Skip to content
13.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”

admin 09.06.2026
1780929308_1
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə təhsil forması üzrə təhsil haqqı artırılıb.

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, Hüquq fakültəsində ikinci ali təhsil üzrə illik təhsil haqqı 5500 manatdan 7600 manata qaldırılıb. Beləliklə, illik ödəniş 2100 manat artıb.

Qeyd edək ki, sözügedən ixtisas üzrə təhsil müddəti 3 ildir. Əvvəlki tariflərlə tələbələr üç il ərzində ümumilikdə 16500 manat ödəyirdilər. Yeni qiymətlərə əsasən isə bu məbləğ 22800 manat təşkil edəcək. Başqa sözlə, təhsil müddəti ərzində ümumi ödənişdə fərq 6300 manat olacaq…

Təhsil eksperti: “Universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır”

Bu barədə təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya şərhində bildirib ki, Bakı Dövlət Universitetinin təkrar ali təhsil üzrə hüquq fakültəsində təhsil haqqını birdən-birə 5500 manatdan 7600 manata qaldırması sadəcə iqtisadi bir tənzimləmə deyil, təhsilimizin fəlsəfəsinə və əlçatanlığına vurulan növbəti ağır zərbədir: “Bir ildə qiymətin 2100 manat, yəni təxminən 40 faizə yaxın süni şəkildə artırılmasının arxasında hansı real xərc amilinin dayandığını heç bir məntiqi və elmi arqumentlə izah etmək mümkün deyil. Universitet rəhbərliyi yəqin ki, bu artımı bazar iqtisadiyyatı, tələb-təklif qanunauyğunluğu və ya hüquq ixtisasına olan həddindən artıq böyük maraqla əsaslandırmağa çalışacaq, lakin unudurlar ki, universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır”.

Ekspert qeyd edib ki, əgər biz tələbəyə gələcəyin ziyalısı, dövlətin kadr potensialı kimi yox, sadəcə universitet büdcəsini dolduran bir “müştəri” kimi baxmağa davam edəcəyiksə, onda təhsilin keyfiyyətindən və milli inkişafdan danışmağımıza dəyməz: “Ölkədə ikinci ali təhsil almaq istəyən şəxslər onsuz da həyatda müəyyən yer tutmuş, öz sahəsini dəyişmək və ya hüquqi biliklərə yiyələnərək dövlətə xidmət etmək istəyən vuruşan, çalışan gənclər və vətəndaşlardır. Biz isə onların önünə elə bir fantastik rəqəm qoyuruq ki, orta statistik azərbaycanlı ailəsi gərək bir il ərzində yeməsin, içməsin, yaşamasın və bütün qazancını gətirib universitetin kassasına ödəsin”.

Ə. Həsənlinin sözlərinə görə, məsələnin digər və ən ağrılı tərəfi həm də bu qiymətin təyin olunmasının verilən təhsilin keyfiyyəti ilə nə dərəcədə üst-üstə düşməsidir: “Gəlin tam dürüst olaq, bir illik təhsil haqqı 7600 manat olan bir fakültə tələbəyə hansı beynəlxalq standartları, unikal imkanları vəd edir? Bu gün dünyada hamının həsəd apardığı aparıcı universitetlərdə belə qiymətlər tənzimlənərkən tələbənin gələcək qazanc potensialı, elmi laboratoriyaların səviyyəsi və auditoriya şəraiti nəzərə alınır. BDU-da qiymət 2100 manat artırılarkən mühazirələr birbaşa kosmosdan yayımlanmağa başlayacaq, yoxsa tələbələrə qızıldan partalar veriləcək? Əlbəttə ki, yox. Tədris proqramı eyni, metodika eyni, binanın şəraiti eynidir”.

“Bu təhsil haqqını ödəyib məzun olan gənc sabah hansı maaşla, neçə ilə universitetə tökdüyü bu sərmayəni geri qaytaracaq? Biz təhsili belə fantastik qiymətlərlə əlçatmaz etməklə savadlı gənclərin intellektual xəyallarını baltalayırıq və diplomu sadəcə varlı təbəqənin ala biləcəyi bir lüks əşyaya çeviririk. Əgər rəqəmlər kosmosa uçursa, amma dərsliklərin keyfiyyəti, praktiki imkanlar və təhsilin idarə olunması hələ də yerində sayırsa, deməli burada məqsəd təhsil keyfiyyətini qaldırmaq yox, sadəcə vətəndaşın cibinə girməkdir. Biz hər zaman vurğulayırıq ki, dövlətin və millətin gələcəyi elmin əlçatanlığından asılıdır, universitetləri gəlir mənbəyinə çevirmək isə təhsilimizin reallığı ilə tamamilə ziddiyyət təşkil edir və bu süni artım dərhal yenidən nəzərdən keçirilməlidir”, – deyə ekspert əlavə edib.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Dövlət Universitetinə ünvanladığımız sorğu cavabsız qalıb.

“AzPolitika.info”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı – TƏFƏRRÜAT
Next: Uşaq bağçasındakı ərzaqları oğurlayırlar? – VİDEO

OXŞAR MÖVZULAR

1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
1781267570_ekran-shekli-2026-06-12-163101
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

admin 12.06.2026
1781269394_tabib-anar-1536x983
  • CƏMİYYƏT
  • ÖLKƏ

Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq

admin 12.06.2026

XƏBƏR LENTİ

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi
Rüfət Səfərova hökm oxundu rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
Keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır...
DAVAMI Read more about Rüfət Səfərova hökm oxundu
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü download_-_2026-06-12t173124.854
  • SİYASƏT

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü

admin 12.06.2026
Slovakiyanın Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla...
DAVAMI Read more about Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz” 1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov tanınmış vəkil Muxtar Mustafayevə qarşı bir sıra ittihamlar irəli sürüb....
DAVAMI Read more about Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ? 1781267570_ekran-shekli-2026-06-12-163101
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

admin 12.06.2026
“Cənab Emin Əmrullayev, bizi və valideynlərimizi düşünərək verdiyiniz əmrlər əleyhimizə çevrilir.” Bu sözləri Masallı rayonu, Boradigah qəsəbə...
DAVAMI Read more about Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib – BU NƏDİ BELƏ?

Bütün yazılar

ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
download_-_2026-06-12t173124.854
  • SİYASƏT

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü

admin 12.06.2026
1781266016_fa5dc37883_001
  • CƏMİYYƏT
  • ÖLKƏ

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: – “Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”

admin 12.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.