Skip to content
11.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Eldar Əzizov yola salınır?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Əzizov yola salınır?

admin 11.06.2026
0355fa8e8c162eef58441d553a211289

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakımənzilkommunlayihə” ləğv edildi, “Yaşıl teatr” Mədəniyyət Nazirliyinə verildi, “Zoopark” isə…
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət “İnterservis” Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil olunacaq.
32gun.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı iyunun 10-da fərman imzalayıb.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakımənzilkommunlayihə”nin ləğv edilməsi ilə bağlı da qərar verilib.
“Bakımənzilkommunlayihə”paytaxtın Bakı şəhərində mənzil-kommunal sahəsinin idarə olunmasında mühüm rol oynayan əsas qurumlardan biridir. Bu təşkilat yaşayış binalarının saxlanılması, təmiri, abadlaşdırılması və kommunal xidmətlərin təşkili istiqamətində geniş fəaliyyət səlahiyyəti var. Qurumun əsas vəzifələrinə çoxmənzilli yaşayış binalarının texniki vəziyyətinə nəzarət, lift təsərrüfatının istismarı, həyətlərin abadlaşdırılması, yaşıllıqların qorunması və tullantıların idarə olunması daxildir. Köhnə yaşayış binalarının fasadlarının yenilənməsi, həyətlərin müasir standartlara uyğun abadlaşdırılması da daxildir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” konsert kompleksi, Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bakı Şəhər Heyvanat Parkı(Zoopark) ilə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilib və yenidən təşkil ediləcək.
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin əsas qurumlarından olan və «Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC-də də islahatlar aparılacaq, onun strukturu və əməkhaqqı sisteminin təkmilləşdiriləcək.
Eldar Əzizov: Son 20 ildə Bakıda çoxlu yaşayış kompleksləri, hotellər tikilib, xəstəxanaların sayı 2 dəfə artırılıb
Fərmanda tapşırılıb ki, yeniliklər nəticəsində ixtisar olunacaq əməkdaşlara münasibətdə Əmək Məcəlləsinə, “Dövlət qulluğu haqqında” qanuna və “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsün.
Bakı Şəhər icra hakimiyyətindəki islahatlar, yeni qurumların yaradılması, ixtisar və təkmilləşdirmələr Maliyyə Nazirliyinin ciddi maliyyə nəzarəti altında aparılacaq.
Fərmanda Maliyyə Nazirliyinə tapşırılıb ki, yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
Yada salaq ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 2000-2003-cü illərdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı olduqdan sonra səkkiz il də ölkənin ikinci ən böyük şəhəri Gəncəyə rəhbərlik edib. 2011–2015-ci illərdə nə təsadüfsə, bu dəfə də üçüncü böyük şəhərə- Sumqayıta rəhbərlik də ona tapşırılıb. Sonra isə üç il də Səbayeldə rəhbər olub. Rəsmi sərəncamı 2018-in noyabrında verilsə də, həmin ilin yayından Bakıya rəhbərlik etməkdədir… O da həqiqətdir ki, bu illər ərzində E.Əzizovun adı ciddi korrupsiya və rüşvət olaylarında hallanmayıb.
Bəzi iddialara görə, 70 yaşını haqlayan Əzizovun hakimiyyətlə vidalaşmaq vədəsi yetişir. Mediada da belə iddia vardı ki, guya Nəsiminin yeni icra başçısı, YAP-ın Aparat rəhbəri Tahir Budaqov onun yerinə gələcək və s. Məlumatlara inansaq, Əzizovu əslində, hələ Sumqayıtdan sonra icra strukturlarından uzaqlaşdırmaq istəyiblər, amma görünür, özü getmək istəməyib, bir az da işləmək möhləti alıb… //Musavat.com

Soztv.az

 

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Anar Bayramova müavin təyin edildi – FOTO
Next: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutund reabilitasiya xidmətləri niyə əlçatmazdır?

OXŞAR MÖVZULAR

at-1781099593743-202984521
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
media-5-h87pby
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutund reabilitasiya xidmətləri niyə əlçatmazdır?

admin 11.06.2026
1781103865_1
  • GÜNDƏM
  • ÖLKƏ

Faizsiz kredit, yoxsa yeni borclanma? – Məcnun Məmmədovun planı nədir?

admin 11.06.2026

XƏBƏR LENTİ

“Sabah”ın futbolçusu əməliyyat olundu whatsapp_image_2026-06-11_at_14.59.30
  • İDMAN

“Sabah”ın futbolçusu əməliyyat olundu

admin 11.06.2026
“Sabah”ın futbolçusu Xəyal Əliyev əməliyyat olunub. Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat...
DAVAMI Read more about “Sabah”ın futbolçusu əməliyyat olundu
Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb 10
  • İDMAN

Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb

admin 11.06.2026
ABŞ-nin Texas ştatının baş prokuroru Ken Pakston Beynəlxalq Futbol Federasiyasına (FİFA) qarşı araşdırmaya başladığını açıqlayıb. Araşdırma FİFA-nın...
DAVAMI Read more about Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT 1781183114_25d469de73_001-1
  • ARAŞDIRMA

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

admin 11.06.2026
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə...
DAVAMI Read more about Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT
ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri…. at-1781099593743-202984521
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub. Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, o, insan...
DAVAMI Read more about ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….
Nazir onu işdən çıxardı 59748b9a42122d48ff1e0dd5175cee22
  • İDMAN

Nazir onu işdən çıxardı

admin 11.06.2026
İmişli Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən azad olunub.  Qaynarinfo-nun məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbovun...
DAVAMI Read more about Nazir onu işdən çıxardı

Bütün yazılar

whatsapp_image_2026-06-11_at_14.59.30
  • İDMAN

“Sabah”ın futbolçusu əməliyyat olundu

admin 11.06.2026
10
  • İDMAN

Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb

admin 11.06.2026
1781183114_25d469de73_001-1
  • ARAŞDIRMA

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

admin 11.06.2026
at-1781099593743-202984521
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.