Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qaradağda köhnə idarəetmənin yeni üzü – Emil Abbasov axı Mikayılovun müavini idi…
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Qaradağda köhnə idarəetmənin yeni üzü – Emil Abbasov axı Mikayılovun müavini idi…

admin 14.05.2026
1778729697_1
Bu ilin yanvar ayında 16 il Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılov vəzifədən azad edildi. O, uzun illər müxtəlif rayonlarda icra başçısı kimi fəaliyyət göstərmişdi – 2005–2010-cu illərdə Lənkəran Şəhər İcra Hakimiyyətində, 2010–2026-cı illərdə isə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində. Son iş yeri də məhz Qaradağ Rayon İcra Hakimiyyəti oldu.

Bizimesr.com bildirir ki, qısa müddət sonra məlum oldu ki, Süleyman Mikayılovun işdən çıxarılmasına son dövrlər yol verdiyi çoxsaylı nöqsanlar səbəb olub. Məlumata görə, bunların ən ciddisi rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılması idi. Onun fəaliyyəti dövründə aşkarlanan problemlər dövlət qurumlarının məsələ ilə bağlı ciddi addımlar atmasına səbəb olub.

Kiçik xatırlatma edək ki, ötən ilin noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsində təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar.

Hazırda isə Qaradağ Rayon İcra Hakimiyyətində icra başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov həyata keçirir. Elə əsas məsələ də budur…

Qaradağ icra hakimiyyətində rüşvətxorluq və korrupsiya halları mövcud olub və bu səbəbdən 5 vəzifəli şəxs həbs olunub, daha sonra icra başçısı Süleyman Mikayılov vəzifədən çıxarılıb.

Ümumiyyətlə, korrupsiya iddiaları, həbslər və digər neqativ səbəblərlə vəzifədən uzaqlaşdırılan icra başçılarının birinci müavinləri nə dərəcədə məsuliyyətdən kənar sayıla bilər?

Məntiqlə yanaşdıqda, illərlə həmin idarəetmənin içində olmuş, baş verən prosesləri yaxından izləyən şəxslərin tamamilə xəbərsiz olması inandırıcı görünmür. Hətta birbaşa iştirak etməsələr belə, ən azından göz yumduqları aşkar faktdır. Buna baxmayaraq, fakt budur ki, bu gün Qaradağ rayonunu məhz Süleyman Mikayılovun uzun illər yaxın komandasında yer alan Emil Abbasov idarə edir.

Bizimesr.com-a Qaradağdan daxil olan məlumatlara görə, Emil Abbasovun idarəçilik üslubu əvvəlki rəhbərlikdən ciddi şəkildə fərqlənmir. Sadəcə, proseslərin idarə olunma forması dəyişib. İddialara əsasən, aylardır rayona rəhbərlik edən Emil Abbasov Süleyman Mikayılova yaxın olmuş şəxslərə qarşı açıq təzyiq siyasəti yürüdür. Bildirilir ki, həmin şəxslərə müxtəlif vasitələrlə “ya özünüz gedin, ya da yeni icra başçısı təyin olunandan sonra işdən çıxarılacaqsınız” mesajları göndərilir.

Maraqlıdır ki, Emil Abbasov özü də uzun illər məhz Süleyman Mikayılovun komandasında çalışıb və onun əsas tapşırıqlarını yerinə yetirən şəxslərdən biri hesab olunub.

Məlumatlı mənbələrin iddiasına görə, Emil Abbasov Qaradağın daimi icra başçısı olmaq niyyətindədir və bu istiqamətdə müəyyən əlaqələrindən istifadə etməyə çalışır. Lakin deyilənlərə görə, bəzi dəstək və əlaqələrinə baxmayaraq, onun bu istəyinin reallaşması o qədər də inandırıcı görünmür. İddialara əsasən, yaxın vaxtlarda Qaradağ rayonuna yeni icra başçısının təyin olunacağı gözlənilir və həmin şəxsin Emil Abbasov olmayacağı bildirilir.

Digər diqqətçəkən iddia isə rayonda qanunsuz tikintilərlə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun vəzifədən uzaqlaşdırılmasından sonra Emil Abbasova yaxın şəxslər tərəfindən Qaradağda qanunsuz tikintilərin sayı daha da artıb. “Nə qədər burdayam, nə lazımdır edin” prinsipi ilə boş torpaqlar nəzarətə götürülür, müxtəlif ərazilərdə sürətlə tikinti işləri aparılır. Bu gün Qaradağın bəzi hissələrinin faktiki olaraq qanunsuz tikinti meydançasına çevrildiyi iddia olunur.

Emil Abbasov kimdir?

Emil Abbasov uzun illərdir Qaradağ Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışır. O, tanınmış hüquqşünas İlqar Abbasovun oğludur.

Emil Abbasovun ailə əlaqələri də diqqət çəkir. O, Ramiz Mirzəyevin qızı ilə ailəlidir. Ramiz Mirzəyev müxtəlif dövrlərdə AFFA-nın prezidenti, həmçinin Azərneftyağ İstehsalat Birliyinin baş direktoru və energetika nazirinin müavini vəzifələrində çalışıb.

Bundan başqa, Ramiz Mirzəyevin həyat yoldaşı uzun illər Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş mərhum Aslan Aslanovun bacısıdır.

Həmçinin bildirilir ki, Emil Abbasov uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə rəhbərlik etmiş Qərib Məmmədovun qardaşının qız nəvəsidir.

Onu da qeyd edək ki, hazırda Qaradağ Rayon İcra Hakimiyyətində təkcə icra başçısı postu boş deyil. Eyni zamanda icra başçısının müavini – ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, eləcə də icra başçısının müavini- sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri vəzifələri də vakant olaraq qalır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Məşhur generalın xanımı vəkilliyə başladı
Next: Səhiyyə Nazirliyinin “çoxdankı tanışı”: milyonluq tenderi yenə “Pro Construction Company” MMC uddu

OXŞAR MÖVZULAR

1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026
28f3e905-8474-4863-8196-1a8f148fafad
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.