“Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə daxil edilə bilər”.

O bildirib ki, Gürcüstanın beynəlxalq nəqliyyat marşrutlarının inkişafında uzunmüddətli, sıx və effektiv əməkdaşlığı onu Türkiyə və Azərbaycan, eləcə də Ermənistan, Mərkəzi Asiya və digər tərəfdaş dövlətlərlə birləşdirir.

“Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə daxil edilə bilər. Gürcüstanın birləşdirici funksiyasının inkişafından danışarkən, Ermənistana böyük diqqət yetirilir. Tranzit xidmətlərinin inkişafı da daxil olmaqla, erməni dostlarımızla tərəfdaşlığımızı mümkün qədər dərinləşdirməyə hazırıq”, – Kobaxidze qeyd edib.