Skip to content
04.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 28 müştəridən asılı olan gələcək: “AFB Bank” idarəetmədə hansı səhvə yol verir?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

28 müştəridən asılı olan gələcək: “AFB Bank” idarəetmədə hansı səhvə yol verir?

admin 03.06.2026
1780422213_1

“AFB Bank” 2025-ci ildə aktivlərini və depozit bazasını əhəmiyyətli dərəcədə genişləndirib. Lakin auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarının təhlili göstərir ki, sürətli artım bankın əsas maliyyə göstəricilərinə ciddi təzyiq yaradıb.

AFN.az bankın 31 dekabr 2025-ci il tarixinə auditor rəyi ilə təsdiqlənmiş rəsmi maliyyə hesabatlarına əsasən xəbər verir ki, ilk baxışda müsbət görünən dinamikanın arxasında gəlirliliyin azalması, xərclərin sürətlə artması və kapital göstəricilərinin zəifləməsi dayanır.

Kağız üzərində böyümə, maliyyə nəticələrində geriləmə

Bankın cəmi aktivləri 2024-cü ildəki 292.3 milyon manatdan 2025-ci ildə 417.6 milyon manata yüksəlib ki, bu da 43 faiz artım deməkdir. Müştərilərə verilmiş kreditlərin həcmi isə 62 faiz artaraq 282.6 milyon manata çatıb və cəmi aktivlərin 68 faizini təşkil edib. Bununla belə, aktiv və kredit portfelinin genişlənməsi mənfəət göstəricilərində öz əksini tapmayıb. Xalis mənfəət 4.108 milyon manatdan 2.194 milyon manata düşüb ki, bu da 47 faizlik azalma deməkdir. Mənfəət vergisindən əvvəl mənfəət 54 faiz azalaraq 6.06 milyon manatdan 2.81 milyon manata enib. Xalis faiz gəliri də 18.3 milyon manatdan 17.99 milyon manata geriləyib. Eyni dövrdə ümumi və inzibati xərclər 37 faiz artaraq 14.02 milyon manatdan 19.17 milyon manata yüksəlib.

Görsənicilərdən görünür ki, bankın genişlənməsi xərclərin sürətli artımı ilə müşayiət olunub və bu, gəlirliliyə mənfi təsir göstərib. Nəticədə səhm üzrə mənfəət də 73.82 manatdan 39.43 manata düşüb.

Depozit bazasında aqressiv artım

2025-ci ildə bankın ən diqqətçəkən nəticələrindən biri depozit portfelində qeydə alınıb. Müştəri depozitləri bir il ərzində 72.4 faiz artaraq 130.4 milyon manatdan 224.9 milyon manata yüksəlib. Xüsusilə fiziki şəxslərin müddətli depozitləri 22 milyon manatdan 93.4 milyon manata yüksələrək 323 faiz artıb. Bununla yanaşı, ümumi depozitlərin təxminən 63 faizi cəmi 28 müştərinin payına düşür ki, bu da bankın məhdud sayda iri əmanətçidən asılılığını artırır. Depozit bazasının genişlənməsi likvidlik baxımından müsbət amil sayılsa da, bunun maliyyə dəyəri kifayət qədər yüksək olub. Belə ki, faiz xərcləri 5.68 milyon manatdan 9.48 milyon manata yüksəlib. Bu isə bankın vəsait cəlb etmək üçün daha yüksək faizlər təklif etdiyini göstərir. Eyni zamanda, cəlb edilən vəsaitlərin gəlirlilik baxımından eyni səviyyədə istifadəsi maliyyə nəticələrində əks olunmayıb.

Kredit portfeli və əsas risklər

Auditor hesabatında əsas audit məsələsi kimi ehtimal olunan kredit zərərləri ehtiyatı (EOKZ) göstərilib. Kreditlərin aktivlərdəki payının 68 faizə çatması, eyni zamanda Azərbaycan iqtisadiyyatında ÜDM-in 1.4 faiz artdığı şəraitdə, kredit risklərinin daha diqqətlə izlənilməsini zəruri edir. Portfelin sürətli genişlənməsi kredit keyfiyyəti ilə bağlı riskləri artırır. Restrukturizasiya olunmuş və Stage 3 ((3-cü mərhələ kreditləri — kredit ödənişlərində 90 gündən çox gecikmə olan və ya bank tərəfindən borcun ödənilmə ehtimalının çox aşağı (defolt) hesab edildiyi problemli kreditlər)) kreditlərin həcminin yüksəlməsi gələcək dövrlərdə əlavə ehtiyatların yaradılması zərurətini ortaya çıxara və maliyyə nəticələrinə təzyiq göstərə bilər.

Kapital göstəricilərində zəifləmə

Bankın kapital bazasında geriləmə müşahidə olunur. Cəmi kapital 77 milyon manatdan 75.1 milyon manata düşüb. Bölüşdürülməmiş mənfəət azalıb, bank 4.1 milyon manat dividend ödəyib. Eyni zamanda, kapital adekvatlığı əmsalları aşağı düşüb. 1-ci dərəcəli kapital adekvatlığı 32.56 faizdən 21.90 faizə, cəmi kapital adekvatlığı isə 35.67 faizdən 24.17 faizə geriləyib. Mövcud göstəricilər hələ də normativ tələblərə uyğundur. Bununla belə, azalma tendensiyası davamlı xarakter alarsa və kredit portfelində zərərlər artsa, gələcəkdə kapital mövqeyi üzərində əlavə təzyiq yarana bilər.

