Skip to content
10.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur – NARAZILIQ VAR…
  • CƏMİYYƏT
  • ÖLKƏ

30 illik baş həkimin xəstəxanasında reagent yoxdur – NARAZILIQ VAR…

admin 29.04.2026
1777464658_screenshot-2026-04-29-160828

Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasında B12 vitamini, maqnezium və dəmir kimi əsas laborator analizlərin aparılması üçün lazım olan reagentlər yoxdur və pasiyentlər özəl xəstəxanalara yönləndirilir.
Bu barədə Axar.az-ı məlumatlandıran valideyn bildirib ki, 28 aprel 2026-cı il tarixdə xəstəxanaya müraciət edib və reagentlər olmadığı üçün laborator analizlərin keçirilməsinin mümkünsüzlüyü cavabını alıb. Xəstəxanadan həmin reagentlərin niyə olmaması və nə vaxt olacağı ilə bağlı məlumatlarının olmadığı bildirilib.
Məsələ ilə bağlı TƏBİB-ə ötən gün göndərdiyimiz sorğuya cavabda isə qeyd edilib ki, problem “həftəsonu ilə” bağlı olub və artıq aradan qaldırılıb:
“Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında laborator xidmətlərin fasiləsiz və keyfiyyətli təşkili təmin edilir, zəruri laborator reagentlər mövcuddur və analizlər müvafiq qaydalar çərçivəsində həyata keçirilir.
Bildiririk ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlər çərçivəsində pasiyentlər özəl tibb müəssisələrinə göndərilmir. Laborator müayinələr tibbi göstərişlər əsasında və qüvvədə olan standartlara uyğun şəkildə aparılır.
Eyni zamanda qeyd edirik ki, həftəsonu bəzi analizlər üzrə reagent təminatında qısamüddətli çətinlik yaranıb, hazırda məsələ tam şəkildə həll edilib və xidmətlərin göstərilməsi bərpa olunub”.
Maraqlıdır ki, TƏBİB reagent çatışmazlığının ötən həftə baş verdiyini və artıq aradan qaldırıldığını bildirir. Yəqin ki, xəstəxanadan TƏBİB-ə bu informasiya verilib. Halbuki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında TƏBİB-in “artıq aradan qaldırılıb” dediyi gün reagent olmadığı və nə vaxt olacağının bilinmədiyi pasiyentlərin diqqətinə çatdırılıb.
Xatırladaq ki, dövlət xəstəxanasında olmasa da, istənilən özəl xəstəxanada bu reagentlər var və analizlər vermək mümkündür.
Qeyd edək ki, TƏBİB-in yeni rəhbəri Anar Bayramov xəstəxanalar və tibb mərkəzlərində ciddi kadr islahatlarına başlayıb. Buna səbəb dövlət xəstəxanalarına müraciət edən şəxslərin hansısa formada özəl xəstəxanalara yönləndirilməsidir.
Ancaq islahat hələ sözügedən xəstəxanaya çatmayıb. Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasının baş həkimi Azər Xudiyev 1996-cı ildən, 30 ildir bu vəzifədədir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sumqayıt şəhər 11 saylı məktəbdə rüşvət 11 nömrə ilə yox, raket sürəti ilə irəliləyir
Next: Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur – Toyxanaya, kafe, restoran? VİDEO

OXŞAR MÖVZULAR

1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
1783683013_sirin_mirzeyev
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026

XƏBƏR LENTİ

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO 1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat...
DAVAMI Read more about Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR 1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
“Çin layihəsi”, beynəlxalq logistika adı və yüksək gəlir vədləri ilə insanları cəlb etdiyi iddia olunan sistemlə bağlı...
DAVAMI Read more about “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO 1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz...
DAVAMI Read more about Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir? 1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində...
DAVAMI Read more about Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?
Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir 1783683013_sirin_mirzeyev
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026
Bakının Nizami rayonunda uzun illərdir qanunsuz və eyni zamanda insanlar üçün böyük təhlükə yaradan tikintilər, eləcə də...
DAVAMI Read more about Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

Bütün yazılar

1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.