Skip to content
30.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaradılmış yeni nümunəvi ictimai çimərlik sakinlərin istifadəsinə verilib.

Bu barədə IDEA İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 5 hektar ərazini əhatə edən ödənişsiz istirahət məkanı IDEA İctimai Birliyi tərəfindən yaradılan sayca yeddinci nümunəvi ictimai çimərlikdir.

Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, şezlonqlar və zibil konteynerləri yerləşdirilib, oyun meydançaları qurulub və istifadə üçün tam hazır vəziyyətdədir.

Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.

Çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərlikləri cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə daha əvvəl paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər abadlaşdırılaraq nümunəvi ictimai çimərliklər yaradılıb. Hövsan qəsəbəsində istifadəyə verilən yeni çimərliklə onların sayı yeddiyə çatdırılıb.

Hamıya dəniz mövsümündə xoş istirahət arzulayan IDEA İctimai Birliyi, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətraf mühiti çirkləndirməməyə, suda təhlükəsizlik qaydalarına riayət etməyə və istirahət zamanı ehtiyatlı davranmağa çağırıb.

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib





Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Next: Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

OXŞAR MÖVZULAR

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026

XƏBƏR LENTİ

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır WhatsApp Image 2026-08-29 at 21.49.02
  • MƏDƏNİYYƏT

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır

admin 29.08.2026
Bəzən insan haqqında ilk təəssüratımız onu yaxından tanımadığımız üçün formalaşır. Ünsiyyət qurmadıqda həmin insanın daxili dünyasını, həyat...
DAVAMI Read more about Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır
22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
Jurnalist İlkin Muradov Sabunçu Rayon İcra Hakimiyyətinin iki əməkdaşının vətəndaşdan 22 min manat rüşvət aldığı və daha...
DAVAMI Read more about 22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər
Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

Bütün yazılar

WhatsApp Image 2026-08-29 at 21.49.02
  • MƏDƏNİYYƏT

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır

admin 29.08.2026
IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.