Skip to content
11.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Faizsiz kredit, yoxsa yeni borclanma? – Məcnun Məmmədovun planı nədir?
  • GÜNDƏM
  • ÖLKƏ

Faizsiz kredit, yoxsa yeni borclanma? – Məcnun Məmmədovun planı nədir?

admin 11.06.2026
1781103865_1
Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlər üçün yeni dəstək mexanizmini təqdim edib…

Rəsmi açıqlamaya görə, əkin məqsədilə götürülən kreditlərin faizləri dövlət tərəfindən ödəniləcək və fermerlər müddətin sonunda yalnız əsas borcu qaytaracaqlar.
İlk baxışdan bu, kənd təsərrüfatına dəstək kimi görünür. Lakin qərarın mahiyyətinə diqqətlə baxdıqda ortaya ciddi suallar çıxır.

Faizsiz kredit almaq fermerin risklərini azaldır, yoxsa onu yeni borc öhdəliyi altına salır?

Azərbaycanda birillik əkinlə məşğul olan fermerlərin əhəmiyyətli hissəsi kiçik təsərrüfat sahibləridir. Onların böyük maliyyə ehtiyatları yoxdur. Əksəriyyət mövsümdən-mövsümə işləyir və əldə etdiyi gəlirlə növbəti əkin dövrünü maliyyələşdirir. Belə fermer üçün hətta 10 min manat kredit götürmək böyük məsuliyyətdir.

Nazirlik faizləri dövlət hesabına ödəməyi vəd edir. Lakin məhsulun uğursuz alınması, quraqlıq, su çatışmazlığı, xəstəliklər, zərərvericilər və ya bazarda qiymətlərin kəskin aşağı düşməsi hallarında fermer yenə də əsas borcu qaytarmalı olacaq.

Bu zaman Kənd Təsərrüfatı Nazirliyi, nazir Məcnun Məmmədov fermer üçün hansı dəstək alternativi ortaya qoyur?

Əgər fermer 10 min manat kredit götürüb ilin sonunda məhsulu sata bilməzsə və ya gözlədiyi gəliri əldə etməzsə, bank qarşısında öhdəlik olduğu kimi qalacaq. Faiz yükünün olmaması borcun özünü aradan qaldırmır. Bu səbəbdən bir çox ekspertlərin də hesab etdiyi kimi dir ki, kənd təsərrüfatında əsas problem kreditə çıxış deyil, istehsal risklərinin yüksək olmasıdır.

Nazirliyin açıqladığı mexanizmdə isə məhsul itkisi halında fermerin necə qorunacağı, dövlətin hansı əlavə təminatları verəcəyi barədə aydın məlumat yoxdur.

Daha bir məsələ kreditlərin əlçatanlığı ilə bağlıdır.

Banklar adətən kredit verərkən girov, ödəmə qabiliyyəti və digər maliyyə göstəricilərini tələb edirlər. Kiçik fermerlərin əhəmiyyətli hissəsi isə bu tələbləri tam şəkildə qarşılaya bilmir. Belə olan halda yeni mexanizmdən əsasən iri təsərrüfatların faydalanacağı, kiçik fermerlərin isə yenə kənarda qalacağı ehtimalı mövcuddur.

Məcnun Məmmədov bu gün fermerləri kredit götürməyə təşviq edir. Lakin sabah məhsul uğursuz olduqda və ya bazarda qiymətlər düşdükdə həmin fermerlərin problemlərinin necə həll ediləcəyi barədə konkret mexanizmlər açıqlamır.

Dünya təcrübəsində kənd təsərrüfatına dəstək təkcə faiz subsidiyasından ibarət deyil. Fermerlər üçün məhsul sığortası, minimum alış qiymətləri, bazara çıxış imkanları, uzunmüddətli güzəştli maliyyələşmə və fövqəladə hallarda kompensasiya proqramları tətbiq olunur.

Azərbaycanda isə fermerlər uzun illərdir su çatışmazlığı, bahalaşan gübrələr, artan yanacaq xərcləri və satış problemlərindən şikayət edirlər. Bu problemlər həll olunmadan kreditlərin faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatında köklü dəyişiklik yaratmaya bilər. Nəticədə ortaya belə bir mənzərə çıxır – dövlət faiz yükünü öz üzərinə götürür, bəs Məcnun Məmmədov istehsal risklərini necə? Onu da nazirlik öz üzərinə götürürmü, yoxsa yenə fermerin üzərində qalır.

Bu zaman yenə sual açıq qalır – məhsulu uğursuz olan fermer bank qarşısında borcunu necə qaytaracaq?

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qağaməli Seyfullayev həbs oluna bilər – İLGİNC İDDİA
Next: 265 nömrəli uşaq bağçasında valideynlərdən nə qədər pul yığılır?

OXŞAR MÖVZULAR

1781167356_screenshot_20260611_123717_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

admin 11.06.2026
1781154834_ekran_sekli_2026_06_10_230416_1781118335
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Qorqud Clinic”anın böyük miqdarda vergi borcu üzə çıxdı – FOTOFAKT

admin 11.06.2026
1781158821_main
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq – Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir…

admin 11.06.2026

XƏBƏR LENTİ

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq 1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
Azərbaycanda kitabxanaların vəziyyəti uzun illərdir müzakirə olunan, lakin həlli tapılmayan problemlərdən biridir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən...
DAVAMI Read more about Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır 1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız...
DAVAMI Read more about İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO 585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat...
DAVAMI Read more about 70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO
“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət...
DAVAMI Read more about “Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB 1555618
  • CƏMİYYƏT
  • VİDEO

Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

admin 11.06.2026
Göyçayda kütləvi dava baş verib. Metbuat.az xəbər verir ki, hadisə bu gün rayonun avtovağzalı yaxınlığında qeydə alınıb. İlkin...
DAVAMI Read more about Göyçayda kütləvi dava: saxlanılanlar var – VİDEO / YENİLƏNİB

Bütün yazılar

1781112706_1
  • MƏDƏNİYYƏT

Adil Kərimli kitabxanalaçılara qarşı “səlib yürüşü”nə başlayır – Kütləvi ixtisarlar olacaq

admin 11.06.2026
1781168812_screenshot_20260611_130012_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

admin 11.06.2026
585bad24-9d35-4b70-afc8-3d8f7d8c6cf9
  • ARAŞDIRMA
  • VİDEO

70 minlik qızıl oğurladı, evin sahibinin gödəkçəsini geyinib qaçdı – VİDEO

admin 11.06.2026
ea9bab2a2d9206ec58359160f19e5836
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

admin 11.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.