Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Səhiyyə Nazirliyinin “çoxdankı tanışı”: milyonluq tenderi yenə “Pro Construction Company” MMC uddu
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Səhiyyə Nazirliyinin “çoxdankı tanışı”: milyonluq tenderi yenə “Pro Construction Company” MMC uddu

admin 14.05.2026
1778741652_1

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti növbəti böyük satınalma prosesini yekunlaşdırıb. Bu dəfəki milyonluq tenderin “şanslı” qalibi isə yenə də “Pro Construction Company” MMC olub.

AFN.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sözügedən şirkət nazirliyin tabeliyində olan tibb müəssisələrinin cari təmir işlərini həyata keçirəcək. Bu xidmətin müqabilində dövlət büdcəsindən şirkətə tam olaraq 1 255 811,61 manat vəsait köçürüləcək.

Nə saytı var, nə də nömrəsi
Dövlət Vergi Xidmətinin reyestr məlumatları göstərir ki, “Pro Construction Company” MMC kifayət qədər gənc şirkətdir — 15 dekabr 2021-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı cəmi 1010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 45, mənzil 75-dir. Şirkətin qanuni təmsilçisi kimi isə Məhərrəmov Elnur Elşad oğlu qeyd olunub.

Maraqlıdır ki, milyonlarla manatlıq dövlət sifarişlərini icra edən bir şirkət haqqında açıq mənbələrdə, sosial mediada və ya internet resurslarında heç bir məlumata rast gəlinmir. Nə əlaqə nömrəsi, nə fəaliyyət tarixçəsini əks etdirən rəsmi sayt, nə də rəhbəri barədə hər hansı bioqrafik bilgi mövcud deyil. Belə bir şirkətin kifayət qədər yüksək məbləğli tenderdə hansı meyarlarla qalib seçilməsi sual doğurur.

Məsələnin ən narahatedici tərəfi isə mediada dolaşan iddialardır. Bildirilir ki, “Pro Construction Company” MMC birbaşa Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətinin direktoru Elşad Hacıyevin kurasiyasındadır və ya ona yaxınlığı ilə seçilir. Hətta iddialar arasında MMC-nin rəsmi təmsilçisi Elnur Məhərrəmovun direktorla qohumluq və ya yaxın əlaqələrinin olduğu da yer alır. Lakin bu ciddi ittihamlarla bağlı Səhiyyə Nazirliyi hələlik sükutunu pozmayaıb.

Ötən ilin 12 milyonluq “uğuru”
Dövlət satınalmalarının vahid internet portalındakı göstəricilər bu şirkətin Səhiyyə Nazirliyi üçün “vazkeçilməz” olduğunu təsdiqləyir. Portaldakı məlumatlar göstərir ki, “Pro Construction Company” MMC-nin qazandığı tenderlərin mütləq əksəriyyəti məhz Səhiyyə Nazirliyi və onun tabeli strukturları ilə bağlıdır. Belə ki, adıçəkilən MMC təkcə ötən il ərzində bu qurumlardan təxminən 12 milyon manat dəyərində sifariş toplayıb.

Bu qədər qısa müddətdə, heç bir ciddi maddi-texniki bazası və tanınmış iş təcrübəsi olmadan milyonluq layihələri “qoltuğuna vuran” şirkətin fəaliyyəti korrupsiya və maraqlar toqquşması şübhələrini daha da gücləndirir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qaradağda köhnə idarəetmənin yeni üzü – Emil Abbasov axı Mikayılovun müavini idi…
Next: Azərbaycan media tarixində Baimov faktoru: Texnoloji yeniliklərdən “ələbaxan” media modelinə

OXŞAR MÖVZULAR

1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026
28f3e905-8474-4863-8196-1a8f148fafad
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.