Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dilçi: ““Qadın” və “arvad” sinonim-dublet deyil” – “Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi””
  • CƏMİYYƏT
  • GÜNDƏM

Dilçi: ““Qadın” və “arvad” sinonim-dublet deyil” – “Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi””

admin 03.06.2026
1780458371_1
“Mətbuatda Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” sözü ilə bağlı təşviş dolu açıqlamasını oxuyanda xeyli təəccübləndim. Gərək hörmətli deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”, onda bu qədər qınağa tuş gəlməzdi”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirdi. O, deputatın qaldırdığı məsələyə belə cavab verdi:

“Bildirmək istəyirəm ki, “qadın” ilə “arvad” sözləri sinonim-dublet deyil, yəni heç də hər zaman bir-birini əvəz etmir. Qadın ailədə həyat yoldaşının arvadıdır. Qalan vaxtlarda o, qadındır. Kişi də ailədə həyat yoldaşının əridir, qalan vaxtlarda kişidir. Bu, normal bir şeydir. Biz insanıq, vətəndaşıq, amma dükanlıq edəndə alıcı (müştəri), nəqliyyata minəndə sərnişin, müalicə üçün həkimə müraciət edəndə pasiyent oluruq. “Ər” və “arvad” sözləri də nikaha daxil olmuş şəxslərin ailə daxilindəki statuslarını bildirir. Amma “qadın” sözü daha çox gender identikliyini ifadə edir. Bəhruz Məhərrəmov iddia edir ki, “qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq”. Lakin əsas Qanunda – Konstitusiyada “qadın” və “arvad” sözlərinin mənası çox aydın şəkildə fərqləndirilib:

“ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI.

Maddə 25. Bərabərlik hüququ

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır”.

Yenə orada, 34-cü maddədə isə oxuyuruq:

“Nikah hüququ. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur”.

Eləcə də digər qanunlarda və qanunvericilik aktlarında bu sözlərin sərhədi dəqiq müəyyən edilib. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasinin Qanunu”nda “qadın” sözü 22, “kişi” sözü isə 21 dəfə işlədilib. Amma “ər” və “arvad” sözləri yoxdur. Yəni qanunvericilikdə bu anlayışlar fərqləndirilib və müvafiq terminlərlə ifadə edilib”.

Dilçi qeyd edir ki, deputatın təşvişi əbəsdir.

“Deputatın təklifini Ailə Məcəlləsinə tətbiq etsək, belə bir mənzərə ilə üzləşərik: Ər-qadının və keçmiş ər-qadının aliment öhdəlikləri və ya ər-qadının bir-birini saxlamaq vəzifəsi və s. Göründüyü kimi, çox absurd vəziyyət yaranır. Deputatın “arvad” sözünün mənbə dildə verdiyi məna ilə bağlı arqumentinə gəlincə, bu mövzuda irad və təklifləri çox uğursuz, hətta zərərli hesab edirəm. “Bu söz filan dildə filan mənadadır, ona görə dəyişdirilməlidir” prinsipi ilə yanaşma ədəbi dilimizə böyük qəsd olardı. Söz səslərdən ibarət qəlibdir, əgər onun dilimizdə oturduğu mənada alçaldıcı bir şey yoxdursa, mənbə dildə etimologiyasını qurdalamaq qeyri-peşəkar yanaşma sayıla bilər. Bir zamanlar bizim bədii və publisistik üslublarda da işlənmiş, Türkiyədə isə indinin özündə ədəbi dildə geniş istifadə edilən bir söz var – “çocuq”. Bu sözün ilkin mənasının “donuz balası” olduğunu heç kəs inkar etmir. “Çocuq” “coşqa” və buna oxşar səs tərkibində bir çox türkdilli xalqların lüğətində indi də qalır, yalnız Türkiyədə uşaq mənasındadır. İndi həmin sözü ilkin mənasına görə derivativləri ilə birlikdə linç edək? Və ya “pedaqoq” sözünü götürək. Bu söz qədim yunanca “paidagogos” kökündən gəlir və hərfi mənada “uşaq bələdçisi”, “uşaqötürən”dir. Qədim Yunanıstanda ağaların öz övladlarına nəzarət etməyi tapşırdığı köləyə paydaqoqos – pedaqoq deyilirdi. Həmin kölənin vəzifələri uşağı məktəbə (və ya idman sahəsinə) müşayiət etmək, yol boyu onu qorumaq və davranışını izləmək idi. Artıq bu söz ilkin mənadan uzaqlaşıb, pedaqoq köləyə yox, müəllimə deyilir. Pedaqogika isə kölələrin vəzifələri barədə təlimat yox, tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elmdir. İlkin mənasını əsas götürüb bu sözlərə qadağa qoymaq nə dərəcədə doğru olar? Bu sözlərin ilkin mənalarından cəmiyyətin böyük əksəriyyətinin xəbəri yoxdur, vaxtaşırı bu sözlərin ilkin mənasını xatırladıb, dilin təbii qatlarını utanılacaq şey kimi təqdim etmək yanlışdır, hətta təhlükəlidir”, – deyə Vasif Sadıqlı yekunlaşdırdı.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 28 müştəridən asılı olan gələcək: “AFB Bank” idarəetmədə hansı səhvə yol verir?
Next: Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL… – BU DA FAKT…

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.