Riskli böyümə modeli

“AFB Bank”ın 2025-ci il nəticələri sürətli böyümənin hər zaman yüksək maliyyə səmərəliliyi ilə müşayiət olunmadığını göstərir. Depozit və kredit portfelində qeydə alınan aqressiv artım fonunda mənfəət təxminən iki dəfə azalıb, əməliyyat xərcləri yüksəlib və kapital göstəriciləri zəifləyib. Müştərilər üçün yüksək depozit faizləri cəlbedici görünə bilər. Lakin bankın uzunmüddətli maliyyə dayanıqlılığı baxımından gəlirlilik, kapital və kredit keyfiyyəti göstəricilərinin inkişaf dinamikası diqqətlə izlənilməlidir. Tənzimləyicilər və bazar iştirakçıları üçün isə hesabat sürətli böyümənin arxasında formalaşa biləcək risklərin vaxtında qiymətləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir.

“AFB Bank” rəhbərliyi növbəti dövrdə kredit portfelinin keyfiyyətinin qorunmasına, xərclərin idarə olunmasına və kapital bazasının gücləndirilməsinə fokuslanmasa, 2025-ci ildə əldə olunan artım göstəriciləri sonrakı dövrlərdə əlavə çağırışlara səbəb ola bilər.

AFN.az Araşdırma qrupu

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
Next: Dilçi: ““Qadın” və “arvad” sinonim-dublet deyil” – “Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi””

OXŞAR MÖVZULAR

2026-04-21-13-45-568cr1f7qP3ohVBTLC6raZ_file
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı

admin 03.06.2026
1780477283_screenshot-2026-06-03-125225
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

admin 03.06.2026
1780407323_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağladı

admin 03.06.2026

XƏBƏR LENTİ

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək 1780485865_screenshot-2026-06-03-152256
  • İQTİSADİYYAT

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

admin 03.06.2026
İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçiriləcək. “Report”...
DAVAMI Read more about Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA 1780488285_screenshot-2026-06-03-155756
  • CƏMİYYƏT
  • ÖLKƏ

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA

admin 03.06.2026
Paytaxtın Yasamal rayonu Hüsen Cavid kimi tanınan parkın ərazisinin özəlləşdirildiyi iddia edilir. Bu barədə AzFakt.com-a daxil olan...
DAVAMI Read more about Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA
AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər” 1780495947_media-ayn-a6uc7q
  • ÖLKƏ

AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər”

admin 03.06.2026
Bakı şəhərində nəqliyyat sisteminin və yol hərəkətinin tənzimlənməsi istiqamətində son dövrlər həyata keçirilən kəskin dəyişikliklər, tətbiq olunan...
DAVAMI Read more about AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər”
Neftçi MTK və ARDNŞ-indəki havadarları ilə əlbir olub qazinin mənzilinin 40,6 kV/m-nin “dalına” keçiblər – FOTO 1780489908_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Neftçi MTK və ARDNŞ-indəki havadarları ilə əlbir olub qazinin mənzilinin 40,6 kV/m-nin “dalına” keçiblər – FOTO

admin 03.06.2026
SOCAR Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir ? Aldadılmış neftçinin pulunu qaytarın!!! Qarabağ veteranı, NeftçiMTK tərəfindən aldadılarq...
DAVAMI Read more about Neftçi MTK və ARDNŞ-indəki havadarları ilə əlbir olub qazinin mənzilinin 40,6 kV/m-nin “dalına” keçiblər – FOTO
Təhsil Nazirliyindən bir gündə iki tender: 20 milyon manatı nələrə xərcləyəcək? 1780484290_screenshot-2026-06-03-145748
  • CƏMİYYƏT

Təhsil Nazirliyindən bir gündə iki tender: 20 milyon manatı nələrə xərcləyəcək?

admin 03.06.2026
Elm və Təhsil Nazirliyi bir gündə iki tender keçirib. Nazirlik dünən hər iki tenderin nəticələrini açıqlayıb. Məlum...
DAVAMI Read more about Təhsil Nazirliyindən bir gündə iki tender: 20 milyon manatı nələrə xərcləyəcək?

Bütün yazılar

1780485865_screenshot-2026-06-03-152256
  • İQTİSADİYYAT

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

admin 03.06.2026
1780488285_screenshot-2026-06-03-155756
  • CƏMİYYƏT
  • ÖLKƏ

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA

admin 03.06.2026
1780495947_media-ayn-a6uc7q
  • ÖLKƏ

AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər”

admin 03.06.2026
1780489908_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Neftçi MTK və ARDNŞ-indəki havadarları ilə əlbir olub qazinin mənzilinin 40,6 kV/m-nin “dalına” keçiblər – FOTO

admin 03.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.