Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycan media tarixində Baimov faktoru: Texnoloji yeniliklərdən “ələbaxan” media modelinə
  • GÜNDƏM
  • ÖLKƏ

Azərbaycan media tarixində Baimov faktoru: Texnoloji yeniliklərdən “ələbaxan” media modelinə

admin 14.05.2026
1778730180_1
Azərbaycanın onlayn media tarixinə nəzər saldıqda, Elnur Baimov adından yan keçmək mümkün deyil…

2000-ci illərin əvvəllərində, internet jurnalistikasının ilk rüşeymləri atılanda sığorta sektorundan media rəhbərliyinə gətirilən bu sima, texnoloji yenilikləri xəbər istehsalı ilə birləşdirən ilk şəxslərdən oldu.

AFN xatırladır ki, mərhum Anar Məmmədxanovun etimadı ilə “Day.az”da ulduzu parlayan Baimov, sonradan “Turbo.az”dan “Oxu.az”a qədər nəhəng bir resurs şəbəkəsinə rəhbərlik etdi. Lakin zaman keçdikcə aydın oldu ki, bu vizyonerlik jurnalistikanın ali prinsiplərinə deyil, tamamilə fərqli və təhlükəli məqsədlərə xidmət edirmiş.

Ucuz trafik və “klikbeyt” bəlası

Baimovun “uğur” hekayəsinin pərdəarxası əslində Azərbaycan media mühitinə vurulan ən ağır zərbələrdən biri idi. O, jurnalistikanı ictimai missiyadan qoparıb, onu “texnoloji təzyiq aləti” və “ucuz trafik mənbəyi” halına gətirdi. Ölkə mediasına “klikbeyt” (clickbait) bəlasını-yəni oxucunu aldatmağa hesablanmış “Şok fakt”, “İnanmayacaqsınız” tipli bayağı başlıqlar xəstəliyini o gətirdi, desək, yanılmarıq. Bu yanaşma ciddi jurnalistika ənənələrini məhv etdi, oxucunun inamını qırdı və medianı keyfiyyət yarışından çıxarıb, boş rəqəmlər arxasınca qaçan bir mexanizmə çevirdi.

“Ələbaxan” media, süni məmur obrazı

Baimovun media sisteminə gətirdiyi ən təhlükəli tendensiya jurnalistikanı müstəqil güc mərkəzindən çıxarıb, maliyyə donorlarından asılı, “müti” və “ələbaxan” hala salması oldu. Onun qurduğu modeldə media orqanı xəbər istehsalçısı deyil, sifariş yerinə yetirən bir alət idi.

Onun yüksəlişi həm də siyasi kuluarlardakı merkantil əlaqələrlə bağlı idi. Bir tərəfdən Elnur Aslanovun strateji “çətiri”, digər tərəfdən sabiq nəqliyyat nazirinin oğlu Anar Məmmədovla dostluğu onun həm sürətlə varlanmasına, həm də Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi (NİİM) kimi dövlət postlarına “sırımasına” yol açdı. Lakin qısa müddətli məmurluq təcrübəsi onun əsl mahiyyətini — medianı bir reket və piar vasitəsi kimi idarə etmək marağını gizlədə bilmədi.

“Rabitə İşi” və rəqəmsal informasiya reketliyi

Baimovun adının 2015-ci ildəki səs-küylü “Rabitə işi”ndə hallanması təsadüfi deyildi. İttihamlara görə, dövlət büdcəsindən media layihələrinə ayrılan vəsaitlər şəffaf olmayan yollarla şəxsi “rəqəmsal imperiyaların” qurulmasına və trol şəbəkələrinin saxlanılmasına sərf edilib. SEO və texnoloji imkanlardan istifadə edərək müəyyən şəxsləri hədəf seçmək, sonra isə bu məlumatların “təmizlənməsi” üçün sövdələşmələrə girmək klassik mənada jurnalistika deyil, rəqəmsal informasiya reketliyi idi.

Okeanın o tayından meydan oxumaq

Məlum cinayət işləri və rəqəmsal ifşalardan sonra Azərbaycanı tərk edib ABŞ-ın Virciniya ştatına köçən Baimov, bu gün fəaliyyətini okeanın o tayından davam etdirir. O, hazırda beynəlxalq rəqəmsal marketinq və reputasiya menecmenti (ORM) adı altında “izsilmə” xidmətləri göstərir. Bir zamanlar Azərbaycan mediasında qara piarın memarı olan birinin indi beynəlxalq müstəvidə “keçmişi təmizləmək” biznesi qurması rəqəmsal bir ironiyadır.

Maraqlıdır ki, Azərbaycanda qazandığı milyonlar hesabına təmtəraqlı həyat quran Baimov, son dövrlərdə dostu Adnan Əhmədzadənin həbsindən sonra qəfil “müxalifətçi” obrazına bürünüb. Sosial şəbəkələrdə sistemin qəzəbindən və problemlərin mənbəyindən danışaraq həbsləri siyasiləşdirməyə çalışması, onun növbəti manipulyasiya gedişidir.

Elnur Baimov rəqəmsal dünyadakı ustadlığını medianı ucaltmaq üçün yox, onu bayağılaşdırmaq və bir alətə çevirmək üçün işlətdi. Bu gün Azərbaycan mediası hələ də o dövrdən qalan “ucuz İP” və “reytinq xatirinə hər şey” xəstəliyindən qurtulmağa çalışır.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Səhiyyə Nazirliyinin “çoxdankı tanışı”: milyonluq tenderi yenə “Pro Construction Company” MMC uddu
Next: Hakimiyyətin içində YEYƏN MİKİ… – DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ…

OXŞAR MÖVZULAR

1782772191_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub

admin 30.06.2026
1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.