strateji hissələri – elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu qurumların yaradılmasında əsas məqsəd ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi, reabilitasiyası, eləcə də tibbi elmin inkişaf etdirilməsi olub.

Bizimesr.com-un araşdırmasına görə, uzun illərdir vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər göstərir ki, dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılan bu institutlara düşmək faktiki olaraq mümkünsüz hala gəlib. Vətəndaşların ən çox şikayət etdiyi müəssisələrdən biri də Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutudur.

Qapılar xəstələrin üzünə niyə bağlıdır?

Məlum olduğu kimi, bu institutun tərkibində konsultativ poliklinika, stasionar şöbələr, diaqnostik tədqiqat bölmələri və müxtəlif fiziki müalicə üsullarının tətbiq olunduğu reabilitasiya şöbələri fəaliyyət göstərir. Məhz bu səbəbdən infarkt keçirmiş, insult sonrası reabilitasiyaya ehtiyacı olan, dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən və digər ağır pasiyentlərin bu müəssisəyə yönləndirilməsi nəzərdə tutulur.

Lakin instituta müraciət edən xəstələrə əksər hallarda “yer yoxdur”, “gözləmə siyahısına yazılın”, “bir neçə həftə sonra yenidən müraciət edin” kimi cavablar verilir. Ən ağır vəziyyət isə məhz təcili reabilitasiya tələb edən xəstələrdə müşahidə olunur. Çünki bir çox hallarda vaxtında başlanmayan bərpa müalicəsi insanın sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərir.

Dövlət vəsaiti ayrılır, nəticədən isə narazılıq var

Azərbaycan dövləti hər il səhiyyə sisteminin inkişafı üçün böyük həcmdə vəsait ayırır. Müasir tibbi avadanlıqlar alınır, binalar təmir olunur, yeni texnologiyalar tətbiq edilir.

Bəs belə olan halda vətəndaşların qarşılaşdığı əsas problem niyə məhz xidmətə çıxışdır? Əgər stasionar şöbələrdə yer yoxdursa, o zaman bu müəssisələrdə kimlər müalicə alır? Əgər xəstələr aylarla növbə gözləyirsə, institutların faktiki doluluq səviyyəsi nə qədərdir? Əgər dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərən müəssisələr vətəndaşların ehtiyaclarını qarşılaya bilmirsə, ayrılan vəsaitin səmərəliliyi necə qiymətləndirilir?

Bu sualların cavabı uzun illərdir ictimaiyyətə açıqlanmır.

Reabilitasiya xidmətləri niyə əlçatmazdır?

Mütəxəssislərinin fikrincə, infarkt, insult və digər ağır xəstəliklərdən sonra ilk aylarda aparılan reabilitasiya müalicəsi xəstənin gələcək sağlamlığı üçün həlledici rol oynayır. Ancaq vətəndaşlar bildirirlər ki, dövlət müəssisələrində yer tapa bilmədikləri üçün məcburən özəl klinikalara üz tuturlar. Bu isə minlərlə manat əlavə xərc deməkdir. Pulu olmayanlar isə evdə ölmüə məhkumdur… Bir çox ailələrin isə belə xərcləri qarşılamaq imkanı yoxdur.

Bu gün Azərbaycanda minlərlə insan infarkt, insult, ağır travmalar və digər xəstəliklərdən sonra reabilitasiya xidmətlərinə ehtiyac duyur. Dövlətin balansında olan ixtisaslaşmış institutların əsas vəzifəsi məhz bu insanlara xidmət göstərməkdir. Əgər vətəndaşlar bu müəssisələrin qapısından geri qaytarılırsa, günlərlə və hətta həftələrlə gözləməyə məcbur edilirsə, o zaman sistemin fəaliyyətindəki problemlər araşdırılmalı və aydın izahat verilməlidir.

Səhiyyə naziri Teymur Musayev nəyi gözləyir? Niyə bu dövlətin imkanları ilə yaradılmış müalicə müəssisələrində insanlar müalicə oluna bilmir? Bu biabırçı prosess daha neçə il davam edəcək?
Qeyd edək ki, Teymur Musayevin fəaliyyətsizliyi artıq ölkənin səhiyyə sistemini tamamilə iflic vəziyyətə salıb. elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri sözün əsl mənasında vətəndaşlara xitmət etmək imkanlarını itirib və bu artıq insanların boğazında düyünə çevirilib.

Qeyd edək ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Baş həkimi Nurlana Əliyevadır. 

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Eldar Əzizov yola salınır?
Next: Nazir onu işdən çıxardı

OXŞAR MÖVZULAR

at-1781099593743-202984521
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
0355fa8e8c162eef58441d553a211289
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Əzizov yola salınır?

admin 11.06.2026
1781103865_1
  • GÜNDƏM
  • ÖLKƏ

Faizsiz kredit, yoxsa yeni borclanma? – Məcnun Məmmədovun planı nədir?

admin 11.06.2026

XƏBƏR LENTİ

“Sabah”ın futbolçusu əməliyyat olundu whatsapp_image_2026-06-11_at_14.59.30
  • İDMAN

“Sabah”ın futbolçusu əməliyyat olundu

admin 11.06.2026
“Sabah”ın futbolçusu Xəyal Əliyev əməliyyat olunub. Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat...
DAVAMI Read more about “Sabah”ın futbolçusu əməliyyat olundu
Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb 10
  • İDMAN

Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb

admin 11.06.2026
ABŞ-nin Texas ştatının baş prokuroru Ken Pakston Beynəlxalq Futbol Federasiyasına (FİFA) qarşı araşdırmaya başladığını açıqlayıb. Araşdırma FİFA-nın...
DAVAMI Read more about Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT 1781183114_25d469de73_001-1
  • ARAŞDIRMA

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

admin 11.06.2026
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə...
DAVAMI Read more about Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT
ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri…. at-1781099593743-202984521
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub. Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, o, insan...
DAVAMI Read more about ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….
Nazir onu işdən çıxardı 59748b9a42122d48ff1e0dd5175cee22
  • İDMAN

Nazir onu işdən çıxardı

admin 11.06.2026
İmişli Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən azad olunub.  Qaynarinfo-nun məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbovun...
DAVAMI Read more about Nazir onu işdən çıxardı

Bütün yazılar

whatsapp_image_2026-06-11_at_14.59.30
  • İDMAN

“Sabah”ın futbolçusu əməliyyat olundu

admin 11.06.2026
10
  • İDMAN

Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb

admin 11.06.2026
1781183114_25d469de73_001-1
  • ARAŞDIRMA

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

admin 11.06.2026
at-1781099593743-202984521
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.