Skip to content
11.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
at-1781099593743-202984521

ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub.

Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, o, insan orqanlarının alqı-satqısına cəhddə ittiham edilib.

Belə ki, Əmrah Əliyev 2024-cü ilin yanvar ayının sonlarında çalışdığı ATU Tədris Cərrahiyə Klinikasının kəskin qaraciyər sirrozu diaqnozu ilə müalicə alan Xalidə Qurbanəliyevaya 15.000 manat müqabilində könüllü donor tapacağını vəd verib.

Bundan sonra o, bu işdə digər təqsirləndirilən, iş yoldaşı, kiçik tibb qardaşı Murad Əliyevlə birlikdə klinikanın yaxınlığında yerləşən “Şor-Qoğal” adlı mağazada satıcı işləyən tanışının Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirib və ona 10.000 manat pul müqabilində qaraciyərinin bir hissəsini resipiyentə transplantasiya edilməsinə razı salıb.

Bundan sonra Əmrah Əliyev qadının transplantasiyaya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün sənədləri Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzinə təqdim edib. Bu zaman o, komissiya üzvlərinə guya Xalidə Qurbanəliyevanı əvvəllər tanıdığı barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi ilə bağlı həmin qadını təlimatlandırıb.

Cinayət əməlinin üstü isə Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının iclasında açılıb. Belə ki, könüllü donor kimi təqdim olunan qadının mobil telefona baxış zamanı həkim və onun arasında pul qarşılığında donor olması ilə bağlı yazışmalar üzə çıxıb, buna görə də transplantasiya qeyri-mümkün hesab edilib.

Bundan sonra həkim-uroloq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib və insan orqanlarının alqı-satqısına cəhddə ittiham olunub.

Məhkəmənin hökmünə əsasən, Əmrah Əliyev və Murad Əliyev üç il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Bu işdə təqsirləndirilən İradə Məmmədova və Gülmira Şirinova da üç il müddətinə azadlıqdan məhrum edilsə də, onları cəzası şərti hesab olunub. Təqsirləndirilən qadınlardan biri ana, digəri isə onu qızıdır. Ananın qızını qanunsuz əmələ görə sövq etməkdə təqsirli bilinib.

Onu da əlavə edək ki, Xalidə Qurbanəliyeva daha sonra Dövlət Gömrük Komitəsinin Hospitalında müayinə və müalicə edilib, buna baxmayaraq, həyatını itirib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nazir onu işdən çıxardı
Next: Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

media-5-h87pby
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutund reabilitasiya xidmətləri niyə əlçatmazdır?

admin 11.06.2026
0355fa8e8c162eef58441d553a211289
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Əzizov yola salınır?

admin 11.06.2026
1555671
  • CƏMİYYƏT
  • ÖLKƏ

Anar Bayramova müavin təyin edildi – FOTO

admin 11.06.2026

XƏBƏR LENTİ

“Sabah”ın futbolçusu əməliyyat olundu whatsapp_image_2026-06-11_at_14.59.30
  • İDMAN

“Sabah”ın futbolçusu əməliyyat olundu

admin 11.06.2026
“Sabah”ın futbolçusu Xəyal Əliyev əməliyyat olunub. Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat...
DAVAMI Read more about “Sabah”ın futbolçusu əməliyyat olundu
Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb 10
  • İDMAN

Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb

admin 11.06.2026
ABŞ-nin Texas ştatının baş prokuroru Ken Pakston Beynəlxalq Futbol Federasiyasına (FİFA) qarşı araşdırmaya başladığını açıqlayıb. Araşdırma FİFA-nın...
DAVAMI Read more about Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT 1781183114_25d469de73_001-1
  • ARAŞDIRMA

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

admin 11.06.2026
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə...
DAVAMI Read more about Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT
ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri…. at-1781099593743-202984521
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub. Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, o, insan...
DAVAMI Read more about ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….
Nazir onu işdən çıxardı 59748b9a42122d48ff1e0dd5175cee22
  • İDMAN

Nazir onu işdən çıxardı

admin 11.06.2026
İmişli Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən azad olunub.  Qaynarinfo-nun məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbovun...
DAVAMI Read more about Nazir onu işdən çıxardı

Bütün yazılar

whatsapp_image_2026-06-11_at_14.59.30
  • İDMAN

“Sabah”ın futbolçusu əməliyyat olundu

admin 11.06.2026
10
  • İDMAN

Texas da FİFA-ya qarşı araşdırmaya başlayıb

admin 11.06.2026
1781183114_25d469de73_001-1
  • ARAŞDIRMA

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

admin 11.06.2026
at-1781099593743-202984521
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri….

admin 11.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.