Skip to content
11.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə… – Xarici dil buraxılış imtahanında olmamalı idi?
  • CƏMİYYƏT

DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə… – Xarici dil buraxılış imtahanında olmamalı idi?

admin 29.04.2026
1777383857_2

Ötən gün DİM sədri Məleykə Abbaszadənin xarici dil fənn blokunun buraxılış imtahanlarına salınması ilə bağlı verdiyi açıqlama ölkəni iki hissəyə bölüb. Belə ki, DİM sədri açıqlamasında bildirib ki, həmin dövrdə Təhsil naziri vəzifəsində olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil fənn bloku buraxılış imtahanına salınıb, Məleykə Abbaszadə isə buna qarşı olub. Bu açıqlama da cəmiyyətdə birmənalı qəbul olunmayıb. Hazırda sosial şəbəkələrdə sözügedən açıqlama ilə bağlı geniş müzakirələr gedir. Bəziləri düşünür ki, bu olduqca doğru qərardır, bunun vasitəsilə abituriyentlər az da olsa, ingilis dili öyrənilir. Digərləri isə Azərbaycanın Avropa ölkəsi olmadığını, məhz buna görə də, qərarın absurd olduğunu hesab edirlər, istəyən və buna ehtiyacı olan şəxslərin ingilis dili öyrənməsinin daha məntiqli olduğunu düşünürlər.

Bəs həqiqətən də, xarici dil fənn blokunun buraxılış imtahanına salınması düzgün qərar idimi?

Təhsil eksperti Elçin Əfəndi Manset.az-a açıqlamasında bu qərarın effektivliyini dəyərləndirib. Ekspert bildirib ki, xarici dillər üzrə şagirdlərin ümumi bilik və bacarıqlarının yoxlanılması xüsusi əhəmiyyət kəsb edir:

“Əlbəttə ki, xarici dil fənn blokunun, ümumiyyətlə, buraxılış imtahanına salınmasına müsbət yanaşmalıyıq. Burada söhbət təkcə ingilis dilindən getmir. O cümlədən, əlavə xarici dillər – fransız, alman, ərəb, fars və rus dillərindən gedir. Bütün bu dillər üzrə də şagirdlərin ümumi bilik və bacarıqlarının yoxlanılması əhəmiyyət kəsb edir. Daha çox tədris prosesində istifadə olunan ədəbiyyatlara nəzər salsaq, öz ana dilimizlə bağlı ədəbiyyat vasitələrinin əldə olunmasında biz çətinlik çəkirik. Bundan əlavə, hazırda Azərbaycanda tədrisin ingilis dilində aparıldığı ixtisaslar mövcuddur. Bu ixtisaslarda kifayət qədər bilik və bacarıqları yüksək olan tələbələr təhsil alır. Məhz ingilis dili biliyi vasitəsilə onlar hər hansısa bir ədəbiyyat vəsaiti axtararkən o qədər də çətinliklərlə üzləşmirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda xarici dil fənn blokunun buraxılış imtahanına salınması mühüm əhəmiyyət kəsb edirdi və bu lazımlı qərar idi”.

Ekspert qeyd edib ki, xarici dil fənn blokunun buraxılış imtahanlarında yer alması gənclərin inkişafı, o cümlədən, baş verən yeniliklərin anında tətbiq edilməsi baxımından vacib qərar idi:

“Xarici təcrübəyə nəzər salsaq görə bilərik ki, məsələn, Böyük Britaniya ingilisdilli ölkədir və əsas ana dili onlarda ingilis dilidir. Əslində, onlar bütün resursları ingilis dilində asanlıqla təmin edə bilirlər, bununla bağlı heç bir çətinlikləri yoxdur. Baxmayraq ki, onlara xarici dil öyrənmək o qədər də vacib deyil, lakin seçim olaraq onlara maraqlı və ehtiyacları olan xarici dilləri öyrənirlər və bu dillər istiqamətində təhsil alırlar. Təbii ki, xarici təcrübədə qəbul proqramı təmamilə fərqlidir. Xaricdə qəbul proqramı müxtəlif dil sertifikarları əsasında da həyata keçirilə bilir. Məsələn, İELTS, SAT, Duolingo və s. Gördüyünüz kimi, bir dil əsasında və yaxud da dillə paralel riyazi təfəkkür əsasında xarici ölkə vətəndaşları rahatlıqla qəbul edilirlər. Eyni zamanda bizim ölkə vətəndaşları da xarici dildən imtahan verərək həmin ölkələrdə ali təhsil müəssisələrinəqəbul ola bilirlər. Eləcə də rəsmi dili ingilis dili olmayan digər ölkələrdə də, əlbəttə ki, ingilis dili imtahanları mövcuddur. Məsələn, dünyanın əksər ölkələri SAT üzrə qəbul prosesi aparır. Burada da başlıca ingilis dilidir. Proses ingilis dilində baş tutur. Yəni demək olar ki, rəsmi dili ingilis dili olmayan ölkələrin əksəriyyətində də ingilis dili əsas aparıcı dil hesab olunur və imtahanlarda da bu dil istifadə olunur. Buna görə də, sözügedən qərar düşünürəm ki, bizim ölkə üçün doğru qərardır və ölkə gənclərinin əhəmiyyəti baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə Elçin Əfəndi fikirlərinə əlavə edib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu…
Next: Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib… – Bir araşdıran olsa…

OXŞAR MÖVZULAR

1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
1783683013_sirin_mirzeyev
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
2026-cı il mayın 18-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə...
DAVAMI Read more about İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO 1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat...
DAVAMI Read more about Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR 1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
“Çin layihəsi”, beynəlxalq logistika adı və yüksək gəlir vədləri ilə insanları cəlb etdiyi iddia olunan sistemlə bağlı...
DAVAMI Read more about “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO 1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz...
DAVAMI Read more about Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir? 1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində...
DAVAMI Read more about Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

Bütün yazılar

serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.